Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
11:46leylahuseynova Salam gununuz ugurlu olsun 11:19Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun! 16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu?
37972

Dövlət rüsumları - 3

Bildiyiniz kimi, bir neçə müddətdir sizə  Dövlət Rüsumları haqqında geniş məlumatlar təqdim olunur. Bu dəfə bu rüsumların dəqiq qiymətlərini diqqətinizə çatdırıram.

18.61. İl ərzində seleksiya nailiyyəti patentinin qüvvədə saxlanmasına görə bitki qrupları üzrə:

18.61.1. dənli, dənli-paxlalılar, qarğıdalı, pambıq, tütün, şəkər çuğunduru, kartof, pomidor, badımcan, bibər, kələm üçün və s. üçün—10 manat, hər artan il üçün—7 manat artırılmaqla;

18.61.2. bəzək bitkiləri, meşə bitkiləri üçün—7 manat, hər artan il üçün 6 manat artırılmaqla;

18.61.3. digər bitkilər üçün—9 manat, hər artan il üçün 6 manat artırılmaqla.

18.62. Adlar verilən şərabçılıq məhsullarına görə:

18.62.1. ekspertiza üçün—25 manat;

18.62.2. dövlət reyestrində qeydiyyata alınma üçün—10 manat;

18.62.3. attestasiya üçün—10 manat.

18.62-1. Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində:

18.62-1.1. əsərin, əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün - 5 manat;

18.62-1.2. əsərin, əlaqəli hüquqlar obyektindən istifadə ilə bağlı hüquqların (əmlak hüquqlarının) tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatı üçün - 7 manat.

18.63. İnteqral sxem topologiyası sahəsində:

18.63.1. topologiyaya əmlak hüququnun vərəsəlik üzrə keçməsinin qeydiyyatı və qeydiyyat haqqında şəhadətnamənin verilməsi üçün—5 manat;

18.63.2. topologiyaya əmlak hüquqlarının verilməsi haqqında müqavilənin qeydiyyatı və qeydiyyat haqqında şəhadətnamənin verilməsi üçün—7 manat.

18.64. Məlumat topluları sahəsində:

18.64.1. xüsusi qoruma hüququ ilə qorunan məlumat toplusunun rəsmi qeydiyyatı üçün—5 manat;

18.64.2. xüsusi qoruma hüququ ilə qorunan məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin rəsmi qeydiyyatı üçün—7 manat.

18.65. Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi:

18.65.1. Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə:

18.65.1.1. avtonəqliyyat vasitələri üçün—10 manat;

18.65.1.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün—5 manat;

18.65.2. Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün:

18.65.2.1. avtonəqliyyat vasitələri üçün—10 manat;

18.65.2.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün—5 manat;

18.65.3. Nəqliyyat vasitələrinin qeydiyyatına (təkrar qeydiyyatına, daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə:

18.65.3.1. avtonəqliyyat vasitələri üçün—10 manat;

18.65.3.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün—5 manat;

18.65.4. Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə:

18.65.4.1. avto-motonəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün—20 manat;

18.65.4.2. digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün—5 manat

18.65.5. Sürücülük vəsiqəsinin verilməsi — 15 manat;

18.65.6. Dövlət qeydiyyat nişanlarının verilməsi — 18 manat;

18.65.7. Qeydiyyat şəhadətnaməsinin verilməsi — 15 manat;

18.65.8. Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi — 5 manat;

18.65.9. Avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması — 5 manat;

18.66. Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün:

18.66.1. Baytarlıq şəhadətnaməsinin verilməsi (bir sənəd) — 5 manat;

18.66.2. Baytarlıq sertifikatının verilməsi (bir sənəd) — 5 manat;

18.66.3. Baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi (bir preparat) — 50 manat.

18.67. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi üçün:

18.67.1. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsi (bir sənəd) — 50 manat;

18.67.2. İdxal karantin icazəsinin verilməsi (bir icazə) — 3 manat;

18.67.3. Fitosanitar sertifikatlarının verilməsi üçün:

18.67.3.1. Bir poçt göndərişinə (dəst) — 20 qəpik

18.67.3.2. Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) — 1 manat

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

12.1. Nikahın qeydə alınması üçün:

5 manat

12.2. Nikahın pozulmasının qeydə alınması üçün:

 

12.2.1. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında;

6 manat

12.2.2. məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən);

11 manat

12.2.3. digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə, yaxud ən azı üç il müddətinə azadlıqdan məhrum edilmiş şəxsdirsə.

