Bakıda hava 10°
USD AZN
EUR AZN
08:58Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41205

“Kəpənəyə” çevrilib sonra toz olan UNO - Video

“Kəpənəyə” çevrilib sonra toz olan UNO - Video


Norveçin şimalında iki hissəyə bölünən inanılmaz dərəcədə parlaq UNO görünüb.

Qadin.Net teleqrafa istinadən xəbər verir ki, yayılan ağ işıq kimi görünən naməlum uçan obyekt Troms əyalətinin Bardufoss şəhəri üzərində diqqət çəkib.

Heyrətə gəlmiş norveçlilər bildirir ki, UNO göydə qəfildən peyda olub. Bir çoxu onu helikopterə bənzədib.

Digərlərinin fikrinə görə isə bu, ispan peyki olan “Paz” və ya Kaliforniyada Elon Mask tərəfindən başladılan “Falkon 9”-un növbəti uçuşu olub.

Lakin sonra obyektin insan tərəfindən yaradılmadığını anlayıblar.

Hadisə şahidi Tarkvin Millington-Dreyk bildirib ki, dağın arxasından qəribə parlaq bir obyekt ortaya çıxıb:

“Biz tonqal ətrafında dostlarımızla yığışıb, şimal şəfəqini görmək ümidi ilə göyə baxırdıq. Əvvəlcə helikopterin bizə tərəf gəldiyini düşündük. Lakin dağların arxasından gələn parıldayan obyekt birdən istiqamətini dəyişdi. O, səssiz uçurdu. Bir anda obyekt partlayaraq, iki hissəyə bölündü və kəpənək görüntüsü aldı. Amma bu, normal partlayış deyildi. Bundan sonra obyekt toza çevrilərək yox oldu”.

O bildirib ki, bu şəhərdə heç kim o obyektin nə olduğunu bilmir:

“Başqa bir planetdən olan əcnəbilərmi? Bu, çox fantastik səslənir, amma həqiqətən nə mənim, nə də yoldaşlarımın başqa təxmini yoxdur”.

Səslərin sayı: 0
1
317
loading...
Şərhlər
Offline
Sima
hami gorduyun deyir ama subut yox bisey yox
1 mart 2018 18:49
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış