Bakıda hava
USD AZN
EUR AZN

Cənnət nə zaman mövcud olur?

 

Cənnət nə zaman mövcud olur?

“Allahın ədalət tərəzisi o qədər həssas və dəqiqdir ki, gün gələcək buynuzsuz qoyun buynuzlu qoyundan öz haqqını istəyəcək...”

Başqa zamanda, başqa məkanda, başqa formada da olsa, nə vaxtsa, istər indi, istər xeyli müddət sonra, istər bu həyatda, istərsə də keçmiş və gələcək həyatımızda etdiklərimizin əvəzini ödəyirik, ödəyəcəyik...

Heç nə cavabsız qalmayacaq. Əgər bu gün nəyinsə əziyyətini çəkiriksə, deməli keçmiş həyatımızda bu və digər formada kimisə incitmiş, əziyyət vermişik.

“Bu işgəncəyə layiq olacaq nə etdim?! Sualı boşuna yaranmır. Adətən bu sualı özümüzə verərkən cavabın olmadığını düşünürük. Yəni sualı veririrk amma bu sual ritorik (cavabı tələb olunmayan) xarakter daşıyır.

Sualı özümüzə verirmiş kimi görünsək də, əslində ətrafa verilən bir sual olur, və sualdan daha çox üsyan kimi səslənir. Belə anlarda sualımızın bizə sərf etməyən cavabını eşitmək variantı ağlımızın ucundan belə keçmir.

Gözəl anlar, pozitiv dəqiqələr vaxtı “Buna laiq olacaq nə etmişəm?” sualı isə heç yadımıza düşmür. Amma fərəhsiz bir şeylə qarşılaşdığımızda çox rahatlıqla bu sualı özümüzə veririk. Bəzən cavabı tapılmır. Bu da bizi sanki haqlı çıxardır. 

Cənnət nə zaman mövcud olur?

Bu zaman həyatımızı bizə obyektiv şəkildə əks etdirən birinə ehtiyac var...

Əgər bütün ədalətli düşüncə və rəftarlarınıza rəğmən hələ də cavab tapa bilmirsinizsə deməli cavabı bu dünyada, hazırkı yaşadığımız həyatda axtarmaq lazım deyil. Səbəb keçmişdə yaşadığımız həyat, göstərdiyimiz insanlıq  və rəftardan qaynaqlanır.

Cənnət nə zaman mövcud olur?

Cənnət nə zaman mövcud olur?

 

 

Yaşadığımız həyatı cəhənnəmlə müqaisə edib cənnət axtarışında olarkən bilmirik ki, kin və nifrətdən xilas olan gün dünya cənnətə dönəcək. Bu öz-özünə baş verir? Yox..

Dünyada şərin və zülmün olmaması üçün bir addım atmadığımız halda hansı haqla cənnət arzulaya bilərik? Öz içimizdəki qaranlıqdan xilas olmadan cənnətdən heç bir pay düşməyəcək bizə...  

Cənnət nə zaman mövcud olur?

 

Səslərin sayı: 2
1
1669
Digər yazılar
Şərhlər
Offline
Xəyalə Murad
Öz içimizdəki qaranlıqdan xilas olmadan Cənnətdən heç bir pay düşməyəcək bizə...


Yazını oxuyandan sonra nədənsə yazdığım hər cümləni silib yerinə ayrı cümlə yazırdım. Sonra o yazdığımı da silib başqa mövzuya keçirdim. Ancaq mənə elə gəlir ki, əlavə ediləcək nəsə yoxdur.
9 fevral 2018 14:42
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!