Qoç - situasiyalarda qəfil, əsla nəzərdə tutulmamış dəyişikliklər ola bilər. Kölgəyə çəkilin, bir qədər sakit davranın. Ətrafınızda baş verənləri diqqətlə müşahidə edin. Maraqlandığınız işdə uğurlar əldə edə bilərsiniz.
Günün ikinci yarısında yeni layihəyə başlamayın. İti və kəsici alətlərlə ehtiyatlı davranın. Yaxın ətrafınızdakı insanlarla təmaslarda gərginlik, qarşılıqlı iradlar olacaq. Fikir ayrılıqlarını normal şəkildə nizamlayın. Günün təmayüllərini nəzərə alaraq problemləri dərhal aradan qaldırın. Axşam saatlarında yeni ideyalar istisna deyil.
Yeni ideyaları müzakirə etmək gərəkdir.
Axşam saatlarında bir müddət tənha qalmağa çalışın.
Buğa - sizi təəccübləndirəcək çox hadisə olacaq. Arzuladığınız işlərdən birinə başlamaq şansı yaranacaq. Fürsətdən yararlanın. Qəfil hadisə əhvalınızı korlayaraq fəaliyyətinizi korlaya bilər. İşlərdən biri gəlir və ya rəqiblərlə müqayisədə üstünlük vəd edir.
Günün ikinci yarısında yeni əlaqələr qurun, təmasları aktivləşdirin, münasibətləri nizamlayın.
Diqqətinizə və qayğınıza ehtiyac duyan insanlara dəstək olun. Enerjiniz az deyil. Emosiyalara qapılmayın. Təmaslarda ehtiyatlı olun. Axşam saatlarında səhhətinizə fikir verin, çox işləməyin.
Əkizlər - işgüzar danışıqlar, müzakirələr, bacarıqların nümayişi üçün əlverişli zamandır. Emosional fonu kontrolda saxlayın. Mübahisələrin konstruktiv məcrada olmasına çalışın.
Gün bol sürprizlər vəd edir. Hadisələrin axarı pozitiv və ya mənfi ola bilər. Hər şey sizdən asılıdır. Çalışdığınız insanların məramlarına fikir verin. Münasibətləri balanslaşdırın. Yollarda ehtiyatlı olun. Axşam saatlarında sakit istirahət edin.
Maliyyə məsələləri xüsusi diqqət tələb edir. İmpulsa aldanaraq itkilər verməyin, mənasız xərclər etməyin. Problemlərin uğurlu həllini tapmaq olar.
Xərçəng - yolda ehtiyatlı olun. Nəqliyyat vasitəsilə ilə bağlı problem, gecikmə, təxirəsalma ola bilər. Yaxın ətrafınızda baş verən hadisələrin sayı artır. Sıx bağlı olmadığınız, amma yaşamınızda müəyyən yer tutan insanlarla əlaqələrdə ehtiyatlı davranın. Yaxın gələcəklə bağlı planlarınızda zəruri dəyişikliklər edin.
Günün ikinci yarısında dəyər verdiyiniz insanın sizə qarşı iradları və iddiaları artacaq. Məqsədlərlə hədəfləri dəqiqləşdirin. Narazılıqların sayı artır. Mübahisələrin qarşısını almaq üçün yeni sxemlərdən yararlanmaq olar.
Təhlükəsizliyinizi təmin edin. Maraqlarınızı ani hisslərə qurban verməyin. Nailiyyətləri qorumaq üçün təmkinli, səbrli olmalısınız.
Şir - çalışdığınız kollektiv və ya qrupda qapalı, ilk baxışdan nəzərə çarpmayan təhlükə var. Sözlərinizə, dediklərinizə fikir verin. Təmasları sizin üçün mühüm olan insanlarla münasibətləri korlamayın.
Günün ikinci yarısında nişanələrə və olaylara diqqətlə fiki verin. Yeni resurslar potensial və gücün aşkarlanması mümkündür. Enerjinizin sərfinin optimal yolunu seçin. Yaşamınızdakı gərəksiz əlaqələr, ünsiyyət və vədlərdən qurtulun. Gərəkli müstəvidə qayda yaradın.
Axşam saatları şəxsi münasibətlər üçün mürəkkəb zamandır. Sevdiyiniz insanın xətrinə dəyməyin.
Qız - günün ilk yarısındakı qeyri-müəyyənlik ciddi narahatlıq yarada bilər. Ailə işləri və məişət qayğıları ilə bağlı durumdakı çətinlikləri aradan qaldırın. Yaşam arealında qayda yaradın. Resurs və ehtiyatlarınızı dəyərləndirin. Alış-veriş etmək olar.
Günün ikinci yarısında məşğuliyyətinizi və ünsiyyət çevrənizi təftişə uğrada bilərsiniz. Münaqişəli situsiyaların, sizi asılı duruma salmaq istəyən insanların iradlarının az olduğu durumu seçin. Təmkinli olun. Kobudluğa kobudluqla, aqressiya ilə cavab verməyin. Estetikaya, gözəlliyə tələbat arta bilər. Qarderob və aksessuarların yenilənməsi üçün münasib zamandır.
Axşam saatlarında yaxşı bələd olmadığınız yerdə istirahət etməyin.
Tərəzi - ətrafınızda baş verən hadisələrdə qarışıqlıq olsa da, uğurlu gündür. Prosesləri diqqətlə müşahidə edərək çevik tərpənsəniz, şansınızdan yararlana bilərsiniz. Yaxın saatlar faydalı olacaq.
Yaşda və ya vəzifədə sizdən böyük olan insanlara qarşı günün ikinci yarısında "qiyam" qaldırmayın. Dostlar, həmkarlar, yaşıdlarınızla ünsiyyətdə mövqelərinizi qoruyun. Nabələd olduğunuz məsələdə, qapalı gərginliyin hiss olunduğu situasiyada ehtiyatlı davranın.
Axşam saatlarında dostlarla birgə istirahət edə bilərsiniz.
Əqrəb - rutin işlərdən yayınmayın. Yaxın ətrafınızdakı insanlar sizə can atırlar. Amma təmaslar rahat və xoşagələn olmaya bilər. Sizdən yardım istəyəcək, bir sıra problemlərin həllini sizə həvalə etməyə çalışacaqlar. İnformasiya mübadiləsinə və məlumatların paylaşmasına fikir verin.
Günün ikinci yarısı bilavasitə fəaliyyət sahənizlə bağlı məsələlərin həlli üçün əlverişlidir. Münaqişəli situasiyalarda nümayişkaranə şəkildə sərt olmayın. Gələn xəbərləri təhlil edin. Proseslərlə bağlı mümkün qədər çox məlumat əldə edin.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Oxatan - yeni işlərə və mövzulara başlamağa tələsməyin. Əmin olmadığınız məsələlərdə qəti qərar verməyin. Şanslardan yararlanmağa çalışın. Zərurət yaranarsa, məsləhət və ya məşvərətə başlamaq olar. Yaxın ətrafınızdakı insanlardan birinin sözlərinə diqqətlə qulaq asın.
Günün ikinci yarısında maraqlandığınız işlərlə məşğul ola bilərsiniz. Təmaslardan praktik fayda əldə edin. Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Emosiyalara qapılmayın.
Oğlaq - kommersiyada, maliyyə məsələlərində maksimum dərəcədə ehtiyatlı və sayıq olun. Alış-veriş üçün münasib zaman deyil. Bütün detallara və təfərrüatlara bələd olandan sonra aktiv işə başlayın. İşgüzar tərəfdaşlardan biri pulla bağlı sizə yalan danışa bilər. Yalnız öz maliyyənizlə risk edin.
Günün ikinci yarısında intuisiyanızın dediklərini qulaqardına vurmayın. Tələsməyin, həmsöhbətinizin dediklərinə diqqətlə qulaq asın. Ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Rəqabət güclənə bilər. Mövqelərinizi möhkəmləndirəcək məlumatı arayın.
Axşam saatları alış-veriş üçün əlverişli deyil.
Dolça - mürəkkəb, qarışıq gündür. Ehtiyatlı olun, mənasız və səbəbsiz risklər etməyin. Fəaliyyət prosesinizə emosiyalar nə qədər çox müdaxilə edərsə, səhvlər və sapmalar bir o qədər çox olacaq. Təmaslar üçün asan gün deyil. Danışıqlarda və müzakirələrdə səsinizi qaldırmayın.
Günün ikinci yarısında cari işlərlə məşğul olun. Yeni layihələrin yaxşı perspektivi yoxdur. Əhvalınız heç bir səbəb olmadan dəyişə bilər. Səhhətinizin qeydinə qalın. Hisslərin əsiri olsanız, işlərdə ciddi çətinliklər yarana bilər.
Axşam saatlarında fiziki işdə xeyir var.
Balıqlar - yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə gərginlik yaranacaq. Kənardan təsirlərin artmasına hazır olun. Mühüm informasiyanı, xəbərləri sizdən gizlədəcəklər. Situasiyanın tələb etdiyi addımların ardıcıllığını intuisiyanız sizə deyəcək.
Günün ikinci yarısında mübahisələrə qarışmayın. Ailə üzvləri ilə təmaslarda qayğıkeş və alicənab olun. Zəifə, ağır durumda çaş-baş qalmış insana yardım edin. Sevdiyiniz insandan çoxsalyı sirlər saxlamayın. Axşam saatlarında vəziyyət sakit olsa da, hansısa işi başa çatdırmaq asan deyil.
XƏBƏR LENTİ
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
Rəcəb Tayyib Ərdoğan: “Bu səhər qardaşım İlham Əliyevlə danışdım” - VİDEO
Stiv Cobsun ölümqabağı məktubu
Nə üçün axşam vaxtı dırnaq kəsmək yaxşı deyil?
Süzmə mərci şorbası (foto-resept)
Herri və Meqanın yerinə kral ailəsinə onlar gəlir - FOTO
Qurbanlıq qoyunları haradan alsaq, yaxşıdır?
Rusiyada miqrantlara daha bir qadağa qoyuldu
Evlənənlər bu müəssisələrdə tibbi müayinədən keçəcəklər
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Xərçəngin təbii müalicə üsulu tapıldı - VİDEO
Baş ağrısı üçün möcüzəvi həll yolu
Nihat Hatiboğlunun həyatı
Demi Murun qızı 30 illiyini qeyd etdi-FOTO
Dəfnə yarpağının faydaları
Sehrli nağıldakı güzgünü psixologiya necə şərh edir?
Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu
Arıqlıq, ya köklük, hansı daha təhlükəlidir?
Baş nazirdən maaşlarla bağlı MÜHÜM DƏYİŞİKLİK
Ermənistan Qarabağa könüllüləri yığır
İslamı qəbul etmiş məşhurlar
Yaşıl qar sakinləri qorxutdu - VİDEO
Qeyri-adi heyvanlar haqda faktlar
"İlin qadını" o seçildi
Azərbaycanda "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər edildi
Dəbli ayaq bilərzikləri
"Korrupsiyaçının Allah bəlasını versin!"
14 kvadrat metrlik mənzil (FOTO)
Günün qoroskopu: sifarişçi və ya icraçı sizi aldada bilər
Zövq oxşayan ayaqqabılar
Günün ulduz falı
Xaşxaşlı biskvit (foto resept)
Zövqlü xanımlar üçün tuflilər
Kimi necə tənqid edirsən...
Dünyanın ən kiçik ölkələri
Romantik görüş üçün göz makiyajı
Məşhur model onunla görüntüləndi-FOTO
Melisa Aslı Pomuk ərə gedir
Arktikada yeni ada və boğaz tapıldı
Elton Conun şərəfinə mənzil dəyərində sikkə hazırlanıb-FOTO
Bəylər üçün qalstuk
Günün ulduz falı
Hava haqqında
Ceyhun Bayramov İndoneziya səfiri ilə görüşdü - FOTO
İdman edərkən diqqət etməli olduğunuz 5 qayda
Qurban bayramınız mübarək!
Mirzə Şəfi Vazehlə bağlı sayt yaradıldı
1950-ci illərdə evlənən məşhurların gəlinlik modelləri
Çimərlikdə uşaq barmağı tapıldı
Dərini nəmləndirən şabalıd maskası