Bakıda hava 11°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:48Surayye Qızlarım qizillarim necəsiz? Mən də evi bəziyirəm 12:40GÜLÇİN Şenbe günü doyunca yatmaq)) 11:51Sima sabah şənbədir oleyy)) 11:00PERI herkese gunaydinnn 10:16Xəyalə Murad İstirahətiniz xoş və mənalı keçsin! 10:16Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
39561

ETİRAFLAR:"Allahın mənə yazığı gəlir"

"Xəyalə Murada etiraf et" layihəsi vasitəsi ilə yeni daxil olmuş anonim etirafı təqdim edirik. Oxuyub fikir bildirməyi unutmayın! 

 

 

ETİRAFLAR:"Allahın mənə yazığı gəlir"

 


Ailəm məni verəndə mənim cəmi 16 yaşım vardı. Mən istəmirdim, amma düzü onda "yox" da demədim. Ailə qurmağın, evlənməyin nə demək olduğu mənə çatmırdı və mən elə bilirdim ki, mən həmişə ailəmlə yaşayacam, həm də mən tək övladam. Mənə hələ də çatmır ki, biz niyə atamla elə soyuq olmuşuq və o tək övladını niyə zorla ərə verdi. Açığı atamla aramız heç vaxt  yaxşı olmayıb, baxmayaraq ki, mən tək övlad olmuşam və atamın vəziyyəti pis olmayıb. Mən ona, o gözümün qabağında anamı vurduğu gündən nifrət edirəm. Elə anlar var ki, hələ də gözümün qabağından getmir. Atamgil məni verdi və mən oğlanla danışmağa başladım. İlahi, o qədər soyuq insan idi ki, özünü sevdirə bilmirdi və ya mən sevmək istəmirdim. Biz 1-2 il nişanlı qaldıq dəfələrlə nişanı qaytarmaq istədim, atam icazə vermədi. Özümü öldürmək istədim, dərman içdim dəfələrlə alınmadı, nə də valideynlərim məni vecinə almadı. Sonra özümü asdım, bunu təkcə anam bildi. Amma mən bərbad vəziyyətdə idim. İp qırılmışdı, mən huşumu itirəndən sonra gözümü açanda ağzımdan qan gəlirdi. Sadəcə dilim dişlərimin arasında qalıb kəsilmişdi.
ETİRAFLAR:"Allahın mənə yazığı gəlir"
Anam bildi, mən bir müddət oğlanla danışmadım, sonra yenə danışmalı oldum. Bir gün həmin oğlanla münaqişə etdik və mən nişanı qaytaracağım dedim, nömrəmi qırıb atdım. Atam dedi ki, mən nişanı qaytarsam özünü öldürəcək. Yəni əlim-qolum bağlandı və axırdı ailə qurdum. Ümid edirdim ki, hər şey düzələr, amma hər şey günü-gündən mənfiyə gedirdi. Elə bil cəhənnəmdə yaşayıram. Heç cür öyrəşə bilmirəm, artıq bir ildi, mən hələ də oğlana nifrət edirəm. Üzr istəyirəm, ifadəmə görə hər gecə o mənə yaxınlaşmaq istəyəndə məni qəhər boğur, sanki mən hər gecə o gün ki, kimi ipdən asılıram. Qaynanam da həmçinin, burda yaşamaq mümkün deyil. Başa düşürəm ki, ağır psixoloji problemlərim var. 3 il ərzində ailəm gördü ki, onları yaxşı insan deyil, amma heç bir tədbir görmədilər. Mənim valideynlərim 4 ildi gözü kor, qulağı kar yaşayırlar, mənə cəhənnəmə atıb. Mən mənəvi əzab çəkirəm, hətta fiziki əzab da çəkirəm, amma gedəcək yerim, sığınacağım ata  qucağım yoxdu. Dərdləşməyə heç kimim yoxdu, istədim ki, dərdimi sizinlə bölüm. Uşağım yoxdu. Müalicə götürdüm, amma yenə olmadı. Deyirəm, bəlkə də Allahın mənə yazığı gəlir və övlad vermir. Heç mən də istəmirəm, açığı nifrət dolu bir ailəyə uşaq doğmağı. Mən bəlkə də yaxşı ana olmaram bu psixologiya ilə...
Səslərin sayı: 4
8
1663
loading...
Şərhlər
Offline
Ruhəngiz
ALLAH sizə səbr versin.Belə qəddar ata olar?Zor gücünə sevgi olmur.Çox vaxt valideynlərin israrı fəlakətə,faciəyə səbəb olur.
24 iyun 2018 20:50
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Ayka Nəcəf
çox çətindi bilirəm.o həyati və betərini yaşayanlar var.

əslində övladinin olmamağı yaxşidi.ama olsa bəlkə başin qarişar
7 may 2018 12:43
Offline
Xəyalə Murad
Siz ilk növbədə işinin peşəkarı olan psixoloqdan dəstək alın. Probleminizin tək həlli budur. Özünüz özünüzü müsbətə kökləyin ki, hər şey ona yönəlmiş olsun. Dünyanı dəyişmək istəyən ilk özündən başlamalıdır. Sizin müsbətə yönəlmiş dəyişikliyiniz ətrafınızdakılara müsbət təsir edəcək və özləri də bilmədən sizə qarşı xoş münasibət bəsləyəcəklər. Sizə məsləhətim həyata iki əlli bağlanmağınız üçün ilk növbədə psixoloji kömək almağınız ola bilər. Allah köməyiniz olsun!
10 aprel 2018 08:30
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ayla Ayla
Məsləhətdən asan nə var ki verək. Amma həyat sizindir. Yerinizə olsam yoldaşımla hər şeyi yenidən başlayaram.
9 aprel 2018 16:55
Offline
PERI
aile nece balasin cetin gunune dozer
8 aprel 2018 13:58
Offline
Surayye
Reyim silindi yene yaziram/ Pis oldum biz de insaniq indi oxuyub pis oluruq sizse bunlari yasayaraq pis olursuz ogey valideynler bele soyuq davranmirlar en vacibi erinizdir belke onunla dil tapasiz
7 aprel 2018 19:34
Offline
Iceberg
oy, oy.. pis oldum sizə görə.
Məncə uşağın olmamağı yaxşıdır. Səbrli olun amma heç nəyə boyun əyməyin.
Məncə ailənizi yola gətirməlisiniz ki sizin geri qayıtmağınıza imkan yartasınlar.
Başa düşmürəm, adamın bir övladı ola və ona sahib çıxmaya bu nə düşüncədir? İnandırın onları.
7 aprel 2018 17:11
imza: shafaabdulla.blogspot.com
Offline
Emma Svon
Həyatınız çətindir hə ancaq siz özünüzdə həyat sevgisi oyatmağa çalışın. başqa cür yaşanmaz
7 aprel 2018 15:17
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )