Qadin.Net publika.az-a istinadən fevral ayının büclərə görə proqnozunu təqdim edir:
Qoç
Fevral sizin üçün qeyri-adi ay olacaq. Siz özünüzü qalib hiss edəcəksiniz. Ola bilsin ki, ayın əvvələrində sizdən böyük risk tələb olunacaq, amma gördüyünüz işdən və nəticədən çox razı qalacaqsınız. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün çox əziyyət çəkmisiniz. Odur ki, seçilmək vaxtı gəlib.
Buğa
Bu ay sizin üçün meditasiya və mənəvi təmizlənmə ilə yadda qalacaq. Ayın əvvələrində başqalarını asanlıqla əsəbiləşdirə bilərsiniz, bu da ona gətirib çıxaracaq ki, bütün asudə vaxtınızı təkbaşına keçirməli olacaqsınız. Sözsüz ki, bu da təbii haldır. Bu ay özünüzə vaxt ayırmağı unutmayın, qəlbinizin səsini dinləyin və rahatlayın.
Əkizlər
Fevral sizin üçün pozitivlərlə dolu və təsirli ay olacaq. Ayın əvvəlində adətən olduğunuzdan daha ayıq və daha bacarıqlı olacaqsınız. Ona görə də ətrafdakıların təəccübünü görəndə çaşmayın. Fevralın ortalarında siz seçim qarşısında dura bilərsiniz. Qərar qəbul edən zaman həqiqətən nə istədiyiniz barədə unutmayın. Özünüzü aldatmayın, görəcəksiniz ki, seçiminiz hisslərinizi əks etdirir. Siz buna görə sonradan özünüzə təşəkkür də edəcəksiniz.
Xərçəng
Ayın əvvələrində emosional sarsıntılar dənizinə baş vuracaqsınız, bu da sizi qorxuda və çaşdıra bilər. Amma narahat olmayın, bu, çox davam etməyəcək. Fevralın ikinci yarısı daha sakit və dinc keçəcək. Ayın ortalarında həyatınızı zəhərləyən hər şeyin təmizlik işlərini aparacaqsınız. Həmişə intuisiyanıza etibar edin və hisslərinizi birüzə verin ki, yüngülləşəsiniz.
Şir
Münasibətlərin əksəriyyətində əsas problem eqonuzla bağlıdır. Bu ay xudbinliyinizi unuda və vəziyyəti düzgün qiymətləndirə bilərsiniz. Özünüzə xatırlatmağa dəyər ki, eqonuz sizin üçün heç də həmişə nəyin yaxşı olduğuna düzgün qərar vermir. Hədsiz cəsarət və cürətiniz sizi adamlardan itələyə bilər. Ümumilikdə Fevral ayı yeni bacarıqların öyrənilməsinə şərait yaradacaq.
Qız
Fevral sizin üçün yeni və cəlbedici hadisələrlə yadda qalacaq. Ayın əvvəlində taleyinizdə bir neçə gözlənilməz döngələr sizi gözləyir. Onlardan maksimum dərəcədə istifadə edin. Gələcəyin sizə hansı sürprizlər hazırlamasından qorxmayın, indiyə fokuslanın. Əgər həyatın gətirdiyi dəyişiklikləri qəbul etməyi bacarsanız, onda özünüz üçün xeyirli sürprizlər qazana bilərsiniz.
Tərəzi
Fevral ayı sizin üçün çox zəngin olacaq! Bütün romantikanı, xoşbəxtliyi və kədəri bu bir ayda yaşayacaqsınız. Həyata çox ciddi yanaşmamağa çalışın ki, çünki o hüznlü ətalət deyil, gülməli bir macəradır. Bunu qəbul edə bilsəniz, ayın ortalarında özünüzə gələcək və özünüzü daha inamlı hiss edəcəksiniz.
Əqrəb
Bu ay problemlərin həllinə həsr olunacaq və siz vəziyyətdən çıxış yolu tapacaqsınız. Fevralın birinci yarısında çətinliklər hiss edə bilərsiniz. Bu çətinliklər sizi yaxşı günlərə doğru aparan vasitə olacaq. Nə düşündüyüzü ürəyinizdə saxlamayın, söyləyin. Sizi narahat edən hər şeyi yaxınlarınızla müzakirə edin. Onda siz də yüngüllük hiss edəcəksiniz.
Oxatan
Fevralın əvvəlində özünüzü dünyanın zirvəsində hiss edəcəksiniz və insanlar bunu mütləq görəcəklər. Özünüzü inamlı hiss edəcək və heç vaxt olmadığınız qədər cəlbedici olacaqsınız. Odur ki, şansları əldən verməyin. Bundan əlavə həyata fərqli baxış bucağından baxmaq üçün yeni və bilmədiyiniz yerləri kəşf edəcəksiniz. Ayın sonu yaxşı xəbərlər vəd edir, onlara hazır olun.
Oğlaq
Fevral sizin üçün fırtınalı başlayacaq. Ayın ortalarında tamamilə əhatənizdə yeni birini görəcəksiniz, ona xüsusi diqqət yetirin. Bu adama qarşı münasibətiniz tam dəyişə bilər, sadəcə öz intuisiyanıza arxayın olun. Uğura doğru yolda sizə mane olan məsuliyyətsiz adamlardan uzaq durun. Bu ay planlar qurmayın, bütün diqqətimizi burda və indi baş verən spontan həyata yönləndirin.
Dolça
Ayın əvvəlində ideya orijinallığınız sizi yaxşı mənada təəccübləndirəcək. Fevral sizin üçün gərgin zehni iş ayı olacaq. Ağlınıza çoxlu yeni ideya və fikirlər gələcək, odur ki, onların hər birini qeyd edin ki, sonradan hansısa yadınızdan çıxmasın. Bu ay başınız işə o qədər qarışacaq ki, əyləncə üçün vaxt tapmayacaqsınız. İş və istirahəti balanslaşdırmağa çalışın ki, dincəlməyə və planları həyata keçirməyə də vaxt qalsın.
Balıq
Fevral ayı sizin üçün romantika ilə dolu olacaq. Əgər sevgiliniz varsa, yaxud yeni münasibətə başlamısınızsa, bu ay sizi emosiya dalğaları gözləyir. Qarşı tərəfə onunla maraqlandığınızı və sizin üçün nə ifadə etdiyini göstərmək üçün münasibətlərə zaman ayırın. Bu ay karyerada sizi stressə salan bütün məsələləri təxirə sala, bütün diqqətinizi və hisslərinizi qarşı tərədə yönləndirə bilərsiniz. Bir müddət dincəlmək və romantika sferasında qalmaq vaxtı yetişib.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda qar yağır
AFFA "Binə" klubunu qismən bağışladı
Putin NATO-nu şoka saldı
Pomidor şirəsində skumbriya balığı (foto resept)
Təbii qidalanmağın gözəlliyə təsiri
Günəşdə qəfil qasırğa
Ringelman effekti
Birinci vitse-prezident Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
BÜRCLƏR bizə nə vəd edir? - 25 mart
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
Gürcüstan Azərbaycana hansı variantı təklif edəcək?
Günün qoroskopu: Tələsin!
Çiyələkli dondurma (foto-resept)
İlham Əliyev və Mehriban Əliyeva Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Türkiyəyə qar yağdı
ABŞ "İŞİD"ə müharibə elan etdi
Yeni ildə bir həftə iş olmayacaq
Yumurta qabığı - evdə köməkçiniz
İştahı kəsən qidalar
Möhtəşəm səhər yeməyi (foto resept)
Qızıl bahalaşdı
Fikrət Məmmədov hakim və ədliyyə işçilərinə tapşırıq verdi
Günün ulduz falı
Hamiləliyin əlamətləri
Lövhədə "Microsoft"un şəklini çəkdi-Məşhur oldu!-FOTO
Mənim əl işlərim
Hellouində yadda qalan kostyumlar
Qorxulu buludlar
Tağı Əhmədova yeni vəzifə verildi
Qəlbim qırıldı...
İslam dünyası ayağa qalxacaq
Apple bazarı "işğal" edib
“Özlərinə əziyyət verib bu qədər yolu getməsinlər” - Rayona gedənlərin NƏZƏRİNƏ/VİDEO
Ronaldo Evləndi-FOTO
Prezident İlham Əliyevin Avstriyaya işgüzar səfəri
Yüksək yumor hissi olan hərbçilərimiz Kəlbəcərdə mina təmizləyirlər - VİDEO
Ulduzlar ziyafət donları ilə diqqət çəkdilər-FOTO
Nyu-York rəngləndi
Lavaş arası toyuq (foto resept)
Qat-qat xəmirdən pirojki (foto resept)
GÜNDƏLİK MAKİYAJ 2 variantda (foto dərs)
Hindli xanımların gözəl geyimləri
Uzun həsrət illərindən sonra Şuşada işıq yandırdıq - VİDEO
"Donuz qripi" Azərbaycan ərazisinə çatdı
Həyatımızda rənglər hansı mənanı verir?
Koronavirusla bağlı zarafat etdi və xəstəliyə yoluxdu - VİDEO
Tarkan qızına Almaniyada ad günü etdi - FOTO
BMT daha bir ölkəyə hərbi müdaxilə edəcək
Oriqami ilə gül düzəldilməsi
Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO