Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN

ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"

"Xəyalə Murada etiraf et" layihəsi vasitəsi ilə yeni daxil olmuş anonim etirafı təqdim edirik. Oxuyub fikir bildirməyi unutmayın! 

 

ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"


 

Nədən başlayacağımı bilmirəm. Adətən etirafları oxuyanda "ah, yazıq" deyənlərdən olmuşam. İndi özüm etiraf yazaraq kömək istəyirəm. Keçən gün nişanlı qızın sizə yazdığı etirafı oxuyanda ürəklənmişdim. Amma sonra fikrimi dəyişdim. Etiraf edin, rahatlaşın deyirsiniz, ancaq mənimki kənardan gülünc görünəcək. Əsəbdən boğulanda insanlar ağlayırlar, qışqırırlar, nə bilim, əllərinə keçəni vurub sındırırlar. Mənsə yemək yeyirəm. Əlimə keçən nə varsa. Hələ əsəbi halda market qarşısından keçirəmsə bu lap dəhşətli olur. Bir zəmbil şirniyyat, tort, dondurma, şirələr alıb evə gedirəm. Yol boyu əlimi sallofana salıb aldığım şirniyyatları qıra-qıra yeyir rahatlaşıram. Evə girər-girməz oturub onları yeyirəm. Bəzən çeynəməyə macal tapmadan uduram. Artıq mədəm partalamaya düşəndə ayağa qalxıb o ki var ağlayıram.

 

ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"

 

Filmlərdə romantik kinoya baxıb salfetlə göz yaşlarını silən qızlara çox lağ etmişəm. Anam deyir özgəsinə çox güldün, indi özün altını çəkirsən. Əsəbləşəndə gözüm dönür. Mən yemək xaricində nə ilə sakitləşə bilərəm? Hər günüm stressli keçir. İşlə ev qayğılarını nizamlaya bilmirəm. Nəsə yolunda getməyəndə artıq səbrim çatmır. Hətta iş yoldaşlarım kökəldiyimi dilə gətirməyə başlayıblar. Qeydiyyat şöbəsində oturan qız hər dəfə söz atır: "Sən ilk dəfə bura işə düzələndə indikindən arıq idin. Oturaq iş sənə düşmür" Onda az qalıram kağızları ağzıma basım. O dərəcədə... çox güman ki, xəstəyəm. Psixoloji xəstəlik diaqnozundan çəkindiyim üçün həkimə getmirəm. Sonra Qadin.Netdəki etiraf rubrikasını gördüm. Hamı öz problemindən çəkinmədən yazır. Baxıram xanımların çoxu tənqid etmir, məsləhət verir. Düşündüm ki yazım. İndi deyin görək, nə edim ki, yeməyə nifrət edim? Əsəbi vaxtımda bütün insanlar kimi qışqırıb, nəyisə sındırım amma yeməyim. Xahiş edirəm, anonim paylaşın. İş yoldaşlarım da bura girir. Sonra lağ edib durarlar. Sağ olun!"

 

ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"


 

 


Səslərin sayı: 3
8
1534
loading...
Şərhlər
Offline
Surayye
Xanim sizin problemin helli burdadi http://qadin.net/index.php?newsid=84394
21 fevral 2018 17:39
Offline
Xəyalə Murad
Hər kəs tərəfindən eyni səviyyədə qəbul edilə bilmərik. Mütləq kimsə varlığımızdan xoşlanmayacaq. Ancaq əsəbləşməyinizlə mübarizə aparın. Qida yox, siz özünüz-özünüzü sakitləşdirirsiniz. Qida qəbul etsəniz də, etməsəniz də əsəbiniz yatacaq, beyniniz soyuyacaq. Əsəbləşəndə daxili səsinizi dinləyin. Əsəbləşməklə heç nəyi həll edə bilməyəcəyinizi bilin. Həlli olmayan problem yoxdur.
21 fevral 2018 17:36
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Sima
xanim herseyi bele faciyelesdirmeyin
21 fevral 2018 12:09
Offline
Emma Svon
Bu xəstəlikdir. Haqqinda araşdırım yazaram sayta. Siz bir az pofiqist olun.
20 fevral 2018 18:31
Offline
Surayye
Bu qiz bura nese yazmayacaq?
20 fevral 2018 11:29
Offline
Şəri Babayeva
Siz ən yaxşısı psixoloqa müraciyyət edin. Yəqin həyatınızda nəsə baş verib ona görə belə əsəbisiz. Allah kömək olsun.
19 fevral 2018 20:54
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Ellada Babayeva
Niyə belə olmusuz? Depresiya yaşamısız?

Bulimiya nevrozu ola bilər həkimə müraciət edin tezliklə.

Həkimə getməkdən çəkinməyin.
19 fevral 2018 20:42
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Surayye
Kagizlari niye? Yox siz mutleq psixoloqa getmelisiz. Ayri yolu yoxdu.
19 fevral 2018 10:49
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )