Bakıda hava 16°
USD 1.7000 AZN
EUR 1.9550 AZN
01:13Sima geceniz xeyir millet
39315

Tarixə adlarını yazdıran feminitst mübarizlər (2)

Tarixə adlarını yazdıran feminitst mübarizlər (2)


Elizabet Keydi Stenton (1815-1902). Elizabet Keydi Stenton XIX əsrin qadın hüquqları uğrunda mübarizə aparan ən tanınmış aktivistlərindən və filosoflarından biri olub. O, 1815-ci ilin 12 noyabrında Nyu Yorkun zəngin ailələrindən birində dünyaya göz açıb. Bütün həyatı müxtəlif islahat hərəkatlarının içində keçib. 1840-ci ildə  quldarlığın ləğv olunması tərəfdarı Henri Bruster Stentonla ailə həyatı qurandan sonra ər-arvad Londonda quldarlığın ləğv olunması üçün Ümumdünya qurultayına yollandılar, ancaq qadın nümayəndələrin qurultayda iştirakına qadağa olduğu üçün Elizabet oraya buraxılmadı.

 

Tarixə adlarını yazdıran feminitst mübarizlər (2)

 

Bu cür ədalətsizlik Stentonu əmin etdi ki, qadınlar ilk olaraq öz hüquqları, daha sonra digərlərinin haqları uğrunda savaşmalıdırlar. 1848-ci ilin yayında Elizabet quldarlığa qarşı çıxan dostu, antialkoqol kompaniyasının aktivisti Lukresiya Mott və bir neçə reformist qadınla bərabər Nyu Yorkda qadın hüquqlarını müdafiəsinə həsr olunmuş ilk qurultay keçirdilər. Buraya Stenton və Mottun “qadınların sosial, vətəndaşlıq, dini mühiti və hüquqları” adlandırdığı ideyalarını müzakirə etmək üçün 240 kişi və qadın toplaşmışdı. Qurultayın yüz nümayəndəsi (68 qadın və 32 kişi) müstəqillik Deklarasiyasının zəminində yaradılmış yeni sənəd imzaladılar. Bu sənəddə qadınların da kişilər kimi vətəndaşlıq və seçkilərdə səsvermə hüququna malik olduqları  vurğulanırdı. Bu Nyu York qurultayı özündən sonra qadınların hüquqlarını müdafiə edən müxtəlif  kompaniyaların əsasını qoydu.

 

Tarixə adlarını yazdıran feminitst mübarizlər (2)

 

 

Syuzan B. Entoni kimi Stenton da quldarlığın ləğv olunması tərəfdarı idi. Lakin bərabər hüquq prinsipini də qurban vermək istəmirdi. Nəticədə, o, Konstitusiyadakı 15-ci düzəlişin ratifikasiyasına qarşı kompaniya keçirir. Çünki bu düzəlişdə qaradərili kişilərə (hələ də qadınlara verilməyən) səsvermə hüququ verilirdi. 14-cü və 15-ci düzəlişlər ətrafındakı mübahisələrdən sonra da Stenton qadınların siyasi bərabərliyinin müdafiəsini dəstəkləməkdə davam edirdi. O, ailə hüquqları, qızların təhsil imkanlarının genişləndirilməsi məsələlərini işıqlandırır və qadınlar üçün ciddi geyimlərin (aktivist Ameliya Blumerin populyarlaşdırdığı geyim formasından fərqli olaraq) tətbiqinin düzgün olmadığını qeyd edirdi. Əlavə olaraq, Stenton  qadın azadlıqlarını boğan dini kompaniyaların da keçirilməsinə qarşı çıxırdı.

 

 

Tarixə adlarını yazdıran feminitst mübarizlər (2)

 

 

Lüsi Stoun (1818-1893). Lüsi Stoun 1818-ci ildə Massaçüsetsdə anadan olub. Quldarlığın ləğv edilməsi, qadınların hüquq bərabərliyi üçün çalışan ilk qadın fəallardan sayılır. Ancaq hər şeydən əvvəl o, 1855-ci ildə ailə qurarkən əri, ABŞ-da quldarlığın ləğvi tərəfdarlarından biri olan, Henri Blekvellin soyadını götürməməsi ilə məşhurlaşmışdı (ər və arvadın fikrincə, bu ənənə “həyat yoldaşını (qadını) müstəqil, rasional insan kimi qəbul etməməyə” və “ər üçün qadın üzərində üstün haqlara sahib olmağa” yönəldilib).  1847-ci ildə Oberlin kollecini bitirəndən sonra Stoun “Quldarlıqla mübarizə üzrə Amerika cəmiyyəti”ni dəstəkləyən mühazirələri ilə səyahətə çıxır, öz sözləri ilə “təkcə quldarlığa qarşı deyil, həm də əziyyət çəkən bütün insanlıq naminə” çoxsaylı nitqlər söyləyir.

 

Tarixə adlarını yazdıran feminitst mübarizlər (2)

 

 

Stoun deyirdi: “Mən xüsusilə öz cinsimin statusunun qalxması üçün zəhmət çəkirəm”. O, öz mübarizəsini 1857-ci ilə - qız övladı dünyaya gələnə qədər davam etdirdi. Vətəndaş müharibəsindən sonra qadın hüquq müdafiəçiləri dilemma ilə qarşılaşdılar: ABŞ-da bütün vətəndaşlar üçün ümumi bərabər hüquqlar uğrunda mübarizə aparsınlar, yoxsa Konstitusiyaya edilən 15-ci dəyişikliklə razılaşıb (hətta buna sevinib) qadın hüquqları üçün kompaniyalarını davam etdirsinlər?

 

 

Tarixə adlarını yazdıran feminitst mübarizlər (2)

 

Syuzan B. Entoni və Elizabet Keydi Stenton da daxil olmaqla bir neçə aktivist  15-ci düzəlişi qəbul etməkdən boyun qaçıraraq birinci variantı seçdilər. Onlar “Qadınlar üçün səsvermə hüququ uğrunda milli mübarizə assosiasiyası” yaratdılar ki, bu qurumun da işi bütün Amerika əhalisi  üçün bərabər hüquqların verilməsini dəstəkləyirdi. Stoun isə bir tərəfdən, 15-ci düzəlişi müdafiə edirdi, digər tərəfdən də hər bir ştatda qadınların haqlarını qoruyan “Qadınlar üçün səsvermə hüququ uğrunda milli mübarizə assosiasiyası”na kömək edirdi.

 

Tarixə adlarını yazdıran feminitst mübarizlər (2)



 

1871-ci ildə Stoun və Blekvell The Woman’s Journal” (“Qadın jurnalı”) adlı həftəlik feminist qəzet nəşr etdirdilər. Stoun 1893-cü ildə - Amerika qadınlarının səsvermə hüququ almasına 27 il qalmış dünyasını dəyişdi. The Woman’s Journal” isə 1931-ci ilə qədər nəşr olunurdu.

 

Tarixə adlarını yazdıran feminitst mübarizlər (2)



 

İda B. Uells (1862-1931). İda B. Uells 1862-ci ildə Missisipidə doğulub. Özbaşınalıqla mübarizə aparan iti qələmli jurnalist kimi tarixə adını yazdıran Uells gərgin həyat yolu keçmişdir.

 

Memfisdə müəllim işləyən Uells qaradərililər üçün “The Free Speech”  şəhər qəzetinə məqalələr yazırdı. Öz yazılarında cənubluların həyatının ayrılmaz hissəsi olan bərabərsizliyi və ədalətsizliyi pisləyir, buna yol açanları mühakimə edirdi: qanunsuzluq, seqreqasiya, afroamerikalılar üçün təhsil və iqdisadi hüquqların olmaması və xüsusilə, “rəngli” qonşularını qorxutmaq, onları idarə etmək üçün ağdərili irqçilər tərəfindən həyata keçirilən məhkəmə zorakılığı haqqında məqalələri dərc olunurdu.

 

İnadkarlığı və ədəalət uğrunda mübarizəsi üzündən Uells özünə xeyli düşmən qazanmışdı və 1892-ci ildə qəzəbli kütlənin “The Free Speech” qəzetinin redaksiyasına hücum edərək onu öldürəcəyini elan etməsindən sonra Memfisi tərk etməyə məcbur olmuşdu.

 

Bundan sonra Uells şimala üz tutur, ancaq yenə də irqi ayrıseçkilikdən, qaradərililərə qarşı amansız zorakılıqlardan yazmağa davam edir və  federal qanunların qəbul olunması, həmçinin vətəndaş azadlıqları və qadın hüquqlarının müdafiəsi üçün fəal çıxışlar edir.

 

Tarixə adlarını yazdıran feminitst mübarizlər (2)



 

1913-cü ilin martında Uells sufrajistlərin prezident Vudro Vilsonun andiçmə mərasimi günü baş tutan yürüşündə iştirak etməyə hazırlaşanda təşkilatşılar ondan cərgədən çıxmasını istəmişdilər. Belə görünürdü ki, bəzi sufrajistlər qaradərili qadınlarla bir sırada addımlamaqdan boyun qaçırmışdılar.

 

Hərəkatın yarandığı ilk mərhələlərdə qadınlar, əsasən, irqi bərabərlik üçün mübarizə aparırdılar, çoxları əvvəlcə  məhz quldarlığın ləğvi uğrunda çalışırdılar, sonradan qadın hüquqlarını müdafiəyə qalxmışdılar. Bu isə XX əsrin başlanğıcı üçün nadir rastlanan hadisə idi. Əslində, orta təbəqənin ağ dərili nümayəndələri sufrajistlərin hərəkatını ona görə dəstəkləyirdilər ki, hüquqlar qazandıqdan sonra “ağlar”ın hakimiyyət qazanmasının afroamerikalıları neytrallaşdıracağını düşünürdülər.

 

Tarixə adlarını yazdıran feminitst mübarizlər (2)

 

 

Uells isə yenə də həmin yürüşdə iştirak etdi, ancaq ona qarşı bu münasibət göstərdi ki, heç də ağ dərili sufrajistlər hamısı bütün vətəndaşlar üçün bərabər hüquqların tərəfdarı deyillər. İda B. Uells  vəfat etdiyi 1931-ci ilə qədər vətəndaş hüquq və azadlıqları uğrunda mübarizəsini əzmlə davam etdirmişdi.

 

 

Tərcümə: Xavər Zahir

Səslərin sayı: 1
2
4238
Digər yazılar
Şərhlər
Offline
Xəyalə Murad
Hərəkatın yarandığı ilk mərhələlərdə qadınlar, əsasən, irqi bərabərlik üçün mübarizə aparırdılar, çoxları əvvəlcə məhz quldarlığın ləğvi uğrunda çalışırdılar, sonradan qadın hüquqlarını müdafiəyə qalxmışdılar.
16 iyul 2018 18:31
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Iceberg
Feminizm deyəndə ki, elementar hüqüqlarıni tələb etməyə niyə belə adf qoyurlar bilmirəm
11 mart 2018 20:18
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )