Qoç - günün ilk yarısından etibarən aktiv olun. Problemlərin həllini təxir salmayın. Aramla çalışın, təmkinli davranın.
Tərəfdaşlarla şəriklərin təkliflərini, iradlarını və istəklərini nəzərə alın. Onları qayğılandıran məqamları qulaqardlına vurmayın. Bir işi yarımçıq qoyub başqasına başlamayın.
Günün ikinci yarısında yaşamınızda və ya münasibətlərinizdə çətinliklər yaranacaq. Situasiyanı təhlil edin, maneələri aradan qaldırın. Problemlərin bir qisminin səbəbi tərəfdaşınızın tərəddüdləridir. Təxribatlara cavab verməyərək işinizlə məşğul olsanız, mövqeləriniz daha səbatlı olar.
Enerjinizdən rasional istifadə edin.
Buğa - tərəfdaşlar və şəriklərlə münasibətlərdə qəfil dəyişikliklər istisna deyil. Toqquşmalar, iradlar və tənqidlər olacaq. Yaşananların ciddiliyi bir qədər əvvəl formalaşmış şərtlərdən asılıdır.
Yaşananları ürəyinizə salmayın. Münasibətləri aydınlaşdırmağa çalışmayın.
Günün ikinci yarısında qəfil təklif və ya xəbər alacaqsınız. Baş verənləri götür-qoy edin. Ağır təhlillərlə araşdırmalar üçün münasib zaman deyil.
Güzəştlərə meylli olmasanız, təmaslarda sərinliklər yaranacaq.
Axşam saatlarındakı ideyalar maraqlıdır. Amma onların sınaq müddətinə ehtiyacı var.
Əkizlər - nəyəsə başlamaq, hansısa layihəni reallaşdırmaq istəyirsinizsə, tələsməyin. Niyyətlərinizdə yenilənmələr ola bilər. Yaxın gələcəklə bağlı perspektivlər hələ tam formalaşmayıb. Kənardan istənilən impuls sizi yolunuzdan sapdıraraq fərqli istiqamət seçməyə təşviq etməsin.
Günün ikinci yarısında yaxın ətrafınıza diqqətlə nəzər salın. Təcili həllini tələb edən məsələlər var. Fiziki işdə xeyir var.
Özünüzü həddən artıq yormayın. Əks təqdirdə yuxusuzluq və başağrıları istisna deyil.
Şəxsi münasibətlərdə bir sıra məqamları yenidən dəyərləndirmək gərəkdir. Axşam saatları gərginlik vəd edir.
Xərçəng - yaxınlarınıza, tərəfdaşlarınıza, həmkarlarınıza qarşı kəskin iradlarla çıxış etməyin. Dəyər verdiyiniz insanların qəlbini qırmayın. Yaranan problemlər fəaliyyətinizdə gecikmə, təxirəsalmalara səbəb olarsa, maneələri daha qəti şəkildə dəf edin.
Günün ikinci yarısında hazır, başa çatmış saydığınız konstruksiyada nələrsə dağıla bilər. İşlərdə və münasibətlərdə eksperimentlərlə məşğul olmayın. Təhlükəsizliyinizi təmin edin. Təlimatları pozmayın, qaydalar və şərtlər çərçivəsində qalın.
Axşam saatlarında tanımadığınız yerə yollanmayın. Şəxsi münasibətlərdə incikliyi absolyuta çatdırmayın.
Şir - yaşananlarla bağlı gözləntiləriniz ifrata varmasın. Diqqət gözləsəniz də, ətrafınızdakı insanlar öz işləri ilə məşğuldur. Emosional olmayın, hisslərin əsirinə çevrilməyin.
Gərginlik düşünülməmiş qərara, sonradan peşmançılıq hissi yaradacaq addıma səbəb ola bilər.
Günün ikinci yarısında hazır olmadığınız işlərə başlamayın. Dəyişikliklərə və islahatlara can atırsınızsa, radikallıq etməyin. Şəxsi münasibətlərdəki aktual məsələni nəzərdən keçirin. Ehtiyac yaranarsa, müzakirədən qaçmayın.
Axşam saatlarını evdə keçirin. Təxribatlara uymayın.
Qız - qəfil xəbərlər və ya gözlənilməz informasiyalar olmasa da, qeyri-stabil, gərgin zamandır. Cari işlərin axarından kənara çıxmayın. Heç nəyi mürəkkəbləşdirməyin. Əlavə tapşırıq və ya sifarişlərə aludə olmayın.
Günün ikinci yarısında qəza, ağır problemlər riski var. Mübahisə etmək, münasibətləri aydınlaşdırmaq zamanı deyil. Sükan arxasında, mexanizm və avadanlıqla işləyəndə ehtiyatlı davranın. Qıcıqlı davranış, emosionallıq kənardan neqativ təsirlərə səbəb ola bilər.
Axşam saatlarına yaxın ümumi qeyri-stabillik artacaq.
Planlarınızda qəfil dəyişikliklər olarsa, geriyə qayıtmağa can atmayın. Şəraitə uyğunlaşın. Optimal qərarlar qəbul etməyə çalışın.
Tərəzi - informasiya axınında faydalı məlumatları seçin. Ətrafınızda baş verən proseslər, tarıma çəkilmiş əsəblər fəaliyyətinizə dağıdıcı təsir etməməlidir. Problemlərin bəzilərini əvvəlcədən təxminləmək üçün intuiasiyanızdan yararlanın.
Yaxınlarınızdan və ya həmkarlarınızdan birinin həyatındakı problem sizi narahat edə bilər. Həmin adama dəstək olun, kömək edin.
Günün ikinci yarısı prinsipial mövqelərin nümayişi, ətrafınızdakı insanlarda kəskin qıcıq yarada biləcək ierarxiyanın qurulması üçün əlverişli deyil. Hansısa işlər plana uyğun getməzsə, münaqişəli situasiyalardan yayının.
Axşam saatları şəxsi münasibətlər üçün sınaq zamanıdır. Sevdiyiniz insanla söhbətdən yayınmayın.
Əqrəb - hadisələr paradoksal məcrada inkişaf edə bilər. Olayları tələsdirməyin, avantüralara qatılmayın, riskli layihələrdə iştirak etməyin. Təhlükəsiz şəraitdə qalmağa çalışın. Cari problemlərin çözülməsində irəliləyə bilərsiniz.
Günün ikinci yarısında məramlarınızın konstruktiv olmasına çalışın. Dağıdıcı təmayülləri gücləndirməyin. Yaxın ətrafınızdakı insanlardan biri ilə münasibətlərdə problemlər yaranarsa, durumu araşdırın.
Münasibətlərdə yeni məna kəsb edən informasiya alacaqsınız.
Qayğıkeş, səmimi olun. Liderlik məziyyətlərinizi nümayiş etdirin.
Oxatan - bələd olmadığınız sahədə özünüzü sınağa çəkməyin. Nəyisə həddən artıq istəyirsinizsə, sayıq davranın. Yaranan imkanları dəyərləndirin.
Ağır problemin çözülməsində müstəqil davranmaq istəyirsinizsə, maneələr və sədlərlə üzləşəcəksiniz. Dəstək və yardım olmazsa, işlər çətinləşəcək. Tələsməyin, düşünülmüş qərar verin.
Günün ikinci yarısında situasiyanı dəyərləndirməmiş qərar verməyin. Şərtləri qiymətləndirəndən sonra konkret addım atın.
Sizi narahat edən məsələni ailə üzvləri ilə müzakirə etmək mümkündür. Yardıma ehtiyacınız olsa da, sizdən kömək gözləyən insana dəstək olun. Qeyri-rasional insan təsiri bağışlamayın.
Səbrli olun, nüfuzunuza zərbə vura biləcək emosional qərarlar verməyin.
Oğlaq - ağır, xeyli qüvvə tələb edən gündür. Məhsuldar və effektiv çalışmaq istəyirsinizsə, kölgəyə çəkilin. Qoy, başqaları təşəbbüslə çıxış etsinlər. Bununla belə, proseslərin cari axarından kənarlaşmayın. İşdə rəhbərliklə təmasları minimuma endirin. Qəfil, mürəkkəb tapşırıq ala bilərsiniz.
Günün ikinci yarısında diqqətli olun. İşlərin plan üzrə olmasına can atın. Travma, qəza və ya avadanlığın sıradan çıxma riski var. Yaxın ətrafınızdakı insanların ideyalarından bəhrələnə bilərsiniz. Məqsədləri və prioritetləri dəqiqləşdirin.
Axşam saatlarında kənar təsirlər, təzyiqlər, fəaliyyətinizi məhdudlaşdırma cəhdləri sizi sinirləndirəcək. Problemlərinizi özünüz həll edin.
Dolça - mövqelərinizdəki zəif səmtlərə diqqət yetirin. Huşyar, sayıq olun. Təşəbbüslər və risklər üçün yaxşı zaman deyil.
Planlarda dəyişikliklər qaçılmazdır. Zəif motivasiyalı qərarlar qəbul etməyin. Əhvalınızın qəflətən dəyişməsi, heç bir səbəb olmadan münaqişənin yaranması istisna deyil. Yaxın ətrafınızdakı insanların istəklərinə fikir verin.
Axşam saatları məişət texnikasının təmiri üçün əlverişli zaman deyil. Alış-verişdə çox pul xərcləməyin. Müşkül məsələnin həllinə başlamaq olar.
Balıqlar - günün ilk yarısında yaranan çətin, qarışıq vəziyyətlərdə soyuqqanlı, təmkinli davranın. Ailə üzvləriniz və ya yaxınlarınızdan biri ilə bağlı xəbər alacaqsınız. Problemlər təcili həllini tələb edir. Kənar təsirlər, müdaxilələr sizi təbdən çıxarmamalıdır.
Günün ikinci yarısında qıcıqlanmayın. Dəyər verdiyiniz insanlarla münasibətlərin qayğısına qalın. Təmasları məhdudlaşdırın, ünsiyyətləri azaldın. Yeni fəaliyyət sahəsində hiperaktiv olmayın.
Axşam saatlarında yeni imkanlar yarana bilər.
XƏBƏR LENTİ
"Gəlin" tortu (foto-resept)
Qu quşu
İyul ayında HAVA necə olacaq?
Hadisə FOTOsu haqqında Açıqlama verdi
HAVA necə olacaq?
Sabah QAZ OLMAYACAQ!
Yahoo! virus yayır
Qarabağa qoşun yeridilməyəcək
Putinə qorxulu xəbər
16-cı əsrə aid soba tapıldı - FOTO
Həcc arzusunda olanlara şad xəbər
Uşaqlarla cinsəllik haqda necə danışmalıyıq?
Qızı avtobusun arxasına bağlayıb, apardılar-FOTO
Son 10 ilin sərin avqustu müşahidə edilir
2011 Oscar-ın zövqlü və zövqsüz xanımları
Səbəbi bilinməyən nevroloji xəstəlik
Dəniz Seki 15 kq arıqladı-FOTO
Məşhur aktrisa ən böyük arzusunu reallaşdırdı
Bilirsinizmi?
Qazax benzini alacağıq
Afrikada bir gün
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
İnstagram-da izlənməkdən bu yolla qurtulun-FOTO
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Məşhur cütlük boşandıqdan sonra BARIŞDI
Kompüter oyunları süretli qocalmaya gətirib çıxarır.
Hamiləliyin ləğvinə icazə verildi
Kalori yandıran qidalar
Brüsseldə gül xalısı
Vivienin bürc illustrasiyaları
Koronavirusun kişilər üçün qorxunc fəsadı açıqlandı
Ailənin dağılmasına səbəb olacaq bəzi təhlükələr
Bülent Ersoy Ramazan ayından danışdı-FOTO
Pendirli piroq (foto resept)
Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirildi - VİDEO
Neon rəng hər yerdə
Asteroidin ilk - FOTOları
Ebru Gündeş Bakıya gəlir-FOTO
19 gün meşədə azıb qalan cütlük xilas edildi - FOTO/VİDEO
Uşaqlarda ən çox görülən yay xəstəlikləri
Noyabrın 15-i son vaxtdır
Çağla Şikel ilk dəfə etiraf etdi
Pazllar ("Canım bacım")
Dəbli çəkmələr
Rusiyalı bloqer ermənilərin nasist mahiyyətini nümayiş etdirdi - VİDEO
Bu çiplər özlərini məhv edir
Kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb nədir?
Damarları təmizləyən qidalarla tanış olun!
Cazibədar alt paltarları
Şəhidlər sükutla anıldı