Artur,Rivares Feliçe,yoxsa Ovod?
Hansı daha çox ağrıdar qarşısındakini?
Arturmu?-mülayim,gözləri dəniz mavisi,saf təbiəətli uşaq.
Rivares Feliçemi?-dağları özünə məskən salan inqilabçı?Yoxsa haqsız olanı sancan,qanını əmən Ovodmu?
Ovod mozalan deməkdir.Mozalan bizim gözümüzə iyrənc görünən bir milçək,yararsız bir həşəratdır.Ürək bulandırır elə deyilmi?
Artur təmiz və inamlı birindən düşmənlərinin ürəklərini bulandırmağı haq saymış ateist bir Ovoda çevrilir.
Görəsən, belə inamlı bir gənc niyə birdən-birə Allahla özünü bir tərəziyə qoyur?
Birdən –birə yazdım.Həqiqətən,bu birdən-birə olur?
Əslində həyat deyilmi bizi olduğumuzdan fərqli birinə çevirən?
Kimdir müqəssir?-bir üzünü çevirib,digərini göstərən Ovod,yoxsa bizi bəzən insanlıqdan çıxaran həyat şərtləri?
Artur atasının həsrətiylə anasının ölümündən sonra Montanellinin müqəddəsliyinə sığınmış bi gəncdir. O,ruhani atası - əslində,öz atası olan Montanellini ilahlaşdırır.Artur damarındaki ingilis qanıyla vətəni İtaliyanın rifahı üçün əlindən gələni əsirgəməyən inqilabçı ruhlu bir yeniyetmədir.Onun kövrək ürəyi avstriyalıların pəncələrindən azad olmuş İtaliya Respublikası üçün çırpınır. O,öz vətən davasına Cemmaya olan sevgisini də qatır.Artur və Cemma uşaqlıqdan gələn bir dostluqla gələcəyin iki möhkəm vətənpərvərinə çevrilirlər.O Cemmanı uzaqdan, ona toxunmadan,əlinin istisini əlində hiss etmədən sevir.Necə məsum,necə pak...
Artur çox sevdiyi iki insandan həyatında almış ola biləcəyi ən böyük zərbəni alır.Sevdiyi qız onu partiyaya olan xəyanətdə günahlandırır.Cemmanın Artura vurduğu o tək şillə onun üzündəki yara izindən daha dərin iz qoydu.O,bu şillənin mənəvi acısını 13 il boyunca hiss etdi.Montanelli isə ona tək,yeganə balasına yalan demiş və ondan keşiş olduğu üçün imtina etmişdir.Bunu öyrəndikdən sonra o həyatın ikinci ağır zərbəsini alır.
Burda dayanaq və özümüzə bir sual verək.Bəs sonra nə etməlidi Artur?O öz həyat filmini yalançı ölümlə sonlandırıb,qaça bildiyi qədər hər kəsdən və hər şeydən uzağa qaçır.Bəs özündən qaçmaq olarmı?Nə bir qarış qabağa,nə də bir qarış arxaya olmaz.Əsər o qədər insanın damarına işləyir ki, onu oxuduqdan sonra insan bir müddət özündə olmur.Qəhrəmanın hisslərini yaşayırsan,onun düşüncələrini beyninə həkk edirsən.Onun ürəyini ürəyinə,beynini isə beyninə taxırlar sanki.Və sən çevrilib Ovod olursan.
Ovod o qədər çox sevir ki atasını,hətta onu Allaha,onun oğlu İsaya belə qısqanır.Amma o,öz sevgisini yox, atasına olan təməl tutmamış dayaz nifrətini göstərir .Çunki,o bağışlaya bilmir.Yox, o egoist deyil.O hələ də ata həsrətini çəkən,gözlərinin rəngini anasından almış balaca bir oğlan uşağıdır.Hansı uşaq ürəyi tab gətirə bilər ki ata həsrətinə?Hansımıza asan olar ilahiləşdirdiyi atasının onu yox, Allahı seçməsi?
Montanelli sevmirmi sanki balasını?O sevir. Oğlunun gözlərinə baxanda sevdiyi,amma itirdiyi qadını görür.Amma o Allahını,sanki, daha çox sevir.Gəlin qınamayaq.Bizlər deyilik İbrahimin balasını Allah uğrunda fəda etmək istədiyi günü özümüzə bayram edən?
Hər sevgi alidir,həm Allah sevgisi,həm Vətən sevgisi,həm yar sevgisi.Sevgini sevgidən ayırmayaq.Gəlin sadəcə sevək...
Təhlil etdi: Naze Hejari
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Daha çox pul qazandırdığı düşünülən 10 iş
Qadın olmaq çətindir
Tədris ilinin müddəti barədə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA
Oqtay Şirəliyev Kürdəmirdə vətəndaşlarla görüşüb
Rəngarəng çanta modelləri
Yaponiyada 5 milyon dollarlıq yolka satışa çıxarılıb
Məşhur tərzi: Billie Eilish
Elektron qurğuların yuxuya təsiri
Azərbaycanda daha 6 nəfər koronavirusdan vəfat etdi – 338 yeni yoluxma+FOTO
Günəşdə partlayış baş verdi
Banklara xəbərdarlıq etdi
Analar və qızlar üçün geyimlər (3)
Uşağınız aşiq olub?
Miranda Kerr ikinci dəfə ana oldu-FOTO
Ətin xarab olduğunu göstərən əsas əlamətlər
Sevginiz sağlamdırmı?
Koronavirusla bağlı son STATİSTİKA
Riçard Gir yenidən evlənir - FOTO
FAYDALI MASKALAR
“Tehranda fəlakətli partlayış...” – Əhaliyə xəbərdarlıq edildi
Almalı ispanaq salatı (foto-resept)
Nazirlik xəbərdarlıq etdi
Ermənistanın daha bir ölkəylə münasibəti pisləşir
Zövqlü çanta nümunələri
Yaxınlarının məzarını ziyarətə getdilər, gördükləri mənzərə dəhşətə gətirdi - VİDEO
Azərbaycanlı boksçu erməninin "çənəsini oynatdı"
Braziliyada futbolçular hər oyundan əvvəl məcburi koronavirus testi verəcək
"Yanukoviç bir də gücə əl atsa, çox sərt cavab alacaq"
Zakir Həsənovdan hərbçilərə təbrik
Ev qəzaları
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Hande Erçelin anası öldü
"Sevgidə şikəstlik" halı nədir?
Çağla Şikelin sevgilisi kimdir?-FOTO
Yapon xalqı beş ən gözəl rusiyalı qadını seçdilər
"Kefli" armud (foto resept)
Brus Villis 12 milyonluq evini 7 milyona satdı-FOTO
HAVA necə olacaq?- 31 Mart
Silikon sinə qadını ölümdən xilas etdi
Kate Middletondan gözəl saçlar üçün tövsiyyələr
Sumağın faydaları
Uşağa eyni vaxtda altı orqan köçürülüb
Gül bayramı
Diqqət: Xəzərdəki xəstəlikdən qorunun
Azərbaycanda karantin yenidən sərtləşdirilir - RƏSMİ
Adriana Liam yeni paylaşımı ilə diqqət çəkib-FOTO
Zövq oxşayan ayaqqabılar
Bunları mütləq görməlisiniz
Göyçay çayı məcrasını dəyişdi - TƏHLÜKƏ
Bakıda ilk müsəlman qız məktəbi belə yaranmışdı...
- ŞƏRHLƏR