Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri Dubay səmasında qeyri-adi nəqliyyat vasitəsinin - avtonom (kabinədə insan tərəfindən idarə olunmayan) hava taksisinin istifadəyə verilməsi planlaşdırılır. Layihə effektiv dövlət idarəçiliyi və müasir texnologiyaların həyatın müxtəlif sahələrinə tətbiqi məsələlərinə həsr edilən VI illik Ümumdünya Hökumət Sammitində (World Government Summit, WGS 2018) təqdim olunub.
Qadin.Net Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni taksi növünün istifadəyə verilməsinin təşəbbüskarı qismində Almaniyanın "Volocopter" şirkəti ilə əməkdaşlıq edən Dubay Yol və Nəqliyyat İdarəsi çıxış edir.
İdarənin məlumatına görə, hava taksisi yüksək təhlükəsizlik və etibarlılıq standartlarına cavab verəcək. İdarəetmə "GPS" naviqatoru əsasında xüsusi marşrut proqramlaşdırma sistemi vasitəsilə fəaliyyət göstərən avtopilot tərəfindən həyata keçiriləcək. Taksinin hərəkətinə nəzarəti Yerdəki operator edəcək.
Təqdimat materiallarında qeyd olunur ki, elektriklə işləyəcək hava taksisi ekoloji təmiz nəqliyyat növüdür. Layihəyə görə, uçuşun maksimal müddəti 30 dəqiqə, maksimal sürəti 100 km/saat təşkil edəcək.
Bildirilir ki, taksini smartfon vasitəsilə sifariş etmək mümkün olacaq. Daha sonra istifadəçinin qurğusuna uçuşun təsdiqi və marşrutun planı haqqında məlumat göndəriləcək. Layihə müəlliflərinin sözlərinə görə, aparat vaxtında və təyinat məntəqəsinə maksimum yaxın əraziyə eniş edəcək.
Hava taksisinin istismara verilməsini nəzərdə tutan layihə Dubay hökumətinin ən yeni texnologiyaların ictimai həyat və xidmətlər sahəsinə tətbiqi üzrə irimiqyaslı planın tərkib hissəsi olacaq.
Bir müddət əvvəl BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktum bəyan edib ki, 2030-cu ilədək şəhərin mobil parkının 25 faizini avtomatik hərəkət edən nəqliyyat vasitələri təşkil edəcək.
XƏBƏR LENTİ
Qadınların ortaq dərdi: Sistit
Biz niyə dəyişə bilmirik?
Məşhur model 3-cü dəfə ana oldu-FOTO
Məşhur cütlük boşanır
Qadın.Net - ilk kiçik toplantı (yeni şəkillər əlavə olundu)
Ağciyər xərçəngindən qorunmaq üçün
Ərdoğan: "Rəqs etmək əvəzinə, "Fatihə" oxu"
Qış üçün tədarükünüzü indidən edin!
Maraqlı və qəribə faktlar
Qanunsuz olaraq tutma və həbsə alma cinayətinə görə cəzanın minimum həddi qanunvericilikdən çıxarılır
99 yaşlı veteran koronavirusla mübarizə üçün 8 milyon avro yığdı
Ebru Gündeşin iki milyonluq üzüyü - FOTO
Kömürlə gözəlləşin
Şəngülüm, Şüngülüm, Məngülüm
Disney qəhrəmanlarının real həyatda oxşarları
Qaziantep paxlavası (foto-resept)
Azərbaycanda "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər edildi
Bakıda 22 dərəcə isti olacaq
"Bataqlıq çicəyi"
Daha bir serial Final edir
Qidanın törətdiyi xəstəliklər
Ledi Qaqadan gözlənilməz açıqlama
Xəyanəti bağışlamaq olarmı?
Riyazi məntiq-13
Esra Erol xəstəxanalıq oldu-SƏBƏB
Təhsil Nazirliyi məktəbəqədər təhsil sektoru üzrə özəl fəaliyyətlə məşğul olmaq təşəbbüslərini dəstəkləyəcək
Səhv diaqnoz həyatını məhv etdi-FOTO
Bu gün Azərbaycanda Od çərşənbəsidir
Qiyamət günü yalnız bu MƏKAN "DAДћILMAYACAQ" - FOTOLAR
Heç bitməyəcək ana-qız qarşıdurması!
2020 Nyu-York moda həftəsi
İşıq saçan şəlalə - FOTO
Məşhur aktrisa ana olacaq-FOTO
Pendirli göyərtili kətə (foto-resept)
Bu bölgədə ağciyər xərçənginin geniş yayılmasının səbəbi nədir?
Yeməkdən sonra 7 təhlükəli vərdiş
Peskov Rusiya və ABŞ münasibətlərindən danışdı: “Hazırda vəziyyət çox da yaxşı deyil”
Səfir: "İsrail Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verir"
Yumurta və toyuq əti bahalaşacaq
Fəlsəfədə etik normalar-2
Aforizmlər
Korluq ən çox hansı bölgələrdə yayılıb? - Professor AÇIQLADI
Saç üçün rezinlər
Puç olmuş uşaqlıq
Fransada hicaba icazə veriləcək?
Yeni nazir Zakir Həsənov Müdafiə Nazirliyində təqdim olundu
Yeni iPhone santyabrın 10-da göstəriləcək
Azərbaycanda güclü şaxtalar - RƏSMİ
62 yaşlı beş uşaq anası cəlbediciliyinin sirlərini açdı - FOTO
Türkiyə mətbəxindən "Pepeçura" (foto resept)