Novruz bayramının adətlərindən biri də tonqal qalamaqdır. Lakin təəssüf ki, bəzən bayram tonqalları təhlükəsiz ötüşmür.
Ötən çərşənbə axşamı Tovuzun Əsrik kəndində Novruz tonqalından tullanarkən 15 yaşlı Abbasov Oruc Teymuraz oğlu yıxılaraq xəsarət alıb. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Bu cür xoşagəlməz hadisələr əksər hallarda tonqal qalayarkən də təhlükəsizlik tədbirlərinə riayət olunmaması səbəbindən baş verir.
Qadin.Net trend-ə istinadən bildirir ki, təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev də bildirib ki, ilk növbədə azyaşlıları yanan tonqal ətrafında nəzarətsiz qoymaq olmaz: "Tonqalın üstündən tullanarkən uşaqlara xüsusi nəzarət etmək və bir- birini gözləmək lazımdır. Əks halda istər böyüklər, istərsə də azyaşlılar bədbəxt hadisələrlə üzləşə bilərlər. Tonqalın ətrafında, insanların çox olduğu yerdə uşaqların da olmasını nəzərə alaraq partlayıcılardan, fişənglərdən, pirotexniki vasitələrdən istifadə etmək olmaz".
E.Nurəliyev deyir ki, təhlükəsizlik tədbirləri bununla bitmir: "Bu prosesdə tonqalı yandıracaq yeri düzgün seçmək lazımdır. Elə bir ərazi olmalıdır ki, həmin ərazi tezalışan materiallar, maşın, elektrik şitləri və evlərə çox yaxın yerləşməsin. Daha sonra tonqalın hündürlüyünə diqqət etmək lazımdır. Tonqalın hündürlüyü 1.5 metrdən hündür olmamalı, asfalt və ya beton örtüyünün üstünə dəmir qoruyucu qoyulmaqla yandırılmalıdır. Bu, həm zəif küləkli havada belə közün ətrafa yayılmasının, həm də asfalt örtüyünün korlanmasının qarşısını alar".
Təhlükəsizlik üzrə ekspert yandırılacaq oduna da diqqət etməyin vacibliyini xüsusi qeyd edir: "Üzərində boya, əhəng olan, parlaq laklı taxta parçaları, plastmas və kauçukdan olan bəzək əşyaları, rezin, sellofan, maşın şini yandırarkən ondan ayrılan tüstü toksiki xarakter daşıyır və zəhərlənməyə səbəb ola bilir".
Ekspert bildirir ki, tonqalı tam söndürmədən nəzarətsiz qoymaq da təhlükəlidir: "Odun tam söndüyünə əmin olmaq lazımdır. Əks halda külək odu ətrafa yayar və yanğın təhlükəsi yaradar".
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi də hər il Novruz bayramı ilə əlaqədar əhaliyə xəbərdarlıq edir və təhlükəsizliyə əməl etməyə çağırır. Xəbərdarlıqda bayram tonqalının ətrafına yığışan azyaşlıların mütləq böyüklərin nəzarətində olmaları tovsiyə olunur, tonqalı elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırmağın, tonqalı tam sönənədək nəzarətdə saxlamağın vacibliyi vurğulanır.
Məlumatda qeyd olunur ki, tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, insanın xəsarət almasına səbəb ola bilər. Həmçinin evlərdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Toylara sentyabradək qadağa qoyulub? - Rəsmi
Bu necə razılıqdır?
10 uşaqlı ananın gözəllik sirləri
Bütün Dünya bu qızdan danışır-FOTO
Badımcan bükməsi (foto resept)
Ramazan ayının ilk gününün duası
Azərbaycan tarixindən yüz şəxsiyyət-71
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Almalı ispanaq salatı (foto-resept)
XXI əsrin yeni müharibəsi: “Peyvənd davası” - VİDEO
Selena Gomezin 4 gözəllik imzası
Tbilisidə reklam lövhələrində Azərbaycan bayrağı əks olunub
Gözəl istirahət yerləri
Sürücülərə VACİB XƏBƏRDARLIQ
Dünya gəldiyi üçün valideynlərini məhkəməyə verdi
Erməni silahlı bölmələri atəşkəsi 32 dəfə pozub
Pandemiya dövründə boşananların sayı AÇIQLANDI
Şvartsneggerin qızı ərə getdi-FOTO
Ərikli yulaf topları (foto-resept)
Bakının bəzi küçələrində qaz olmayacaq
Tropikan kokteyli (foto resept)
Arıqlamağa nələr mane olur?
Azərbaycanlı "Kamçatka gözəli" seçildi FOTO
"Reklam haqqında" yeni qanun layihəsi hazırlandı
Azərbaycanda daha 43 nəfər koronavirusdan öldü: 4268 yeni yoluxma
Günün ulduz falı
Burun qanaması zamanı nə etməli?
Bakıya yağış yağacaq
Gündəlik C vitamini qəbulu nə qədər olmalıdır?
Cəbhədə ermənilərin təxribatı bitmir
Yanvarın hava proqnozu açıqlandı
Bakıda güləş üzrə beynəlxalq turnir keçiriləcək
Şokoladlı qurabiyələr (foto resept)
Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır
Məhərrəm ayının başlanması ilə bağlı fətva verildi
Yay fəslində payız havası
Tərz sahibi olmağın yolları
2014-cü ilin ən dəbli çəkmələri
Fransız qadınları kimi geyinməyin sirri
ABŞ-da COVID-19-dan ölən adam seçkidə qalib gəldi
Bilirsinizmi?
Uşaqlar üçün Yeni il: evdə, yoxsa bayırda?
Hərbçilərin olduğu avtomobil minaya düşdü, 1 nəfər öldü
Evdən çıxmaq üçün 8103-ə avtomobilin seriya nömrəsi də göndərilməlidir? - RƏSMİ
Azərbaycanda ən yüksək maaş verən sahələr açıqlandı
Tibbi terminlərlə tanış olaq
Azərbaycanda daha 338 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
Dünyanın ən uğursuz EVLİLİK TƏKLİFİ-VİDEO
Anqlikan kilsəsi qadınlara yepiskop olmaq haqqı verdi
Kolleksiyası 10 milyon avroya satışa çıxarıldı