Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
11:46leylahuseynova Salam gununuz ugurlu olsun 11:19Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun! 16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu?
37972

Dövlət rüsumu haqqında-2

 

İndi isə bildiyimiz kimi Dölət rüsumlarını bir neçəsi ilə taniş olacağıq.

Maddə 18. Sənaye mülkiyyəti obyektlərinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri 

18.1. İxtira, faydalı model və sənaye nümunəsinə iddia sənədinin verilməsi üçün (iddia sənədinin ilkin ekspertizası və ekspertizası daxil olmaqla):

18.1.1. bir ixtira, bir faydalı model və bir sənaye nümunəsi üçün—10 manat.

18.1.2. əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün—7 manat.

18.1.3. əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün—7 manat.

18.1.4. sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün—5 manat.

18.1.5. iddia sənədinin mətninin 30-dan artıq hər səhifəsi üçün—1 manat.

18.2. İddia sənədi üzrə ilkinliyin xahiş edilməsi üçün (bir ədəd ilkinlik üçün)—7 manat.

18.3. İddia sənədinin verildiyi tarixdən 1 ay keçdikdən sonra iddia sənədi materiallarında düzəliş və əlavələrin aparılması üçün—6 manat.

18.4. Ekspertizanın sorğusuna cavabın verilmə müddətinin uzadılması üçün (12 aydan artıq olmamaq şərti ilə, hər bir ay üçün)—5 manat.

18.5. İddia sənədinə dair məlumatın müəyyən edilmiş müddətdən tez dərci üçün—20 manat.

18.6. İddia sənədi barəsində məlumatın dərci üçün—6 manat.

18.7. İxtira, faydalı model və sənaye nümunəsi barəsində məlumat axtarışı aparılması üçün vəsatət verilməsinə görə—7 manat.

18.8. Vəsatət əsasında ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin mahiyyətcə ekspertizasının aparılması:

18.8.1. bir ədəd ixtira üçün—50 manat;

18.8.2. bir ədəd faydalı model üçün—40 manat;

18.8.3. bir ədəd sənaye nümunəsi üçün—40 manat;

18.8.4. əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün—25 manat;

18.8.5. əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün—10 manat;

18.8.6. sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün—10 manat.

18.9. İxtira barəsində iddia sənədinin faydalı model barəsində iddia sənədinə çevrilməsi üçün—5 manat.

18.10. Faydalı model barəsində iddia sənədinin ixtira barəsində iddia sənədinə çevrilməsi üçün—7 manat.

18.11. Apellyasiya şurasına etirazla müraciət edilməsi:

18.11.1. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı—10 manat;

18.11.2. ixtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı—6 manat;

18.11.3. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı—40 manat.

18.12. Ötürülmüş müddətlərin bərpası:

18.12.1. patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən apellyasiya şurasına etirazla müraciət edilməsi üçün—20 manat;

18.12.2. dərc olunmuş iddia sənədi üzrə daxil olan etirazla bağlı iddiaçının apellyasiya şurasına cavab verilməsi üçün—25 manat.

18.13. Sənaye mülkiyyəti obyektinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı:

18.13.1. ixtira üçün—10 manat;

18.13.2. faydalı model üçün—7 manat;

18.13.3. sənaye nümunəsi üçün—7 manat;

18.13.4. patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün—1 manat.

18.14. Dərc olunduqdan sonra iddia sənədinin materialları ilə tanış olmaq üçün—10 manat.

18.15. Patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün- 7 manat.

18.16. Verilmiş patentdə dəyişikliklər edilməsi üçün—7 manat.

18.17. Sənaye mülkiyyəti obyektləri ilə bağlı hüquqların verilməsi barəsində müqavilələrin qeydiyyata alınması üçün:

18.17.1. bir ədəd ixtira, bir ədəd faydalı model və bir ədəd sənaye nümunəsinə dair iddia sənədi üzrə, ayrılıqda hər biri üçün—10 manat;

18.17.2. bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün—25 manat;

18.17.3. ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən artıq hər patent üçün)—10 manat;

18.17.4. ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq hər patent üçün)—10 manat.

18.18. İxtira, faydalı model və sənaye nümunəsi obyektindən istifadə hüququnun verilməsi barədə müqavilənin qeydiyyata alınması üçün:

18.18.1. bir iddia sənədi üçün—10 manat;

18.18.2. bir neçə iddia sənədi üçün (hər əlavə iddia sənədi üçün)—10 manat.

18.19. Lisenziya müqavilələrinin qeydiyyata alınması:

18.19.1. ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir ədəd patenti üçün—25 manat;

18.19.2. ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir neçə patenti üçün (birdən artıq nəzərdə tutulan hər patent üçün)—20 manat.

18.20. İddia sənədi və ya patenti üzrə hüquqların verilməsinə dair qeydiyyata alınmış müqavilələrdə və ya obyektin istifadəsi ilə bağlı qeydiyyata alınmış lisenziya müqavilələrində dəyişikliklərin edilməsi üçün—10 manat.

18.21. İlkin istifadəçinin hüquqlarının tanınması məqsədi ilə onun iddiasına baxılması üçün—25 manat.

18.22. İxtira patentinin qüvvədə saxlanması üçün:

18.22.1. 3-cü ildən 10-cu ilə kimi—5 manat, hər artan il üçün 3 manat artırılmaqla;

18.22.2. 11-ci ildən 20-ci ilə kimi—40 manat, hər artan il üçün 4 manat artırılmaqla.

18.23. Faydalı model patentinin qüvvədə saxlanılması üçün, 3-cü ildən 10-cu ilə kimi—5 manat, hər artan il üçün 3 manat artırılmaqla.

18.24. Sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün, 3-cü ildən 10-cu ilə kimi—5 manat, hər artan il üçün 3 manat artırılmaqla.

18.25. Patentin qüvvədə olma ilində illik rüsumun ödənilməsi ilə bağlı ötürülən müddətin 12 aya qədər verilməsinə görə, hər ay üçün—3 manat.

18.26. Əmtəə nişanının və ya coğrafi göstəricinin qeydə alınması barəsində verilən iddia sənədi üçün (əmtəənin və ya göstərilən xidmətin 5-dən artıq olmayan sinifləri üçün):

18.26.1. iddia sənədinin ilkin ekspertizası üçün—10 manat;

18.26.2. iddia sənədinin ekspertizası üçün—50 manat.

18.27. Əmtəənin və ya göstərilən xidmətin 5-dən artıq hər sinfi üçün—25 manat.

18.28. İddiaçının vəsatəti əsasında «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 12-ci hissəsinə uyğun olaraq, müddətin əlavə 2 ay uzadılması üçün—20 manat.

18.29. Əmtəə nişanına dair ilkinliyin istənilməsi üçün—15 manat.

18.30. Əmtəə nişanına və coğrafi göstəriciyə dair verilmiş iddia sənədi materiallarında düzəlişlərin, dəqiqləşdirmələrin aparılması, əlavələrin edilməsi üçün—15 manat.

18.31. Ekspertizanın sorğusuna cavabın verilmə müddətinin uzadılması üçün—25 manat.

18.32. Əmtəə nişanına və coğrafi göstəriciyə dair iddia sənədinin verilən tarixdən bir ay ərzində ekspertizasının aparılması üçün—45 manat.

18.33. Ötürülmüş müddətin bərpası ilə bağlı, iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda apellyasiya şurasına etiraz verilməsi üçün—20 manat.

18.34. Apellyasiya şurasına etirazın verilməsi:

18.34.1. əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı—20 manat;

18.34.2. coğrafi göstəriciyə dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı—20 manat;

18.34.3. əmtəə nişanına dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı—60 manat;

18.34.4. coğrafi göstəriciyə dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı—35 manat;

18.34.5. qeydə alınmış əmtəə nişanına qarşı—80 manat;

18.34.6. qeydə alınmış coğrafi göstəriciyə qarşı—45 manat.

18.34-1. Əmtəə nişanının geniş tanınmasına dair Apellyasiya şurasına ərizənin verilməsi üçün —150 manat.

18.34-2. Geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət üçün —120 manat.

18.34-3. Apellyasiya şurasına etirazın baxılma müddətinin altı aydan çox olmayan müddətə uzadılması üçün —40 manat.

18.35. Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün:

18.35.1. əmtəə nişanı üçün—45 manat;

18.35.2.coğrafi göstərici üçün—30 manat;

18.35.3.kollektiv nişan üçün—60 manat.

18.35-1. Əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq dörd ay möhlət verilməsi üçün — 30 manat.

18.36. Reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün—25 manat.

18.37. Əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün—10 manat.

