Qadin.Net Azərtac-a istinadən bildirir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 12-də Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Arxiyepiskop Pol Riçard Qallageri Azərbaycanda salamlayan Birinci vitse-prezident Mehriban Əliyeva bu səfərin ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə etdi. Mehriban Əliyeva Azərbaycanın ölkələrimiz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini bildirdi. Qeyd etdi ki, son illər yüksək səviyyədə keçirilən görüşlər, səfərlər, 2002-ci ildə Roma Papası II İohann Pavelin, 2016-cı ildə Roma Papası I Fransiskin Azərbaycana səfərləri bu münasibətlərdə yeni tarixi səhifə açıb. Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını deyən Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızın bu tolerantlığı, dözümlülük ab-havasını, əmin-amanlığı çox yüksək qiymətləndirdiyini vurğuladı. Bildirdi ki, bu, həm Azərbaycan dövlətinin siyasəti, həm də Azərbaycan cəmiyyətinin həyat tərzidir. "Bu, Azərbaycanın ən böyük sərvətlərindən biridir və eyni zamanda, heç də sabit olmayan dünyaya vacib bir mesajdır", - deyən Mehriban Əliyeva bizim belə münasibəti həm Azərbaycanda qoruduğumuzu, həm də dünyada təbliğ etdiyimizi diqqətə çatdırdı.
Son illər Heydər Əliyev Fondu ilə Vatikan arasında mövcud əlaqələrdən məmnunluğunu ifadə edən Mehriban Əliyeva birgə reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətini vurğuladı. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının və ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümləri münasibətilə 2011-2012-ci illərdə Vatikanda Pol Riçard Qallagerin dəstəyi ilə böyük tədbirlərin keçirildiyini, Vatikan muzeylərindən birində Azərbaycanın tarixini, ənənələrini əks etdirən sərginin təşkil olunduğunu xatırladan Birinci vitse-prezident bildirdi ki, Azərbaycan Vatikan muzeyində sərgini keçirən ilk müsəlman ölkəsi olması ilə fəxr edir. Mehriban Əliyeva Azərbaycanın, eyni zamanda, məşhur xristian abidələrinin qorunmasına öz töhfəsini verdiyini diqqətə çatdıraraq bildirdi ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası işləri görülüb və 2016-cı ildə katakombalar ictimaiyyət üçün açılıb. "Çox şadam ki, Heydər Əliyev Fondu bu layihədə iştirak edib", - deyən Birinci vitse-prezident diqqətə çatdırdı ki, Fond Piyo-Klementino muzeyində Zevsin heykəlinin bərpasında, o cümlədən "Sistina" zalında yenidənqurma işlərinin aparılmasında iştirak edib.
Mehriban Əliyeva tədqiqatçılarımıza Vatikanın məxfi arxivində çalışmaq imkanı yaradıldığına görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər təqdirəlayiqdir. Azərbaycanın Birinci vitse-prezidenti gələcəkdə də belə layihələrin davam etdirilməsinə hazır olduğunu dedi. Bildirdi ki, hazırda müqəddəs Sebastyan katakombalarında sərdabaların bərpası davam edir və bu ilin sonunda bu layihənin başa çatacağı nəzərdə tutulur. Bu illər ərzində işbirliyinin dostluq səviyyəsinə yüksəldiyini deyən Mehriban Əliyeva buna görə minnətdarlığını bildirdi, gələcəkdə də bu dostluğun davam edəcəyinə əminliyini ifadə etdi.
Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallager ölkəmizdə üç gün ərzində olduğunu, səfərin ona gözəl təəssürat bağışladığını, səmərəli görüşlərin keçirildiyini dedi, xalqımızın qonaqpərvərliyini yüksək dəyərləndirdi. Qonaq ölkəmizə səfəri çərçivəsində katolik icması ilə görüşdüyünü diqqətə çatdırdı. Arxiyepiskop Pol Riçard Qallager Roma Papası I Fransiskin və dövlət katibi kardinal Pietro Parolinin salamlarını Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırdı.
XƏBƏR LENTİ
Onların populyarlığı sürətlə artır
Qadın və kişiləri özünə əmin edən amillər
Murat Hande üçün oxudu-FOTO
Sılaya dəstək olmaq istəyən Çağla rüsvay oldu-FOTO
Vanilin faydaları
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
ABŞ-da 800 uşaq COVID-19 şübhəsi ilə karantinə alındı
İlham Əliyev xalqı əmin etdi
2017-də evlənən məşhurlar
Ödənişli təhsil alan tələbələrə şad xəbər
Tanınmış azərbaycanlı iş adamı ləqəbindən imtina etdi
Azərbaycanın caz əfsanəsi
Ev heyvanı ilə böyüyən uşaqların qazandığı 3 üstünlük
Serdar Ortaçın keçmiş xanımı yeni sevgilisi ilə-FOTO
Nüsrət bu dəfə də təəccübləndirdi-FOTO
Ronaldonu hələ bu qədər "şirin" görməmişdiniz - VİDEO
Ağır çantaların əsəri: çiyin və bel ağrıları
Metro istifadəçilərinə ŞAD XƏBƏR
Azərbaycanda idman gimnastikası dirçəlir
Cennifer Lourensin tərzi
Sağlam qidalanaq - sağlam olaq
Şahzadə Harri oğlu üçün 5 evi birləşdirib saray etdi-FOTO
Sağlam kişi koronavirusa yoluxduqdan sonra ayağını itirdi
Monika Belluçi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Psaki girovlar barədə danışdı
Penelopa Kruz mükafata layiq görülüb-FOTO
Rəngarəng çanta modelləri
Matcha çayının faydaları
Qadın jurnalisti məhkəmədə soyunmağa məcbur etdilər-SƏBƏB
Meyvəli tuile
Beren Saat ölən sevgilisindən yazdı-FOTO
Böyrəkdə oksalat daşı zamanı pəhriz
Bekhemin malikanəsinin tikintisi dayandırıldı - FOTO
Koronavirusa görə dərisinin rəngi dəyişən həkim öldü
Beyonce ölən körpəsindən danışdı
Sabah bu ərazilərdə qaz olmayacaq
Saxta kosmetik vasitələr müxtəlif fəsadlara yol açır
Gözəl geyim və aksessuarlar
Facebook cinayətdə suçlanır
Britaniya kraliçası prodüserin medalını geri aldı
Gəlinlik seriyası 3
Sellülit masajı
13 yaşlı uşağın zarafatı ölkəni ayağa qaldırdı-FOTO
Toylarını mətbuatdan gizlədən məşhurlar
Keti Holms depressiyadan çıxdı-FOTO
Xəstəliklərə qarşı likopen
Gənc qız psixologiyasına ailə dəstəyi
Məşhur aparıcı işinə qayıtdı-FOTO
İtaliyaya səyahət (II hissə)
Sevgililər Gününü yalnız keçirənlərə