Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində iki dəfə təmsil edən, o cümlədən “O Səs Türkiyə” mahnı müsabiqəsinin qalibi Elnur Hüseynov “Say Hallelujah” adlanan yeni mahnısına çəkilən klipini təqdim edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, mahnının bəstəsi ifaçıya, sözləri isə Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanova aiddir. Klipi tanınmış rejissor Ülviyyə Könül çəkib.
Təqdimat mərasiminə Xalq artisti Aygün Kazımova, aparıcılar Nərgiz Cəlilova, Kamilə Babayeva, Ranar Musayev, Əməkdar artist Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, aktrisa Vəfa Zeynalova, Əməkdar artist Mehriban Zəki və başqaları qatılıb.
Elnur Hüseynov mahnını ingilis dilində Fidan Hüseynova ilə birlikdə duet şəklində oxumağı təklif edib. Cəlal Qurbanovun yazdığı “Körpələrin səsi” şeirini Azərbaycan dilindən ingiliscəyə şair Nigar Həsənzadə tərcümə edib.
Elnur Hüseynov çıxışında bildirib ki, bu layihə çox bəşəridir, məna və məzmun etibarı ilə Azərbaycanın hüdudlarına sığmır:
“Bu ifa bütün ölkələrə, dünyaya ünvanlanıb. Hansı ki, iki azərbaycanlının dünyaya və dünyanı idarə edən qüvvələrə mesajdır. Bu mesajda çox dərin mənalar yatır. Biz dünyadan yalnız haqq, ədalət və əmin-amanlıq istəyirik. Mahnının özəlliyi mətnlə musiqinin bir-birini gözəl şəkildə tamamlamasıdır. “Say Hallelujah” mahnısı bizim terrora və müharibələrə qarşı etiraz səsimizdir. Çox istərdim ki, kompozisiya insanların qəlbinə toxusun, gözləri açılsın və başa düşsünlər ki, dünyanın sülhə ehtiyacı var”.
Nigar Həsənzadə çıxışında bildirib ki, şeirin ingilis dilinə tərcümə olunması təsadüfi deyil:
“Şair üçün mahnını tərcümə etmək asan iş deyil. Çünki sözün azadlığı və sərbəstliyi məhdudlaşır. Orijinal versiyasına mütləq uyğun olmalıdır. Cəlal bəyin şeiri o qədər həssas mövzuda yazılıb ki, əlbəttə ki, bu işə böyük həvəslə başladım. Bu, çox aktual mövzudur, müharibələr və terror dünyanın yaralı yeridir. Hamımız istəyirik ki, müharibələrə son qoyulsun, balalarımız sağlam və xoşbəxt böyüsün. Qoy, bizim nə düşündüyümüzü dünya da bilsin. Qoy, görsünlər ki, bizim istəyimiz, məramımız yalnız sülh və əmin-amanlıqdır. Mahnının əsas təsir qüvvəsi ideyadadır. İdeya isə budur ki, bu bəşəri sözlər körpələrin dilindən səslənir”.
Ülviyyə Könül açıqlamasında deyib ki, ekran işində müharibə səhnələrindən istifadə etməyib:
“Bu klipdə qanlı kadrlar, müharibə və tək qalan uşaqlar görməyəcəksiniz. Çalışdım ki, öz fikrimi simvollarla çatdırım".
Məlumat üçün onu da bildirək ki, Elnur Hüseynovun duet ortağı Fidan Hüseynova 2014-cü ildə ecazkar səsi ilə Azərbaycanda konsert verən müğənni Lara Fabianı heyran qoymuşdu. Bir il sonra isə Lara Fabian İstanbulda konsert verərkən Fidan onunla yenidən səhnəyə çıxıb və məşhur fransız müğənnisi ilə “Je tom” kompozisiyasını ifa etmişdi.
Fidan Hüseynova Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib. 2016-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə xüsusi aylıq təqaüdə layiq görülüb.
XƏBƏR LENTİ
Sarkozi Rusiyaya qarşı sanksiyaların ləğvinə çağırdı
Dövlət Sərhəd Xidmətinin rəisi vətəndaşları qəbul edib
Alla Puqaçova yenidən TƏƏCCÜBLƏNDİRDİ- FOTO
Bir Hacıbaba Bağırov vardı...
Azərbaycana 30 santimetr qar yağdı
“Ulduz müharibələri”nin aktyoru öldü
Bloklanan “Email”i açmaq üçün mütəxəssisdən tövsiyə
Qadın güləşi üzrə açıq Azərbaycan Kuboku keçirildi
Düşmən Ağdam və Ağcabədini atəşə tutur - RƏSMİ
Azərbaycanda koronavirus yenidən alovlana bilər - XƏBƏRDARLIQ
Obama Amerika kəşf etmədi
Adobe photoshop (Dərs-10)
Vera otel qapısında qaldı-FOTO
Azərbaycanda insanlar falçılara niyə inanır?
Çin üsulu badımcan qızartması (foto resept)
Tramp daha iki hind quşunu xilas etdi
Bu yay küləkli günlərin sayı çoxalıb - İnstitut
Bu şəhərdə artıq avtomobil qəzaları olmayacaq
Sızanaqlar üçün kərəviz maskası
İŞİD Bakının neft yataqlarını vurmaqla hədələdi
Bakıda dünyanın ən iri miqyaslı festivalı təşkil olunacaq
Cəfərili çuğundur salatı (foto-resept)
BÜRCLƏR bizə nə vəd edir? - 4 APREL
Azərbaycanda zəlzələ olub
Ermənilər Qarabağdan qaçmağa başladı
Pensiyaçılara Bakı 2015 müjdəsi
Yüzlərlə tələbə köpükləndi
Yeni il axşamı hamilələr ehtiyatlı olsun
52 tatudan sonra tanınmaz hala düşdü
Üz deyil ki, sənət əsəridir
Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bu qaydalara ƏMƏL EDİN
Sobada bişmiş badımcanlı makaron (foto-resept)
Kral cangüdəni ilə evləndi-FOTO
Macar kababı (foto reept)
Mənim gözəl Xaçmazım
500 illik məscid məhv olmaq üzrədir
Abituriyentlərin nəzərinə!
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Beren Saat və Kənan Doğulunun ayrılıq əbəri yayıldı-FOTO
Hava haqqında
Cennifer Lopezdən maraqlı addım-VİDEO
Azərbaycan "Facebook"da saxta səhifələrlə mübarizəyə başlayır
Dimedrol reseptlə satılmalıdırmı?
Ərəblərin brilyant təyyarəsi: sirr açıldı - FOTO
Ermənistan bir həftə sonra məhv edilmiş hərbçilərinin sayını açıqladı
İştahsız uşaqlara maraqlı yeməklər
Dişlər haqqında 5 maraqlı fakt
Almalı piroq (foto resept)
Erməni idmançılar Azərbaycana gəlməkdən imtina etdilər
Ana olmağa hazırlaşanlar, oxusanız məsləhətdir!
- ŞƏRHLƏR