18.38. Sənaye mülkiyyəti obyektlərinin reyestr məlumatlarından çıxarış verilməsi üçün—10 manat.

18.39. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün:

18.39.1. iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün—35 manat;

18.39.2. iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün)—20 manat;

18.39.3. qeydə alınmış bir ədəd əmtəə nişanı üçün—60 manat;


Redaktə etdi: NoTTe_Di_LuCe - 9 avqust 2011

Səslərin sayı: 5
27
4235
loading...
Şərhlər
Offline
ekberova nahide
Xais edirem mumkunse cavablandirin sosial kart almaq ucun rusum odenilirmi
13 dekabr 2013 00:44
Offline
oksana
bizimm evde huquqsunas olduguna gore lazim olan melumatlari ondan aliram
21 avqust 2011 01:18
Offline
1
tesekkurler,lazimli xeberdi!
16 avqust 2011 21:00
Offline
moocik
MEN COX XOWLAYIRAM HAQQIMI TELEB ETMEYI.DOVLET RUSUMU VERIM HAQQIMI ISTEYIM.RUWVETE YOX!!
12 avqust 2011 18:49
Offline
FEMIDA
leylahuseynova,
Cox saq ol ezizim..
Sitat: leylahuseynova
Görəsən hər şeyi bildiyimizdəndir bu ya anlamamağımızdandır?

Biganelikdir, basqa hecne.
11 avqust 2011 14:45
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
leylahuseynova
Sag ol canim menim. Kor koraneyik kim ne deyir onu da biz deyirik. Her zaman fikir vermişəm ki, hansisa intim yazılara şerh çox yazılır nəinki lazımlı məlumatlara. Görəsən hər şeyi bildiyimizdəndir bu ya anlamamağımızdandır?
11 avqust 2011 12:25
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
ayka
XEBERE GORE TESEKKULLER
10 avqust 2011 16:58
Offline
Mexbube
xalq gerek doblet rusumunu bilsin ki, rusvete meruz qalmasin
10 avqust 2011 13:25
Offline
FEMIDA
akkord,
creativka,
a.angel,
Sizde cox saq olun xanimlar love
10 avqust 2011 10:36
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
creativka
xebere gore cox sagol,baci,yeni melumatlarla taniw oldum love
9 avqust 2011 21:14
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
a.angel
teşekkurler oxudum
9 avqust 2011 18:45
Offline
FEMIDA
Sitat: Mila?85
HALALDIYE SENE BU QEDER YAZIB HAMINI HUQUQLARIMIZLA TANIŞ EDIRSEN, TEŞEKKUR, MENCE SENE "AKTIV ISTIFADECI" YERINE "HUQUQŞUNAS" STATUSU VERILSE TAM YERINE DUŞER HE?

COX SAQ OL CANIM. NE BILIM VALLAH HELEKI BIR AZ VAXT KECSIN, QOREYDE, MESLEHET OLSA,ETSELER. smile
aişvarya?rai,
COX SAQ OL EZIZIM..
Sitat: Fatma
Allah utanmaq verməsin o nə sözdü

VALLAH DUZ DEYIRAM. love
Sitat: klub_nicka
cox sagol xebere gore. o sekideki bebiw ne gozeldi

COX SAQ OL CANIM. MENIMDE XOSUMA QELIR.. love smile COX SAQ OL
9 avqust 2011 18:02
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
Mila Sh - zade
HALALDIYE SENE BU QEDER YAZIB HAMINI HUQUQLARIMIZLA TANIŞ EDIRSEN, TEŞEKKUR, MENCE SENE "AKTIV ISTIFADECI" YERINE "HUQUQŞUNAS" STATUSU VERILSE TAM YERINE DUŞER HE?
9 avqust 2011 17:57
Offline
elmira
Ceyhune,
cox sagol xebere gore. o sekideki bebiw ne gozeldi
9 avqust 2011 17:57
Offline
Fatma xanım
Sitat: Ceyhune
COX UTANDIRIRSIS

Allah utanmaq verməsin o nə sözdü
9 avqust 2011 17:43
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
aishvarya rai
tesekkurler canim melumata gore cox sag ollllllllllll yazan ellerin var olsun
9 avqust 2011 17:39
Offline
FEMIDA
Sitat: Raviş
sizə təşəkkürlər edirəm yeqin belə xəbərlər olacaq

ELBETTE OLACAQ, INSALLAH. smile
9 avqust 2011 17:36
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
Məryəm.
sizə təşəkkürlər edirəm yeqin belə xəbərlər olacaq
9 avqust 2011 17:29
Offline
FEMIDA
Seva22,
ŞoKo,
COX SAQ OLUN CANIM.
9 avqust 2011 17:28
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
PePito
Ceyhune,
bu xeberlerine gore sene huquqla bagli bir status verilse cox yaxsi olar,gerek yuxariya yazim gonderim bu haqda gorek ne olur
9 avqust 2011 17:26
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır