Bakıda hava
USD AZN
EUR AZN

Kimdir ruhi xəstə...

 

Kimdir ruhi xəstə...



 

İnsanları tibbi araşdırmaların sayəsində bir cür, bədii tərəfdən yanaşmada da bir başqa cür görmək olur. Burada kimin bədii, kimin də tibbi yanaşma ixtiyarı olduğu bəllidir. Biz də həkim yox, söz adamı olduğumuzdan hər seyi söz kimi görürük. Sadə dillə desək, hər şeyi söz edirik. Bəlkə, bu da bir növ sözbazlıqdır. Lap elə iki qadının hamıdan gizli hər şeyə göz qoyub müzakirə etdikləri kimi qələm adamları da elə mövzu axtarırlar ki, saf-çürük eləyib yazsınlar. Bu məqamda yaxamı kənara çəkərək deyirəm ki, heç vaxt heç bir mövzuya yazmaq xatirinə münasibət bildirmirəm. Belə olsa belə həmin yazı özü özünü tez ələ verər. Əgər o mövzu məni düşündürüb, ürəyimə narahatlıq verməsə dilimdən bir kəlmə də qopmaz. Hər gün hamı kimi müxtəlif cür hadisələrin şahidi oluram. Lakin əksəriyyəti qələmimin məhsuluna çevrilmir. İki nəfərin höcətliyi üzündən yaranan əlbəyaxa davalardan yazıb, bütöv bir xalqı pisləmək, hansısa bir müəssisədə baş verən neqativ hallar üzündən hakimiyyəti tənqid etmək, ya da bizdən çox-çox əvvəl yaşayıb-yaratmış klassiklərə ünvanlanan yanlış fikirlər söyləmək mənə yaddır. Duyaraq, yana-yana yazmaq qəlbimi vicdanımı rahat edir. Məşhurlaşmaq üçün yazsam heç özüm özümü bağışlamaram. Heç bir məqsəd güdmədən yazmaq əsas qayəmdir. Elə yazacağım bu mövzu da yazı yox, qəlbimin ağrısıdır.

Bir neçə dəfə əqli cəhətdən xəstə olan adamların qəribə hərəkətlərini müşahidə edib üzülmüşdüm. Bir gün bu mövzuda tibbi kitablar oxuyub, ruhi xəstələr haqqında bir balaca məlumat almaq fikrinə düşdüm. Nə qədər oxudumsa, müşahidə apardımsa da belə adamlarda gülməli bir tərəf tapa bilmədim. Bəs onda belə xəstələri niyə qıcıqlandırıb gülürlər, deyə özümə sual etdim. İctimai yerlərdə ayaqyolundamı yoxsa insanların arasındamı olduğunu dərk etməyən birinin sərbəst şəkildə təbii ehtiyacını ödəməsində gülməli nə olduğunu heç cür anlaya bilmirəm. Bu bir insan faciəsidir. Bir az dərindən düşünsək hamının faciəsidir. Çünki belə insanlar anlaqsız vəziyyətdə hər kəsə zərər verə bilər. Və yaxud avtobusda qəfil birinin üstünə atılıb onu yumruqlayan birinin bu hərəkəti nədən gülüş doğursun ki? Bu cür xəstələrə gülənlərin özlərinin qəbahətindən heç cür xəbərləri olmur. Bir balaca xoşlarına gəlməyən söz eşidən kimi qarşısındakı insanın ağız-burununu əzişdirməyə böyük həvəslə girişən biri niyə özünü bir anlıq bu cür insanların yerində təsəvvür etmir. Təxminən 20-25 yaşlarında cavan bir xəstə oğlanın ətrafına yığılıb onu hirsləndirən sözlər deyib, və yaxud da hərəkətlər edib onun əsəbləşməsindən necə zövq almaq olar. Sinir sistemi qaydasında olmayan adamlardansa belə birinə əyləncə mənbəyi kimi baxanlar təhlükəli deyilmi? Ağıl xəstəsi ilə davrana bilməyən biri normal insanlara heç cür güzəşt etməz. Belə hallarda ruhi xəstə daha çox kimi hesab etmək olar? Bu mənəvi xəstələrin üzündən bu cür sinir pozğunluqları olan adamlara hələ çox rast gələcəyik. Əsəb xəstələrini bu cür hallara düşməsi heç kəsə maraqlı deyil. Sadəcə,”dəlidir” deyə gördüyümüzü vurğulayırıq. Amma bu vəziyyətə düşənədək o insanın hansı əzablardan keçməsi heç kəsin ağlına gəlmir. Gen faktoru və hədsiz dərəcə həyasız olan adamlar istisna olmaqla bu cür insanları görəndə kimi qınayacağımı bilmirəm. Allahımı, təbiətimi, yoxsa onların bu vəziyyətə düşməsində rolu olanlarımı? Hansı səbəbdən bir insanın əsəb sistemləri korlanırsa, o səbəb üçün az qala üsyan etmək istəyirəm. Gəlib çatdım əsl məqsədimə.

Qarşıma bir qadın çıxmışdı. Üst-başından onun “sirrini” açan heç nə olmasa da, qışqır-bağırtısı və hədəqəsindən çıxmış gözləri onu ələ verirdi. Dəlicəsinə ora-bura boylanmasaydı etdiyi söhbətindən mütləq ziyalı olduğunu zənn edəcəkdim. Hər sahələrdən məlumatlı idi. Verdiyi suallardan bəlli oldu ki, son dövrləri xatırlamır. Təxminən on-on beş il bundan qabaq olan hadisələri danışır, o dövrlərdə tanıdığı bir qadını indi məndən soruşur. (Dediyinə görə həmin qadın əvvəllər indi mənim işlədiyim kitabxanada işləyib. Bunu direktor da təsdiqlədi) Qadına hazırda burada başqa adamların işlədiyini izah etmək mümkün olmadı. Elə hey otaqlara girib o qadını axtardı. Hətta gənclik illərində kitabxananın qapısının hansı tərəfdən açıldığı da yadında idi. Hər şeyi xatırlayırdı, bircə artıq bu dünyada yaşamadığını dərk edə bilmirdi. Ziyalıların, savadlı şəxslərin ağıllarını itirməsini faciə sanıram. Çünki onların şəxsində cəmiyyət

çox şey itirir. Axı onların düşünəcəyi, deyəcəyi, yazacağı çox şey ola bilər. Fəqət hansısa bir səbəb cəmiyyətə pislik edərək beləcə onları bizdən ayırır. Bəs görəsən, biz bu xəstələri, yoxsa onları usandırıb bu vəziyyətə salanları ruhi xəstə hesab edək?? Yadıma A. Çexovun “ 6№ Palata” hekayəsi düşdü. Gözəl hekayədir. Cəmiyyət çox zaman ağıllını da dəli edir.

Pərvanə Bayramqızı

07. 02. 2018

Səslərin sayı: 1
1
602
Digər yazılar
Şərhlər
Offline
Xəyalə Murad
Bəs onda belə xəstələri niyə qıcıqlandırıb gülürlər, deyə özümə sual etdim.


Bu abzası oxuyanda gözümdə "Ovod" canlandı. Sirkdə görüntüsünə görə gülüş obyekti olmuşdu. Çox sarsıdıcı məqamdır. Əsərin o hissəsini oxuyanda təsirlənməmək olmur. Adətən "dəlilər dəli deyillər, onları dəli edənlər dəlidirlər" deyirik. Ancaq qarşımıza "dəli" çıxanda gen gəzməyə çalışırıq.
7 fevral 2018 21:53
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • “WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək

    “WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
  • 20:36 - Müəllif: Nermin_Guler
    Güldürən arxa fon (1)

    Güldürən arxa fon

    Ən çox betmana güldüm
  • Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı

    Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı
  • Siçan ilində bizi nə gözləyir? - Şərq təqviminə görə ASTROLOJİ PROQNOZ

    Siçan ilində Amerika təpələrinə səfər proqnoz edilir. Daimi dəyişikliklər sizi gözləyir, narahat olmağa dəyməz, əlamətdar hadisələr də az deyil.
  • Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq

    Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq
  • 15:20 - Müəllif: SemmionsNaifyHK
    Hüquqşunas məsləhəti (367)

    Hüquqşunas məsləhəti

    Приветствую Вас друзья, недавно мне в руки попал уникальный сайт на котором Вам необходимо спрогнозировать как будет меняться значение, вверх, или в низ, у Вас всего две кнопки для ответа, благодаря чему если Вы даже будете рандомно нажимать кнопки, Ваши шансы составят 50%, а благодаря специальным методикам которые Вы найдете после регистрации, Ваш баланс будет увеличиваться каждые 60 секунд. За одну минуту Вы сможете зарабатывать от одного доллара до бесконечности! Это уникальный способ заработка в интернете на сегодняшний день, сервис работает с 2014 года, и всегда вовремя выплачивает заработанные деньги. После регистрации Вы получите БОНУСНЫЕ +10 000b на счет, и сможете сами сполна протестировать этот замечательный сервис. Попробуйте БЕСПЛАТНО! http://bit.ly/fastbigtrade
  • 14:59 - Müəllif: Ayla Ayla
    2020-ci ilin 6 dəbli rəngi (2)

    2020-ci ilin 6 dəbli rəngi

    Bənövşəyi paltolar, köynəklər və donlar göz oxşayacaq.
  • Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı

    Çoxu belə eliyir. Nəyə lazımdıye
  • Qısa boylu qadınlar necə geyinməlidir?

    Qısa köynəklərdən də istifadə edə bilərsiniz. Don seçərkən dar olmasına diqqət edin.
  • Şahzadə Diananın məşhur donu satılmadı-SƏBƏB/FOTO

    Onun modası keçib ona görə
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış