Payız və qış aylarında əhali arasında yayılan və yanlış olaraq "qrip" adlandırılan infeksiya əslində paraqripdir və qripdən intoksikasiya simptomlarının yüngüllüyü və ölüm faizinin aşağı olması ilə fərqlənir. Paraqrip yuxarı tənəffüs yollarının, xüsusən burun, udlaq və qırtlağın selikli qişasını zədələyən və zəif intoksikasiya əlamətləri ilə müşayiət olunan kəskin virus infeksiyasıdır.
Qadin.Net bildirir ki, Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aynur Məmmədova bu barədə AZƏRTAC-a deyib: "İnkubasiya, yəni xəstəliyin gizli dövrü virusun tipindən asılı olaraq 2-7 gün davam edir. Xəstənin baş ağrısı, halsızlıq, yüngül titrətmə və əzələ aДќrısından şikayət etməsi xəstəliyin başlandığını göstərir. Hərarət adətən subfebril olur, nadir hallarda çox qalxır, 2-3-cü sutkada ən yüksək şkalaya çatır. Xəstəliyin lap əvvəlindən burunda tutqunluq, boğaz ağrısı, səsin xırıltılı olması və quru öskürək müşahidə olunur. Zökəm və burundan çoxlu seroz möhtəviyyatın ayrılması xəstəni narahat edir.
Böyüklər infeksiyanı uşaqlara nisbətən yüngül keçirir. Paraqripə yoluxan uşaqlarda badamcıqlar böyüyür, boğazda qızartı, az hallarda hallüsinasiya və meningeal sindrom müşahidə olunur".
Onun verdiyi məlumata görə, xəstəliyə daha çox məktəbəqədər yaşda olan və ibtidai siniflərdə oxuyan uşaqlar yoluxur, onlara əksər hallarda kəskin respirator xəstəlik diaqnozu qoyulur. Hava-damcı yolu ilə yayılan viruslar burun, boğaz və qırtlağın selikli qişasına düşür, epitel hüceyrələrinə daxil olaraq çoxalmağa başlayır. Nəticədə selikli qişa zədələnir, hiperemiya və ödem inkişaf edir. Törədici qana keçsə də, virusemiya qısa müddətdə davam edir.
Kiçik yaşlı uşaqlarda qırtlaq sürətlə ödemləşir və onun mənfəzində selik toplanır, nəticədə paraqrip yalançı inaqla ağırlaşır. İnaq adətən gecə saatlarında başlayır, uşağın narahatlığı artır, tənəffüsü çətinləşir və səsi batır. Yetkin yaşlarda isə paraqrip pnevmoniya, angina, otit və ya sinusitlə ağırlaşa bitir, infeksiya fonunda xroniki xəstəliklər də kəskinləşir.
Xəstəliyin müalicəsi haqqında danışan həkim-infeksionist daha sonra deyib: "Paraqripin spesifik müalicəsi yoxdur, xəstələrə virus əleyhinə və immunomodulyator təyin olunur. Hərarətin 38,5 dərəcədən yüksəyə qalxdığı hallarda qızdırmasalıcılardan, öskürəklə ağırlaşma hallarında bəlğəmgətiricilərdən istifadə edilir. Zökəm əlamətlərini aradan qaldırmaq üçün buruna dəniz duzu məhlulu tökülür.
Tərlədici vasitələrdən ən çox moruq, ondan hazırlanan mürəbbə, cökə çiçəkləri, bəlğəmgətiricilərdən biyan və gülxətmi kökləri, dəvədabanı, bağayarpağı, iltihab əleyhinə təsirli bitkilərdən isə adaçayı, çobanyastığı çiçəkləri, gülümbahar çiçəklərinin dəmləmələrindən istifadə edilməsi məsləhətdir. Orqanizmin müqavimətini artırmaq, vitaminə olan tələbatı ödəmək üçün ən yaxşı vasitələrdən itburnu meyvələrinin dəmləməsi və qara qarağat şirəsini qəbul etmək olar.
Ətrafdakıların yoluxmaması üçün ilk növbədə xəstəni təcrid etmək, istifadə etdiyi dəsmal, boşqab və stəkanı ayırmaq lazımdır.
Paraqripə tutulan xəstənin otağı hər gün nəm əski ilə silinməli, gündə bir neçə dəfə havası dəyişdirilməlidir. Paraqrip infeksiyasının alovlandığı vaxtlarda əhalinin çox sıx olduğu yerlərdən uzaq olmaq məsləhətdir".
XƏBƏR LENTİ
Türkiyə yeni peyk buraxır.
Həyati hədəfi təyin etməyə kömək edən 7 sual
Müge Boz Azərbaycan haqqında danışdı-FOTO
"Super ay" heyran etdi
Azərbaycanda Yeni il qeyd edilir
Belarusdan Azərbaycana maraqlı təklif
Xoşbəxt münasibətləri öyrədən 10 şey (2)
Toy üçün dünyada trendə çevrilən yeni saç düzümləri
Uşaqların yataq otaqlarının hekayələri
Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qəbuledilməzdir
Toyuq kroketlər (foto resept)
Makiyajdan əvvəl dərini necə canlandırmalı?
İstanbula gedənlər üçün fransız səyahət dərgisindən tövsiyələr
İstismar müddəti başa çatmış binalar
Ən təhlükəli parollar açıqlandı - SİYAHI
Müəllim olmaq istəyənlərə şad xəbər
Sumqayıt icra başçısı yas mərasimləri haqda qərar verdi
Göbələkli toyuq basdırması (foto resept)
Bu səhnə bəşəriyyəti çox utandıracaq-video
İran 20 faizdən Azərbaycanın hesabına qurtulur
Üz dərisi üçün qidalandırıcı maskalar
Avokadolu omlet (foto-resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Körpənin ana bətnində tərpənişləri...
Kəsmikli bananli pirog (foto resept)
Qrip zamanı bunu əsla etməyin - Nazirlikdən XƏBƏRDARLIQ
Günün qoroskopu: stabillikdən həzz alın
Azərbaycan və Ermənistan prezidentləri yenə görüşəcək
Orta məktəblərdə iş dəftərlərinin istifadəsi ilə bağlı açıqlama
Nə üçün qadınlar qışqırır, kişilər isə susur?
Yataq örtüyü modelləri
"Akkord"un Gürcüstanda inşa etdiyi Kutaisi dolama yolu istismara verilib
Bəbir dərisi naxışı dəbi
Günün ulduz falı
Dərini gəncləşdirən maska
Saç uzadan sarımsaq maskası
Azərbaycan peyki Livan telekanallarının yayımına başladı
Sürətlə yayılan trend
İlk öpüşdən 75 il sonra ailə qurdular
Bill Geyts bu dəfə COVID-19 testlərinə görə ABŞ-ı tənqid etdi
Şeytandan gələn məktub
Türkiyədə yeni qadağa
Südlü makaron (foto resept)
Uşaqların izləməli olduğu cizgi filmləri
Çinin peyki orbitə çatmadı
HAVA necə olacaq?-20 İyul
Kraliça təntənəli nahar verdi, ailəni saraya topladı - FOTO
Qan qrupuna görə XASİYYƏT
Bəstəkar Nailə Mirməmmədli vəfat etdi
Məşhur aktyor vəfat etdi