Bakıda hava 16°
USD 1.7000 AZN
EUR 1.9635 AZN
15 oktyabr 15:03PERI salam bacilar,sureyya canib necesen 15 oktyabr 12:59Surayye Yarım saatdi mesajlariniza cavab yazıram ))) 15 oktyabr 12:58Surayye İndi bildim ki məni necə çox istəyirsiz 15 oktyabr 12:51Surayye Qızlarım qizillarim necəsiz mən gəldimmmm
39298

"Azəri Qardaşları" Rusiyada dünya rekordu qırdılar - FOTO

"Azəri Qardaşları" Rusiyada dünya rekordu qırdılar - FOTO


Rusiyanın "Birinci" kanalında efirə gedən "Ya moqu!" yarışmasında çıxış edən "Azeri Brozers" ("Azəri Qardaşları") yenə münsiflər heyətini və tamaşaçıları təəccübləndirib.

Qadin.Net Milli.az-a istinadən xəbər verir ki, qardaşlardan Hüseyn Pəhləvanoğlu boğazının üstünə qoyulmuş beldə çəkisi 60 kq-dan çox olan adamı 10 saniyədən çox saxlayıb.

Daha sonra o, iki mismarın üzərinə uzanıb və qarın boşluğuna qoyulan yabanın üzərinə çıxan 100 kiloluq adamı 30 saniyə saxlayıb.

Digər qardaş Laçın Pəhləvanoğlu isə kəsici iti baltanın üzərinə üzüaşağı - boğazı üstə uzanıb. Öz çəkisi 85 kq olan Laçının eyni vaxtda boyun hissəsinə iki ağır daş qoyulub. Ümumi çəkisi 114 kq olan yükü boynunda beş saniyə saxladıqdan sonra iki zərbə ilə qırıblar.

Ümumilikdə onlar 10 nömrə nümayiş etdiriblər. Lakin bu nömrələr təhlükəli olduğundan hamısının efirə gedəcəyi gözlənilmir. Lakin göstərilən nömrələr üzrə azərbaycanlı pəhləvanlar dünya rekordu qırıblar.

Bunun nəticəsində onlara Rusiya Rekordlar Federasiyası tərəfindən sertifikat və təxminən 10 min manat məbləğində pul mükafatı təqdim olunub.

Qeyd edək ki, onların son çıxışı efirdə fevralın 23-ü buraxılışında olacaq.

"Azəri Qardaşları" Rusiyada dünya rekordu qırdılar - FOTO


Səslərin sayı: 0
0
191

loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!