Bakıda hava 20°
USD 1.7000 AZN
EUR 1.9550 AZN
09:15Xəyalə Murad Cüməniz mübarək! 09:14Xəyalə Murad Sabahınız xeyir olsun,Əziz Qadin.Netlilər! 08:49Surayye Qızlarım qizillarim necəsiz? Yağışla nə etdiz?
39318

Tarixə adlarını yazdıran feminitst mübarizlər

 

Tarixə adlarını yazdıran feminitst mübarizlər



 

Uzun illər dünyanın müxtəlif ölkələrində qadınlar mitinqlərdəki çıxışlarla, paradlardakı nümayişlərlə, saysız-hesabsız petisiyalarla hüquqları, azadlıqları uğrunda mübarizə aparıblar. Bu kompaniyaların liderləri isə heç də hər zaman bir-biri ilə razılığıa gəlmirdilər. Bundan əlavə, bəzən onların narazılıqları o həddə çatırdı ki, qadın hərəkatının gələcəyi, səs hüququnun qazanılması faktı sual altında qalırdı. Lakin hər bir lider ümumi məqsəd uğrunda - qadınlara bütün vətəndaş azadlıqlarının və siyasi hüquqların verilməsi üçün çalışırdı.

 

Tarixə adlarını yazdıran feminitst mübarizlər



 

Syuzan B. Entoni (1820-1906). Tarixin ən məşhur qadınlarından biri olan Syuzan B. Entoni 15 fevral 1820-ci ildə Massaçusetsin şimal-qərbində kvakerlər (protestant xristian hərəkatı) ailəsində anadan olub. Etonini uşaqlıqdan sərbəst və müstəqil böyüdən ailəsi, ona fikirlərini açıq şəkildə ifadə etməsini öyrətmişdi. Digər kvakerlər kimi, onun da valideynləri qadın və kişi bərabərliyinin tərəfdarı idilər. Onların fikrincə, həm qadınlar, həm də kişilər dünyada ədalətsizliyin və qəddarlığın aradan qardırılması üçün bir yerdə bərabər şərtlər altında işləməli, oxumalı və yaşamalıdırlar.

 

 

Qadınların seçki hüququnu müdafiə edən kompaniyaya qoşulmazdan əvvəl, Entoni qızlar məktəbində müəllimə kimi işlədiyi Roçesterdə (Nyu York ştatı) cəmiyyətin alkoqolizasiyasına qarşı etiraz aksiyalarında iştirak edib. Kvaker olduğundan düşünürdü ki, spirtli içkilərdən istifadə etmək böyük günahdır. Bundan əlavə, o, əmin idi ki, kişilərin alkoqola qurşanması qadınlar və uşaqlar üçün daha pis nəticələrə səbəb olur və onların ailədaxili şiddət, zorakılıq və yoxsulluqdan əziyyət çəkməsinə gətirib çıxarır. Lakin tezliklə Entoni başa düşdü ki, siyasi liderlər onun antialkoqol kompaniyalarını ciddiyə almırlar, ən əsas da ona görə ki, o, qadındır və öz cinsinin hüquqları naminə mübarizə aparır. Entoni belə nəticəyə gəlir ki, hakim dairələrdə öz maraqlarını qorumaq üçün qadınlar mütləq səs hüququna sahib olmalıdırlar.

 

Tarixə adlarını yazdıran feminitst mübarizlər



 

Bu fikrə qarşı çıxanlar bilirdilər ki, köhnə qulların da vətəndaşlıq hüquqlarının tezliklə genişləndirilməsini dəstəkləmək vacibdir. Bununla bərabər, həm də ABŞ-ın bütün vətəndaşlarının səs hüququ uğrunda mübarizə aparmalı olacaqlarını da gözə almışdılar (Bu ideyanın tərəfdarları “Qadınların səs hüququ uğrunda mübarizəsi üçün Amerika assosiasiyası” adlı qrup yaratmışdılar).

 

Tarixə adlarını yazdıran feminitst mübarizlər



 

 

Nəticədə, 1890-ci ildə hər iki qrup birləşərək qadın hüquqları uğrunda mübarizə aparan təşkilat - “Qadınların səsvermə hüququ uğrunda Amerika milli mübarizə assosiasiyası” (NAWSA - National American Woman Suffrage Association) yaratdı. Elizabet Keydi Stenton bu assosiasiyanın ilk, Entoni isə ikinci təmsilçisi olub. O, ölənə qədər (13 mart 1906-cı il) qadınların səsvermə hüququ uğrunda mübarizəsini davam etdirmişdi.

 

 

Elis Pol (1885-1977).  O, qadın haqlarının müdafiəsi hərəkatının ən döyüşkən qanadına liderlik edib. Pol 1885-ci ildə Nyu Cersidə varlı kvaker ailəsində doğulub. Elis yaxşı təhsil alandan sonra Soutmor kollecində biologiya üzrə dərəcə, Pensilvaniya universitetindən isə sosiologiya sahəsində fəlsəfə doktoru adını qazanıb. Bütün mümkün yollardan istifadə edərək qadınlar üçün səsvermə hüququnu əldə etmək onun həyatının əsas məqsədi olub. Londonda magistraturanı bitirən Pol, elə oradaca Emmelin Penkhörstün radikal təşkilatına - “Qadın sosial-siyasi birliyi”nə daxil olur. Burada öz məqsədinə nail olmağın və ideyasına diqqət çəkməyin müxtəlif yollarını (vətəndaş itaətsizliyi və qadına xas olmayan müxtəlif kobud taktikalar) öyrənir.

 

 

Tarixə adlarını yazdıran feminitst mübarizlər

 

1910-cu ildə ABŞ-a qayıdan Elis Pol, öyrəndiyi döyüş ruhlu mübarizə üsullarını artıq mövcud olan “Qadınların səsvermə hüququ uğrunda Amerika milli mübarizə assosiasiyası”na gətirdi. Assosiasiyanın parlament komitəsinin nümayəndəsi olan Elis, federal səviyyədə ümumxalq səsvermə hüququ haqqında Konstitusiyada düzəliş üçün təşviqat aparmağa başladı. 1913-cü il 3 mart Pol və onun həmkarları qadınların səsvermə hüquqlarını dəstəkləyən yürüş keçirdilər ki, bu da o zaman ABŞ prezidentinin andiçmə mərasimi ilə eyni gündə baş vermişdi (heç də təsadüf deyildi).

 

Tarixə adlarını yazdıran feminitst mübarizlər



 

Bu yürüş ardınca  bir neçə etiraz nümayişlərinə də səbəb oldu. Lakin tezliklə, Assosiasiyanın daha mühavizəkar üzvləri bu cür ictimai aksiyalara qarşı çıxdılar və 1914-cü ildə Pol təşkilatı tərk edərək öz Konqres birliyini yaratdı (az sonra isə bu təşkilat “Milli Qadın Partiyasına” çevrildi). Hətta ABŞ-ın Birinci Dünya Müharibəsinə qatılmasından sonra da Milli Qadın Partiyası öz parlaq çıxışlarını dayandırmadı və Ağ Evin divarları yanında yeddi aylıq piket keçirdi.

 

 

Tarixə adlarını yazdıran feminitst mübarizlər



 

Belə “qeyri-vətənpərvər” çıxışına görə Polu və partiyanın digər üzvlərini həbs etdilər. Digər aktivistlər kimi Pol da birnəfərlik kamerada tutulurdu. Qadınlara qarşı bu cür münasibətə etiraz kimi məhbuslar aclıq elan edəndə isə, üç həftə ərzində onları zorla yedizdirirdilər. Hökümətin bu fəaliyyəti lazımi effekti vermədi: həbsxanadakı qadınların başına gətirilənlər ictimaiyyətə bəlli olduğu zaman xalq içərisində böyük qəzəb dalğası yarandı. Bunun nəticəsində aktivist qadınlar azad edildilər.

 

Tarixə adlarını yazdıran feminitst mübarizlər

 

 

1918-ci ilin yanvarıda prezident Uilson  Konstitusiyada bütün qadınların səsvermə hüququnu təsdiq edən düzəliş aparılması haqqında qərar verdi. 1920-ci il, 26 avqustda Tennesi düzəlişi ratifikasiya edən 36-cı ştat oldu.

 

1920-ci ildə Elis Pol Konstitusiyaya “Bərabər hüquqlar haqqında düzəliş” edilməsi (burada deyilirdi ki, “qadınlar və kişilər bütün ABŞ ərazisində  bərabər hüquqlara malik olmalıdırlar”) təklifini irəli sürdü. Bu düzəliş isə heç vaxt ratifikasiya olunmadı.

 

 

Ardı var... 

Tərcümə: Xavər Zahir

Səslərin sayı: 2
5
1030
loading...
Şərhlər
Offline
Iceberg
Çox şərəfli ömür yolu keçib hər biri. Təşəkkür edirəm bu maraqlı araşdırmanız üçün.
10 mart 2018 19:11
imza: shafaabdulla.blogspot.com
Offline
Sima
bu qadinlarin hesabina indi var huquqlarimiz
10 mart 2018 18:56
Offline
PERI
bes niye bele cirkindi hamisi
10 mart 2018 18:46
Offline
Surayye
8 marti onlarin cesaretli addimina gore qeyd edirik
10 mart 2018 13:00
Online
Xəyalə Murad
Dəyərli məlumatı bizimlə bölüşdüyünüz üçün təşəkkür edirəm, Xavər xanım. Xəbərin ikinci hissəsini səbrsizliklə gözləyirəm
10 mart 2018 12:59
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!