Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
12:00PERI yene menden danisirsiz((( 10:33Sima sureyya hemiseki kimi)) 10:27Sima cox sag olun xeyale xanim 10:20Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi salamlayıram! 10:19Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər! 09:18Surayye Pəri bəzəyduzəy işlərini yenə bayram gününə saxladın? 09:17Surayye Qızlarım qizillarim necəsiz mən gəldimmmm?
39580

Lavanda bitkisinin faydaları

Lavanda bitkisi həm çiçəkləri, həm otu, həm də toxumları olduqca faydalıdır. Bəzi bitkilərin istər iyi, istərsə dadı bəzən acı və xoşagəlməz olsa da lavanda həm ətrinə görə və həm də dadına görə fərqli bir bitkidir.

Lavanda bitkisinin faydaları

 Avropada demək olar bütün dövlətlərdə lavanda plantasiyaları, lavanda sahələri o qədər gözəl olur ki, dövlətə gələn xarici turistləri bu sahələrə gəzməyə gətirirlər və bu sahələrdən o qədər gözəl ətir gəlir ki, bura gələn insanlar bu sahədən ayrılmaq istəmirlər. Lavandanın həm ətri, həm də çayı insanların əsəblərini çox sakitləşdirir.- Lavanda toxumlarını 50 qram götürün, balaca bir yastıq hazırlayın, bunu kiçik uşaqların yataq yerinin yaxınlığına qoyun, uşaqların həm əsəblərinə yaxşı təsir edir, həm də gözəl ətri otağa yayılır.

Lavanda bitkisinin faydaları

Lavanda bitkisindən 2 xörək qaşığı 2 stəkan suda dəmləyin süzün, başınıza bu suyu töküb saçlarınızı yaxalayın, bu dəmləmə həm saçları gurlaşdırır, həm də kəpəklə və saçların tökülməsi ilə mübarizə aparır.- Nevrozdan əziyyət çəkən insanlar üçün ideal bir çay: 1 xörək qaşığı lavanda, 1 xörək qaşığı cökə çiçəyi qarışdırın, 3 stəkan su tutan termosda dəmləyin və 1 xörək qaşığı bal əlavə edin. Bu çayı gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için. Həm gözəl ətri və dadı var, həm də çox gözəl bir yuxu verir.- Maraqlıdır lavandanın iyi insanların nə qədər xoşlarına gəlirsə, kiçik həşəratların da o qədər xoşlamadığı bir iydir.

Lavanda bitkisinin faydaları

Ona görə də lavanda dəmləməsi bit, birə, qoturluq kimi yolxucuları bədəndən və başdan uzaqlaşdırır. Bunun üçün lavanda dəmləməsi ilə vanna etmək lazımdır və lavandalı suyu otaqlarınıza püskürməklə də belə həşəratlardan azad ola bilərsiniz.- Lavanda çox efirli bitki olduğundan şəhər bağlarında əkilməsi çox məqsədəuyğundur, çünki lavanda bitkisi havada müxtəlif virusları məhv edir və kütləvi yayılmasının qarşısını alır, məsələn donuz qripindən, quş qripindən, adi qripdən qorunmağın ən təbii üsuludur.- Lavanda otunun qurusunu işlənməyən paltarların yorğan və döşəklərin arasına qoyanda güvə yaxın düşə bilmir. Evinizdə qrip xəstəsi varsa otağa tez-tez lavandalı su püskürdün, belə etsəniz evdə heç kim qripə yoluxmaz. 

Səslərin sayı: 2
3
862
loading...
Şərhlər
Offline
Surayye
Aaa bes bunu deyin de. Men qrip olanda eve lavanda suyu cileyim
17 mart 2018 14:26
Offline
Sima
cox sagol maraqli melumat idi
17 mart 2018 12:23
Offline
Xəyalə Murad
Lavanda toxumlarını 50 qram götürün, balaca bir yastıq hazırlayın, bunu kiçik uşaqların yataq yerinin yaxınlığına qoyun, uşaqların həm əsəblərinə yaxşı təsir edir, həm də gözəl ətri otağa yayılır.


Lavanda toxumlarını 50 qram götürün, balaca bir yastıq hazırlayın, bunu kiçik uşaqların yataq yerinin yaxınlığına qoyun, uşaqların həm əsəblərinə yaxşı təsir edir, həm də gözəl ətri otağa yayılır.
17 mart 2018 10:06
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )