Bakıda hava 21°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
17:41Feride Mənde beyenmisdim amma gozu sismisdi yorgundu 14:32Xəyalə Murad Cingiz birinci yerə layiq idi.Musiqi seçimi də uğurlu olub 13:45Sima 7 ci yerde oldu peri 13:27PERI cingiz necenci yere cixdi? 13:16Ayla Ayla Yaxsi ki qadin net var vaxt kecir 13:16Ayla Ayla Allah orucumuzu qəbul elesin Necə keçirdirsiz qızlar 10:21Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40446

Daha bir universitetdə əmək yarmarkası...

Bakcell şirkəti daha bir universitetdə əmək yarmarkasına qatılıb
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell, Qərbi Kaspi Universitetinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib.
Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən Bakcell şirkəti, Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını  diqqət mərkəzində saxlayır. Bu fəaliyyətin davamı olaraq Bakcell mart ayının 10-da Qərbi Kaspi Universitetinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib. Müxtəlif sahələri təmsil edən 50-dən artıq nüfuzlu şirkətin iştirak etdiyi əmək yarmarkasında universitetin tələbə və məzunlarına Bakcell şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Həmçinin, gənclər Bakcell şirkətinin  öz müştərilərinə və xidmətlərinə  innovativ yanaşma üsulları barədə geniş məlumatla tanış olublar. Karyera sərgisindəki Bakcell stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd etmək lazimdır ki, Bakcell və Qərbi Kaspi Universiteti arasında 14 dekabr 2017-ci il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə töhfə verəcək.
Bakcell şirkətinin  gənclərin  təhsil almasına və karyera  qurmasına dəstək göstərir və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verir.

*  *  *

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər. 

 

Daha bir universitetdə əmək yarmarkası...  Daha bir universitetdə əmək yarmarkası...

 

Səslərin sayı: 1
0
615
Loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!