"Bu dünyada nə qədər ki, insan mövcud olacaq, o qədər də mübarizə və çarpışma olacaqdır. Bizim bu kövrək dünyamız həmişə təhdid altındadır. Bəs, zamanı deyilmidir ki, biz özümüz-özümüzə sual verək. Sual verək ki, niyə bu münaqişələr var və niyə münasibətlərimiz münaqişələrlə başa çatır? Biz necə yaxşı birinə çevrilək və aqressiyalarımızı unudaq?
Mən düşünürəm ki. bizi bunu üçün lap əvvəldən - uşaqlardan başlamalıyıq. Onlar tezliklə bizim planeti idarə etməyə başlayacaqlar və onlar artıq özləri sevgi və ya zorakılıqla yaşayacaqlarına qərar verməli olacaqlar.
Mən indi xatırlayıram ki, bizi idarə edənlərin hər hansı bir müdriklikdən və Tanrı verən istedadan məhrum olduğunu anlayanda necə şoka düşmüşdüm. Onlar da eyni bizim kimi zəifliklərə və ehtiraslara malikdirlər, lakin bir fərqimiz var: Onların əlində hakimiyyət var. Niyə bu insanlar belə pis qərarlar qəbul edirlər? Ola bilməz ki, onlar təbiətən bu qədər zalım olsunlar.Mən belə düşünmürəm. Uşaq doğularkən nə pis , nə də yaxşı olur. Bəs onun saf, mərhəmətli və ya tənha canavar olmasına kim qərar verir? Biz. Biz valideynlər onlara sevginin nə olduğunu göstərməliyik. Ya da əksinə ona arzu olunmayanı təlqin etməliyik (edirik).Bir gün mən bir keşişin həyat yoldaşı ilə görüşdüm. O mənə söylədi ki, dünyaya ilk körpəsini gətirən zaman bu qədər geniş tətbiq olunmasına baxmayaraq fiziki cəzalar ilə tərbiyə üsuluna inanmayıb. Lakin oğlunun 4 yaşı olanda elə bir hərəkət edib ki, ana onu cəzalandırmaqdan özünü saxlaya bilməyib. Ona göstəriş verib ki, həyətə gedib çubuq tapsın ki, onu cəzalandırsın. Balaca oğlan uzun müddət qayıtmayıb, nəhayət göz yaşları içində geri dönərkən əlində daş olub. Daşı anasına göstərərək: "Ana, mən çubuq tapa bilmədim, amma al bu daşı mənə at" - deyə ağlayıb.O an anaya məhz bu aydın olub. Uşağın baxış bucağından məsələyə baxmaq imkanı ona nəsib olub. Ana anlayıb ki, əgər biz öz övladımızın ağrı duymasını istəyiriksə nə fərqi var bunu nə ilə edirik. Ya çubuqla, ya daşla...Ana uşağına dizinin üstünə alaraq ağlayıb. Elə orada ikisi də ağlayaraq daşı xatırə olaraq mətbəxin bir küncünə qoyublar. Nəticə isə budur: Zorakılıq çıxış yolu deyildir.Elə bu an siz sual edə bilərsiniz ki, necə yəni biz uşaqları cəzalandırmaqdan vaz keçərək yeni bir Homo Sapiens yarada biləcəyik və müharibələr dayanacaq? Əlbətdə ki, yox. Yalnız uşaq yazarları belə bir utopiyaya inanarlar. Bu bədbəxt dünya çoxlu islahatlara və dəyişikliklərə ehtiyac duyur.Axı, bizim uşaqlar televiziya kanallarından dünyanı izləyirlər. Bu verlişilərdən onlar yalnız bu nəticəni çıxarırlar: Problemlərin həll yolu yalnız zorakılıqdan keçir. Elə bu gün biz öz evimizdə onlara başqa bir yolun mövcudluğunu da söyləyə bilərik. Bu bizim dünya üçün də atdığımız gözəl bir addım ola bilər.Bizim hamımızın mətbəxdə daşa ehtiyacımız var. Məhz o daş bizə zorakılığın çıxış yolu olmadığını daim xatırlada bilər."Astrid Lindqrenin məşhur çıxışı.
Tərcümə: Ülviyyə Tahir.
XƏBƏR LENTİ
Xaricdə oxumaq istəyirsiniz? Yenilikdən xəbəriniz var?
Okeanda müəmmalı varlıqlar peyda oldu - Alimlər ŞOKda
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
Nəhəng alma ağacı böyüyür
Kişilərə söyləyərkən diqqət edəcəyiniz məqamlar
İranda koronavirusun dərmanı tapıldı
Avtobus sürücüləri ilə bağlı yenilik
Məşhur aktyor tanınmaz halda-FOTO
"Evdə tək" filminin məşhur aktrisası illər sonra-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Gözəl dərinin sirri
Kloppun saqqızı satışa çıxarıldı
Ballı çörək (foto resept)
Yeni İli məşhurlar belə qeyd edir-FOTO
Bəylə gəlin toy günü Şəhidlər Xiyabanında
Bacı-qardaş kimi görünsələr də əslində...-FOTO
Azərbaycanda qeyri-iş günləri bu qurumlara aid edilmir - RƏSMİ
Jirinovskidən ümidli Qarabağ açıqlaması
Məktəbəhazırlığı Azərbaycan bölməsində oxuyanlar digər dildə təhsil ala bilər?
Bölgə yazarları həyəcan təbili çalırlar
Düşmənin hücum cəhdinin qarşısı alındı: Döyüş texnikası və canlı qüvvə itirən ermənilər geri çəkilir - RƏSMİ
Fitnes ulduzlarının da qarnı olur
RİO-2016: 48 idmançımiz çıxışını başa vurub - SİYAHI
Sürücülərin diqqətinə: başlanır!
Telekanallarında məhdudiyyət tətbiq ediləcək
Günortadan sonrakı yuxu ölüm riskini artırır
Bakıya "otaq temperaturu" vəd elədilər
Acundan koronavirusa görə Pərvizə jest - Video
Bu kişi plastik cərrahiyyə narkomanıdır
Pirşağıdakı çirkab suları ilə bağlı rəsmi açıqlama
Bakı sakinləri, qəpikləri unudun!
Rusiyada koronavirusa qarşı daha bir peyvənd test ediləcək
Azərbaycanda hansı sosial şəbəkə daha populyardır?
Azərbaycanda bu tələbələrə kredit veriləcək - SİYAHI
Əgər prezident olsaydım...(2)
Düşmən orduda çaxnaşma
Prezident ailəsi ilə Maksim Qalkinin yaradıcılıq axşamında - FOTO
Sırma Markova
İftarda bunları ƏSLA ETMƏYİN!
“WhatsApp”da yenilik!
Təyyarə sərnişinləri BUNLARI BİLMƏLİDİR
Di Kaprio filmdə Ruzvelti oynayacaq
Oksigen 5 saniyə olmasaydı nələr baş verərdi?
Xəzərin Bakı sahillərində delfin görüntülənib? - AÇIQLAMA + VİDEO
Azərbaycanda ali məktəblərə qəbul olanların nəzərinə
Hava haqqında
Günün qoroskopu: Sıx təmaslar məsləhət deyil
Dell biznesdən uzaqlaşmayacaq
İdmançımız Avropa və Dünya rekordunu yenilədi
Günün qoroskopu: o vərdişləri tərgidin
- ŞƏRHLƏR