2 manat

12.3. Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün.

3 manat

12.4. Doğum, nikah və nikahın pozulması, ölüm haqqında akt qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi üçün.

2 manat

12.5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsi üçün.

2 manat

12.6. Xaricdə istifadə edilməsi məqsədi ilə verilən eyni cür şəhadətnamələr üçün

11 manat

12.7. Dənizçinin şəxsiyyət sənədinin verilməsi üçün

11 manat

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

14.1. Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə:

 

14.1.1. beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

120 manat

14.1.2. beş iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda iki gün müddətində verildikdə və ya dəyişdirildikdə

40 manat

14.2. Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə.

11 manat

14.3. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:


14.3.1. üç iş günü müddətində verildikdə

5 manat

14.3.2. üç iş günündən sonrakı müddətdə verildikdə

1 manat

14.4 Azərbaycan Respublikası ilə həmsərhəd olan dövlətlərə vətəndaşların sadələşdirilmiş qaydada gediş-gəlişi üçün sənədlərin verilməsinə görə.

3 manat

14.5. Azərbaycan Respublikasının vətəndaşları 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə.

2 manat

14.6. Şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə onun dəyişdirilməsinə görə.

3 manat

14.7. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xarici pasportlarının və ya onu əvəz edən sənədlərin qeydə alınmasına və ya qeydə alınması müddətinin uzadılmasına görə.

6 manat

14.8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

14.8.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

14.8.1.1. 3 ayadək

30 manat

14.8.1.2. 6 ayadək

60 manat

14.8.1.3. 1 ilədək

120 manat

14.8.1.4. tələbələr üçün illik

40 manat

14.8.2. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

300 manat

14.9. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə.

10 manat

14.10. Azərbaycan Respublikası vətəndaşlarının (eləcə də keçmiş SSRİ vətəndaşlarının) qeydiyyata alınmasına görə.

2 manat

14.11. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə.

6 manat

14.12. Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyata alınması haqqında vəsiqə verilməsinə görə.

10 manat

14.13. İtirilmiş xarici pasportların və ya onu əvəz edən sənədlərin yenidən verilməsinə görə.

şərti maliyyə vahidinin 5,0 misli

14.13. Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına dəvət olunması haqqında sənədlərin verilməsinə görə.

6 manat

14.14. Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək, bərpa edilmək və ya ondan çıxmaq barədə ərizələrdən.

110 manat

14.15. ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

 

14.15.1. 1 ayadək

30 manat

14.15.2. 1 aydan 2 ayadək

60 manat

14.15.3. 2 aydan 3 ayadək

90 manat

Fikirləriniz üçün minnətdaram Sizə...
Səslərin sayı: 10
37
12872
loading...
Şərhlər
Offline
Aysel İ.
Bu dəqiqə heç bir qurumda dövlət rüsumu dəqiq alınmır əgər 10 manatdırsa əhalidən 300 manat alırlar. İnsanlara zülm edirlər bu məmurlar.
16 noyabr 2014 23:55
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
ekberova nahide
Men bilmek isteyirem ki sosial kart almaq ucun ne qeder dovlet rüsumu odenir
13 dekabr 2013 00:27
Offline
SARA91
QIZIM , COX SAG OL MELUMATLARA GORE.
10 oktyabr 2011 09:55
Offline
ulker
ellerinize sagiliq
28 avqust 2011 14:01
Offline
Happysim ))
cox sag ol canim bizi herseyden xeber edirsen winked
27 avqust 2011 05:56
Offline
H.o.s.T-cu qiz( Banu )
xebere gore sagolun..
26 avqust 2011 22:18
Offline
FEMIDA
Narmişa,
Maddə 10. Notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumunun dərəcələri-
Sitat: Narmişa
notariusda etibarname neceye tesdiqlenir?

Burada 2 hala diqqet edilir-
1) 10.9.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilərsə; 5 manat
2) 10.9.2. etibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilərsə-10 manat
10.15. Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) üçün -2 manat
10.21. Notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə olduğu vaxtın hər bir saatı üçün. 3 manat
10.24. Ödəniş qiymətli kağızlarına dair təsdiq qeydi və imtina (protest) aktlarının rəsmiləşdirilməsi üçün. 2 manat
10.25. Digər notariat hərəkətlərinə görə. 6 manat
11.1.5. pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə.
11.2. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək, iki bank günü ərzində dövlət büdcəsinə köçürülür.
Notarius tərəfindən notariat hərəkətlərinə görə dövlət rüsumunun qəbulu zamanı ödəyiciyə dövlət rüsumunun ödənilməsini təsdiq edən rəsmi sənədin (mədaxil qəbzi, kassa mədaxil orderi və s.) əsli verilir.
Buyur Bidenem.. love

Sitat: ayans
aaaaaa oxumadim

Oxumayin. smile cox saq olun.
26 avqust 2011 15:21
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
ayan
aaaaaa oxumadim
26 avqust 2011 11:53
Offline
Narmisha
Ceyhune,
Birtanem bilmirsen notariusda etibarname neceye tesdiqlenir?
26 avqust 2011 11:13
Offline
FEMIDA
akkord,
a.angel,
QWEN85,
Mila?85,
azerikizi,
vefa-n,
moocik,
Selin,
Cox minnetdaram size xanimlar winked
.
Sitat: akkord
mene en maraqli gelen suruculuk vesiqesi ucun cemi 15 manatdi.menim qardawim 900 manata aldi

Sitat: vefa-n
18.65.5. Sürücülük vəsiqəsinin verilməsi в??? 15 manat;

Elbette beledir, bu dovlet rusumudur.Beledir xanimlar smile
26 avqust 2011 10:43
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
a.angel
ARAQLI MELUMAT UCUN TEŞEKKUR
25 avqust 2011 21:47
Offline
QWEN
Tesekkurler, bizi melumatlandirdigina gore smile
25 avqust 2011 21:36
imza: Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma.
(Hz. Məhəmməd)
Offline
Mila Sh - zade
Ceyhune,
huquqcu bacimiz yene hemişeki kimi oz işini gozel formada yerine yetirir, coooox sagol canim bezilerini oxudum yarsinda sabah oxuyacagam.
25 avqust 2011 20:59
Offline
Azerikizi
ceyhune xanim cox sagolunoxudum xeberinizi.eziyyetinizi hallal edin smile
25 avqust 2011 19:43
Offline
vefa-n
18.65.5. Sürücülük vəsiqəsinin verilməsi ? 15 manat;

aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.be heqiqetenmi beledi?Ceyhune canim deli oldum eee ele cemi 15 ce manat?
25 avqust 2011 19:21
Offline
moocik
cox sagol canim,melumatlandirdin bizi.bunlari bilmek maraqlidir
25 avqust 2011 18:02
Offline
SeLiN(Leyla)
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
25 avqust 2011 17:31
Offline
FEMIDA
Sitat: bakuji
esil men tesekkur edirem, xeberlerine hedden artiq diqqetle yanaşirsan.
Qeyd etdiyim deyişiklikler olunub ve hazirda quvvededir. metnde 18-ci ve 14-cu maddeler verilib, yalniz heresinin sonuncu bendleri - yeni elave olunmuş bendler gosterilmediyinden xatirlatdim.

Men xanim, hamisina mesuliyyetle yanasdiqimdan, cavabdehem.Menbede ozumem, aile mecellesidir, emek mecellesidir, dovler rusumlaridir. fellow
Men tesekur ediram size xanim.
25 avqust 2011 15:01
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
Bakuji
leylahuseynova,

yaxsi vurguladiniz bu meqami! Belcikada bir illik daimi yaşayiş huququ veren senedin alinmasi (xidmet haqqi daxil olmaqla) 95,000 Avrodur.

bizde buna baxanda havayidir feel
25 avqust 2011 14:59
Offline
leylahuseynova
14.8.2. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə: 300 manat

Deyirəm yaşxıdı eee 300 manat ödə daimi yaşa wink Görəsən bizim millət üçün belə şərait yaradılır xarıcı ölkələrdə
25 avqust 2011 14:49
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır