Dünya ədəbiyyatı müxtəlif xalqların ədəbiyyat nümunələrini özündə birləşdirir. Rus ədəbiyyatı da bunlardan biridir. Dünya ədəbiyyatını sözsüz ki, rus ədəbiyyatsız təsəvvür etmək nəinki olmaz, hətta qeyri-mümkündür. Bir düşünək Tolstoyun “Hərb və Sülh”-ü, “Anna Karenina”-sı, Bulqakovun “Master və Marqarita”-sı, “İt ürəyi”, Puşkinin “Yevgeni Onegin”-I, Turgenevin “Atalar və oğullar”-I, Qoqolun “Müfəttiş”-i, Çexovun hekayələri, Dostoyevskinin istisnasız bütün əsərləri və s. olmadan bir ədəbiyyat təsəvvür etmək mümkündür mü? Bir inkişaf mümkündür mü? Sadalanan bütün əsərlərdən, yazıçılardan xeyli yazmaq mümkündür. Ancaq son günlərdə oxuğum Dostoyevskinin “İdiot”əsərindən yazmaq istədim. Dostoyevski bütün zamanların psixoloji roman janrının zirvəsi sayılacaq əsərlər yazıb və 150 ildən çoxdur ki, bu əsərlər oxunur. Dostoyevski oxumaq asan, ancaq onu başa düşmək çox qəlizdi. Sözləri, ifadələri, cümlələri sindirə-sindirə oxumaq tələb olunur.
Tələsmədən məsələ 1 kitab bitirmək deyil də, o kitabı başa düşməkdir onu anlamaqdır. Yazıçı tam mənası ilə əsərdə ixtiyarı öz əlində saxlamır, o aydın bir yerdə əlindən tutur səni qaranlıqlara doğru aparır, ən dərinə, ən bilinməzə sonra əlini buraxır və səndən öz yolunu özünün tapmağını tələb edir. Sən o qaldığın yedə dayanıb tərpənməyədə bilərsənn, yola davam edib, azada bilərsən, yada yolu tapıb aydınlığada çıxa bilərsən. Yazıçı bu seçimi sənə buraxır. Bir neçə əsərin oxuduqdan sonra artıq öz yolunu tapmaq o qədər də çətin olmur. Həmişə düşünmüşəm ki, niyə Dostoyevski oxudulmur? Niyə insanı bir addım irəli götürə biləcək əsərlər bizə lap gənc yaşlardan təlqin olunmur? Niyə bunları oxumağı bizim öhtəmizə buraxırlar? Ya yolumuz bu əsərlərdən keçməzsə, ya bizə daim təlqin edilən ucuz ədəbiyyatın içində boğulub qalarsaq? Cavab çox sadədi. Bütün zamanların ən dəhşətli germəyi “İNSANLAR İNKİŞAFDAN QORXURLAR”, “ İNSANLAR YIXILAN KÖHNƏ DİVARLARIN YERİNDƏ ÇİÇƏKLİ BAĞÇALAR YARADILACAĞINDAN QORXURLAR” Dostoyevski oxumadan ölsəz çox şey itirəcəksiz пЃЉ 4 il öncə “Cinayət və cəza”-nı oxuduqdan sonra ağlımda o qədər suallar yaranmışdı ki, daha öncə hansısa kitabı oxuyarkən bu qədər sualları öz-özümə verdiyimi xatırlamıram. “ Niyə, bütün əsər boyu peşman olmayan Raskolnikov sonda peşman oldu?” “ O, müsbət qəhrəmandı?” və s. bu tipdə suallar. “Cinayət və cəza” xoşbəxt sonluqla bitən ən gözəl əsərlərdəndir.
Yazıçının digər əsəri psixoloji eşq romanı sayılan, yazıçının da çox sevdiyi hesab olunan “İdiot”dur. Əsəri ilk dəfə oxuyanda davam edə bilməyib yarımçıq buraxmışdım. Yenidən əsəri oxuyanda belə bir əsəri yarımçıq buraxdığıma inana bilmədim. Necə belə bir səhv etmişdim?! Anladım ki hər hadisənin olduğu kimi, hər əsərin də öz zamanı varmış və 4 il öncə o zaman deyilmiş.
Bu roman Dostoyevskinin digər romanlarına nisbətən daha axıcıdır. Əsəri oxumadan öncə Dostoyevskinin həyatı haqqında qlsa araşdırma aparsaz daha yaxşı olar, çünki romanda yazıçının həyatına dair bir çox hadisə yer almışdır. Və bu hadisələrin bu cür ustalıqla ifadə olunması məhz yazıçının həmin situasiyanı yaşaması ilə əlaqədardır. Əsərin qəhrəmanı Dostoyevski kimi epilepsiya xəstəliyindən əziyyət çəkən knyaz Mışkindir. Əsər knyaz Mışkinin mualicə üçün getdiyi İsveçrədən Peterburqa qayıtması ilə başlayır. O onu əhatə edən cəmiyyət üçün yaddır, hamı kimi deyil, onlardan tamamilə fərqlənir ona görə də hamı onu ilk zamanlar axmaq hesab edir və bunu onun xəstəliyi ilə əlaqələndirirlər. Halbuki knyaz, ancaq yüksək mənəvi keyfiyyəti ilə digər insanlardan fərqlənir. Hər nə qədər ilk vaxtlar knyaz onu əhatə edən cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da onunla ünsiyyət qurduqdan sonra insanların fikri dəyişir.
Məlumdur ki, yazıçı epilepsiya xəstəliyindən əziyyət çəkmişdir, həmçinin knyaz Mışkin də bu xəstəliyə mübtəladır. Yazıçı xəstəliyin şiddətləndiyi dövründə qəhramanın şüuru vəziyyətinin adi vaxtlara nisbətən daha yüksəldiyini, hissiyatının, ağlının, süurunun daha fəal olduğunu ifadə edir. Lakin bu çox qısa zammanda hətta bir neçə saniyədə baş verir, lakin əsərin qəhrəmanı bunun daha uzun olmasını arzulayır. İnsan oxuyarkən düşünür ki, yazıçının yazdığı əsərlər məhz bu qısa zamanların məhsuludur.
Əsərdə Dostoyevski və Turgenev arasında münasibətlərə də incə göndərişlər var. Nihilizm, liberalizm haqqında danışarkən məhz nəyə işarə etdiyini anlamamaq mümkün deyil.
Əsərdə yazıçının edam cəzasına məhkum edib, son anda əhv edilərkən yaşanılan psixoloji gərginlikıərdən də bəhs olunur. Yazıçı 1849-cu ildə Petraşevskinin dərnəyində iştirak edir və orada Vussarion Belinskinin “Qoqola məktub”-nu oxuyur. Buna görə də edan cəzasına məhkum edilir, lakin çar son anda onu əhv edir və edamın həbs cəzası ilə əvəz edilməsini əmr edir. Yazıçı bundan sonra 4 il Omsk həbsxanasında 6 il isə sürgündə olmuşdur. Son anda edam olunmaqdan canını qutaran yazıçının yaşadığı psixoloji gərginliyin bədii portreti çox incəliklə işlənmişdir ( bu hissəni oxuyarkən Dostoyevskinin edam cəzasına məhkum olunduğunu bilmirdim, düşündüm ki yaşamadan bu gərginliyi necə ifadə etmək mümkündür?!)
Digər əsərlərdə olduğu kimi bu əsərdə də yazıçı sosializmə bir bəla kimi baxır, onu katolikliklə eyniləşdirərək bunun minlərlə can hesabına başa gəldiyini və xalqın rifahından daha çox şəxsi rifaha xidmət etdiyini göstərməyə çalışır. Yenə bir Dostoyevski ənənəsi olaraq ruslar və provasavlıq çox şirirdilir.
Əsər eşq romanı olsa da əmin olun ki, oxuduğunuz zaman sizə çox sey qatacaq. Dərin düşünməyinizə səbəb olacaq. Hadisələrin sürətli və gözlənilməz şəkildə cərəyan etməsi, xarakterlərin düşüdüyü vəziyyətlərə psixoloji baxış əsəri daha da maraqlı etmişdir. Mütləq oxunması lazım olan əsərlərdəndir.
Gunel Həsənova
XƏBƏR LENTİ
Övlad sahibi olmaq istəyənlər
Azərbaycanda daha 10 nəfər koronavirusdan öldü: 1175 yeni yoluxma
Bayden rəsmən ABŞ prezidentliyinə namizəd kimi təsdiqləndi
Cəbhədə amansız atışma
Zidanın yeni iş yeri
“Xətai” stansiyası bağlandı
Saçlar üçün faydalı qidalar
Ən bahalı kökə bişirildi
Böyrək kistası
Balalarını xilas etmək üçün özünü fəda etdi - VİDEO
271 qız bir anda ərə getdi
Məşhur aktyor vəfat etdi
Gürcüstan Azərbaycandan qaz idxalını niyə azaldıb?
Yazın sürprizi bitmir
İdman zalları niyə açılmır? - RƏSMİ
"Şəhidlər ölməz, Vətən bölünməz" Biləsuvarda..
Böyük ayaqları necə kiçik göstərməli?
COVID-19-a qarşı dünyada ilk peyvəndin sınaqlarından keçən könüllülər evə buraxıldı
Ahmet Kayanın həyatı film olur
Qurban bayramınız mübarək!
Qadın geyim ölçüləri
Sevgi baş ağrısını azaldır
Bakı ətrafında torpaq neçəyədir?
Azərbaycan əhalisinin gəlirləri 9,1 milyard manata çatdı
Corc Kluninin 20 milyonluq evini su basdı-SƏBƏB/FOTO
Azərbaycanda 50 milyon il əvvələ məxsus tapıntı aşkarlanıb
"Türkiyə Avropa Birliyini təhdid etməsin" - Jan Klod Yunker
Müdafiə Nazirliyi Ermənistanın daha bir yalanını ifşa etdi
Kafe və restoranların hansı tarixdə açıla biləcəyi açıqlandı - RƏSMİ + VİDEO
MN: "Aprel döyüşlərində qarşı tərəfin itkisi 300-dən çox ölü və 700-dən artıq yaralıdır"
Koronavirusla bağlı son STATİSTİKA
Makiyajın möcüzəsi...
“Dostluq” ordeni aldı
DİQQƏT! Ət satışı qadağan edildi
Bəstəboy kişilər daha yaxşıdır?
Zeze__cards - 3
Körpənin cinsiyyətini öyrənmək QADAДћAN ediləcək!
Azərbaycanda 12 illik təhsil sisteminə keçid nə verəcək?
Saxta əlillik dərəcələri ləğv ediləcək
Hava haqqında
Riqada 7 rayon qaytarıla bilər
Özüm bu torpaqda, nəğməm dünyada!
Bakıda yeni yol istifadəyə verildi
Zaman və sevgi...
2020 Qızıl Qlobus Mükafatının Sahibləri
Bal tortu (foto-resept)
Dünya bazarlarında neftin qiyməti
Qızıl ayaqqabı: ərəblər bunu da etdilər
"Pide" (foto-resept)
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 339 yeni yoluxma