Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN

Ayselin “Eurovision 2018” mahnısı DƏYİŞDİRİLDİ:VİDEO

Ayselin “Eurovision 2018” mahnısı DƏYİŞDİRİLDİ:VİDEO


Xəbər verdiyiniz kimi, "Eurovision 2018" təmsilçimiz Aysel Məmmədovanın müsabiqə mahnısında dəyişiklik edilməsinə qərar verilmişdik.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə tənqid edilən mahnının yeni versiyası təqdim olunub:

***

Azərbaycanı bu il “Eurovision” müsabiqəsində təmsil edən Aysel Məmmədovanın “X my heart” adlı mahnısına dəyişiklik ediləcək.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə A.Məmmədova “İnfe Azerbaijan” feysbuk səhifəsi məlumat verib. Ayselin sözlərinə görə, Yunanıstanda baş tutan məşqlərdən sonra ingilis prodüser Tim Branın təklifi ilə mahnıda kiçik dəyişiklik olunmasına qərar verib. Bundan sonra mahnımızın giriş hissəsi daha elektronik səslənəcək.

Kompozisiyaya dəyişiklik edilməsinin səbəbi mahnının sosial şəbəkələrdə tənqid edilməsi olub. Çoxları hesab edir ki, bu mahnı Ayselə uğur gətirməyəcək. Bununla yanaşı bukmeykeylər də Azərbaycanı 10-luğa düşməyəcəyini proqnozlaşdırıb.

“X my heart” mahnısı məşhur yunan bəstəkar-prodüser Dimitris Kontopulos və isveçli bəstəkar Sandra Byurmanın müştərək əsəridir. Hər iki müəllif müxtəlif illərdə “Eurovision” mahnı müsabiqəsində qalib olub. 2016-cı ildə D.Kontopulos və 2011-ci ildə S.Byurman qalib seçilib. Mahnı Londonda yazılıb. Səhnə quruluşu üzərində məşhur yunan Fokas Evangilinos çalışıb.

Lissabonda keçiriləcək adıçəkilən müsabiqənin birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinal mayın 10-da, final isə 12 may tarixində baş tutacaq.

Səslərin sayı: 0
0
245
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!