Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN

Sevdiyindən öldürmək

 

Sevdiyindən öldürmək

Heyvan saxlamağı sevmirəm. Lap Elza Seyidcahanın qəzəbinə tuş gəlsəm belə, bunu gizlətməyəcəm. Amma heyvanları incitməyə də qətiyyən ürəyim yol vermir. Axı o da canlıdır. Heyvanlardan söz salmışkən yadıma pişiklərlə bağlı eşitdiyim bir deyim düşdü. Deyirlər “Pişik balasını sevdiyindən yeyir” Bilmirəm bu qəddarlığı kimsə pişikləri müdafiə etmək üçünmü uydurub, yoxsa həqiqətdirmi. Bir az kobud səslənsə də yazacam ki, elə insanlarda da balasını yemək var. Təbii ki, bunu məcazi mənada nəzərdə tutub yazıram. Amma razılaşmalısınız ki, (Zorakılıqla tələb etmirəm ha) bu belədir. Balasını yemək insanlar üçün adi bir şeydir. İnsanlar elə asanlıqla yeyirlər ki, balalarını heç “uf ” da demirlər. Bunun hər forması ilə hər gün rastlaşırıq. Birini elə indi yazıram. Bir azca vaxt ayırıb oxusanız sevinərəm.

 Günüm kitabxanada keçir. Kitabların arasında olmaqdan, onları oxumaqdan aldığımız zövqün əvəzini, müxtəlif tip oxuculara nəyisə izah etmək, onlara öz peşələrinə və dünya görüşünə uyğun ədəbiyyat seçməklə ödəyirik. Yəni hər cür insan olduğu kimi hər tipdə də oxucu var. Bu mövzuda yazılarım çoxdur, zaman-zaman fikirlərimi sizinlə bölüşəcəm. Hələlik “pişik kimi balasını yeyən” bir nənədən yazacam. Belə valideynlər də az deyil. Onlara elə gəlir ki, övladlarını və yaxud nəvələrini çox sevirlər, onun yaxşılığı üçün çalışırlar. Əslində isə bu cür rəftarla onları “yediklərini” ağıllarına gətirmirlər.

Tez-tez kitabxanaya dörd nəfər oxucu oğlan gəlir. Yeddinci sinifdə oxuyurlar. Onlardan biri həmişə qeyri-adi düşüncələri, böyük arzularla yaşaması ilə diqqətimi çəkir. Hər dəfə Qarabağ mövzusunda kitablar istəyir. Hətta etirazıma baxmayaraq yaş qrupuna uyğun gəlməyən kitabları da götürür. Dostları ilə müqayisədə daha ünsiyyətcildir. “ Ən böyük arzum Qarabağda döyüşmək, oranı işğaldan azad etməkdir” deyir. Bu gün yenə gəlmişdilər. Elə uşaqlar təzəcə kitabxanaya daxil olmuşdular ki, onların arxasınca təngnəfəs bir ağbirçək də özünü yetirdi. İçəri girib nəvəsini məzəmmət etdi.

-“Elə səni gözləyirdim, bilirdim ki, dərsdən çıxan tək buraya gələcəksən”

Mən təəccüblə ağbirçəyə baxıb “Ağıllı oğlandır, haraya getmək lazım olduğunu bilir” dedim. Ağbirçək sözümü ağzımda qoydu. Qəti şəkildə etiraz edib nəvəsinin əlindən kitabı alıb stolun üstünə qoydu.

- Bəsdi oxudun. Qoymaram. Gözlərinə ziyandır.

Yalnız bu vaxt oğlanın gözlərində eynək olduğununa fikir verdim. Ağbirçək o biri oğlanların yanında nəvəsini göstərib dedi:

- “Səkkiz aylıq doğulub zəif uşaqdır. Özü də kəkələyir”

Bu sözlər qəlbimi titrətdi. Oğlanın fiziki qüsurlu olmasından çox nənəsinin onu tay-tuşlarının yanında pisikdirməyi olduqca pis təsir etdi mənə. Belə bir məqamda oğlanın öz halını təsəvvür etmək heç də çətin deyil. Sağlam, cüssəli olan dostlarına bir anlıq həsədlə baxdı. Baxışları elə üzücü idi ki. Nənəsi isə krimək bilmədən, nəvəsinin xəstəliklərinin hamısını saydı.

- Nəvəniz böyük arzularla yaşayır- dedim -ağlını qarışdırıb özünə inam hisini öldürməyin.

- Yox, ay bala. Bircə uşaqdır, kimdir onu döyüşə göndərən.

- Məsələ döyüşdə deyil, siz onun möhkəm iradəsini zəiflətməklə məşğulsunuz- dedim. Amma nənə razılaşmaq istəmir, özünü də, məni də nəvəsini çox istədiyinə inandırmaq üçün çəkdiyi əziyyətləri izah etməyə çalışırdı. Ona elə gəlirdi ki, o doğmadır deyə bunlara acıyır, mənsə yad olduğum üçün oğlana laqeydlik edirəm. Əslində nəvəsini elə bu sevgisindən öldürdüyünün fərqində deyildi. Başqa uşaqların yanında “sən zəifsən, sən xəstəsən, canın-cəsədin bir şey deyil” deyərək mənən dözümlü, qorxmaz oğlanı içindən laxlatmaqla məşğul idi. Hər vasitə ilə nəvəsinin mənəvi keyfiyyətlərinə zərbə vururdu. Onu mənən öldürdüyünü dərk etmirdi. Hövsələmi basıb uşaqların kitabxanadan çıxmaqlarını gözlədim. Nənə ağır addımlarla yeridiyindən özümü ona yetirə bildim. – Nənə,- dedim- Xahiş edirəm nəvənizi bu cür incitməyin. Tay-tuşlarının yanında onun qüsurlarını üzünə vurmayın. O cəsur oğlandır, bu cür də böyüməsi üçün ona imkan verin. Yoldaşlarından çox fərqlənir. Siz onda özünə inamsızlıq yaradırsınız, axı.

Nənə qulaq asıb- Həri?- deməklə bilmirəm, sual verdi, yoxsa razılaşdı. Gülümsünüb sağollaşmasından sevindim ki, ağbirçəyin təfəkkür tərzi dəyişdi. Arxayın oldum ki, fikirlərim beyninə batdı. Elə bu vaxt nənə qabaqda qaçan nəvəsinin arxasınca

- Ədə, qaçma, ürəyivə ziyandır- qışqırması düşündüklərimi alt-üst etdi. Məcbur olub “Pişik balasını istədiyindən yeyir” məsəlindən təsəlli aldım. Bunu övladlarını məhv edən anaların özünümüdafiə üsulu olduğunu unutmağa çalışdım.

 

Pərvanə Bayramqızı

 

Səslərin sayı: 2
3
620
Digər yazılar
Şərhlər
Offline
PERI
maraqli idi tesekurler ..
22 fevral 2018 09:52
Offline
Surayye
Siz de Xeyale xanim da duz deyirsiz. Nene yeqin usagi bu qeder ezizleyib deye saglam usagi da xeste gorur
21 fevral 2018 17:45
Offline
Xəyalə Murad
Hər şeyin çoxu zərər verir. Hətta sevginin də. Hər zaman sözünü gərək təklikdə deyəsən, izah edəsən. Yeniyetmə çağında uşaqlar həssas olurlar. Qəlbləri həddindən artıq tez qırılır.
21 fevral 2018 17:27
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!