Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
10:42Xəyalə Murad Novruz bayramınız mübarək! 10:42Xəyalə Murad Süfrəniz ruzi-bərəkətli,eviniz nurlu olsun! 10:41Xəyalə Murad Sabahınız xeyir,Əziz Qadin.Netlilər! 09:38PERI bayeramiz mubarek olsun qizlar 09:31Iceberg Ilaxir cersenbeniz mubarek!
40129

Psixoloji məsələ

PSİXOLOJİ MƏSƏLƏ

Yazıterapiya nədir?
Bu psixoloji metodikanı siz həm müstəqil,həm də psixoloqla birgə keçirə bilərsiniz.
Əgər narahatlıq, həyəcan hiss edirsinizsə - YAZIN.
Kağız, qələm götürüb yazmaga başlayın: aglınıza ilk gələn fikirləri, şuurlu korrektə etmədən, orfoqrafik qaydaları nəzərə almadan. Sadəcə, fikirlərinizi hərflər
ə çevirin. Egər fikirlərinizi sözlə ifadə etməkdə çətinlik çəkirsiniz, ele bu düşüncələrinizlə yazınıza başlayın. Məsələn, Hec bilmirəm nə yazım, Fikirlərim qarışıqdır, yə'ni, heç bir daxili tənqid olmadan, yazıda hər bir keçirdiyiniz hiss öz əksini tapsın. 

Sizdə belə bir sual yarana bilər? Bu üsul, metodika mənə nə cür təsir-kömək edə bilər? 
Psixoloqlar və psixoterapevtlər qeyd edirlər ki, yazıterapiya  Sizin psixikanız üçün istirahətdir. Beyin daim gərginlik, stress şəraitində işləyə bilməz. Mənfi emosiyalar, sarsıntılar, konfliktlər  psixi saglamlıq üçün çox ciddi nöqsandır. Bu göstəricilər insanı psixi xəstəliklərə gətirib cıxara bilər. 

Psixoloji məsələ

Çalışın keçirdiyiniz hisslər haqqında danışın  yazın, bu vasitə ilə Siz gəlbinizdəki lazımsız, mənfi yükdən qismən də olsa boşalacaqsız.
Yazılarınızda Sizi qıcıqlandıran, amma real həyatda cavab verə bilmədiyiniz insana, ürəyinizdən gələn cavabı yaza bilərsiniz. Nəticədə, hirsiniz soyuyacaq, və Siz daha sakit tərzdə yaranmış konflikt situasiyanı həll edə biləcəksiz.
Həyatınızın mənfi, neqativ anlarını kağıza köcürsəniz, reallıqda şən, sevincli məqamları yaşamağa daha çox imkan əldə edəcəksiz.
Psixoloqların fikrincə, yazıterapiya üsulu Sizə məqsədlərinizi reallaşdırmaqda böyük rol oynaya bilər. Planlarınızı, arzu-istəklərinizi konkret, ardıcıllıqla yazın. Ola bilsin bu gün yazdığınız arzulara, bir neçə gün sonra  tam əks münasibətiniz olacaq. İstək cədvəliniz dəqiqləşəcək  və Siz daha tez uğur eldə edəcəksiniz. 
Psixoloji məsələ

Yazıterapiya Sizə nəinki indiki həyatınızı tənzim etməkdə, hətta keçmış illərdə yaşadığınız mənfi hadisələrə münasibətinizi dəyişməkdə kömək edə bilər. Ürəyinizdə qalan ağır, sarsıdıcı, kədərli çöküntülər Sizə rahat tam həyat yaşamağa mane olurlar.
Sizə mənfi hisslər yarada bilən hər bir ehtimaldan azad olun!
Siz xoşbəxt olmağa layiqsiniz.
Qeyd olunduğu kimi, bu psixolojı metodikanı özünüz müstəqil keçirə bilərsiniz. Amma əgər özünüz haqqında daha çox bilmək istəyirsinizsə, və bəzi incə məsələləri psixoloqla birgə həll etmək isyirsinizsə, sadəcə

Psixoloqa məktub yazın.

Səslərin sayı: 11
34
11132
loading...
Şərhlər
Offline
Aysel İ.
Mənə yazmaq yaxşı təsir edir. Təşəkkür edirəm.
18 iyun 2014 22:36
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Qəribə
Cox sag olun maraqli idi.
19 mart 2014 13:38
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
איסון ממדוב.
Amaraqli geldi artiq gerek mende yazmağa başlayim.
1 mart 2014 11:06
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Gumush-F
cox saqolun.bunun mene cox komeyi olacaqina inaniram.tesekkurler
16 fevral 2014 22:05
Offline
Aysun Memmedova
Maraqli idi tesekkur
13 fevral 2014 21:55
Offline
♥NiLuFeR♥
MARAQLI YAZIDI,TEWEKKURLER
13 fevral 2014 21:50
Offline
Ruhəngiz
Bunu da sınaqdan keçirərəm,çox sağ ol bacı.
9 may 2013 23:36
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
leman
aaa men hec bunun psixologiyaya aid oldugunu bilmirdim.cox tez tez istifade etdiyim usuldur.twkrlr
8 noyabr 2012 15:21
Offline
dj alena
Cox sag olun maraqli idi minnetdaram
16 iyun 2012 13:27
Offline
nurane
mende etmisem bu usuldan en cox kimse qelbime deyende xeyride olub amma atmamisam bir nece vaxtdan sonra oxuyub gulmusem ve mene menasiz gelib wink
25 may 2012 21:20
Offline
SunMooN
Cox yaxsi usuldur. Bilmirdim psixoloji cehetden yazilarin faydali oldugunu.amma yazirdim)))yungullesirdim yazdiqdan sonra ve daha aydin dusune bilirem.Coxx tewekkurler!
28 noyabr 2011 08:18
Offline
Flowers
bu usulu da gerek prob edem bir gun wink
26 noyabr 2011 15:45
Offline
cinare
bu terapiya heqiqeten insani rahatladir
18 noyabr 2011 11:46
Offline
Aysu
Yaxsi usuldu bu usulu men defelernen tekrarlamisam.dogurdanda kömek edir
26 avqust 2011 01:34
Offline
Məryəm.
xəbərə görə təşəkkürlər çox gözəl xəbərdi
29 iyul 2011 13:50
Offline
creativka
hirsli olanda oturub cumleleri 1-1e qowaga hovselem catmir,axi smile
8 iyul 2011 16:25
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
Chichek
Bu chox gozel usuldur.Men hemişe bele edirem.Axot olanda depressiya vaxti,oturub her şeyi yaziram vereqe.Aglaya-aglaya yaziram,sonra vereqe şille vururam,5-10 deq sonra hiss edirem ki,hirsim soyudu biraz.Sonra onu ciriram ya da yandiriram ki,hech kimin eline kechmesin.
Yaxşi usuldur,teşekkurler bizim psixoloq laughing
25 may 2011 23:06
Offline
afo
bilmirdim ama men cox uzulende ureyimi bosaldacagim adam oldmadigindan cox vaxt yaziram sonrada yandiriram eger basqasi oxusa vay halimada
25 may 2011 23:01
Offline
Happysim ))
TESEKKUR EDIREM COX MARAQLIDIR MENDE EDIM GEREK YOXSA OZUM OZUME DANISMAQDAN DELI OLACAM...
25 may 2011 22:38
Offline
Flowers
men bu terapiyadan istifade etmemişem, gelecekde belke de lazim olar ona gore secilmişlere attim...sag olun maraqli yaziya gore
17 may 2011 23:36
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )