Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN

İnsan üzlü it görənləri TƏƏCCÜBLƏNDİRDİ-FOTO

Sosial şəbəkəyə fotosu yüklənən it Yogi görənləri təəccübləndirib.

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki,  Yoginin gözləri, dodaqları və bığları onu bir insana bənzədir.

Fotosu yayıldığı andan bəri yüzlərlə insan tərəfindən paylaşılıb. Bəzi istifadəçilər "Çox narahat edicidir, baxa bilmirəm" kimi reaksiyalar versələr də, başqaları itin çox sevimli olduğunu vurğulayıb.

İt üstündə o qədər mübahisə yaşandı ki, onu məşhur aktyor Nikolas Keycə bənzədənlər belə oldu.

İstifadəçilərdən biri isə itin Snapchat-dakı üz dəyişdirmə proqramı ilə edilibmiş kimi göründüyünü qeyd edib.


İnsan üzlü it görənləri TƏƏCCÜBLƏNDİRDİ-FOTO



Səslərin sayı: 0
0
350
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış