Azərbaycanda nikaha girmək istəyən hər kəs icbari tibbi müayinədən keçməlidir. Tibbi müayinədən sonra tərəflər tibbi arayış alırlar.Bu arayışda müayinənin nəticələri qeyd olunur. Tibbi müayinənin nəticələri isə həmişə müsbət olmur.
Bu zaman tərəflərdən birində və ya hər ikisində müəyyən xəstəliklərlə yanaşı, həm də pis və zərərli vərdişlər üzə çıxır. Bunlardan biri də narkotik və alkoqol maddələrdən istifadədir. Qanuna əsasən, belə olduğu hallarda,seçim şansı tərəflərin özünə verilir.
Qadin.Net modern.az-a istinadən bildirir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin dediyinə görə, tərəflərin nikaha girməzdən əvvəl tibbi müayinədən keçməsi məcburidir:
"Müayinə zamanı Səhiyyə Nazirliyinin müəyyən etdiyi bir neçə xəstəlik aşkar olunarsa, hər iki tərəfə elan olunur ki, sizdə bu xəstəlik var, ya onun daşıyıcısısınız. Əgər evlənsəniz doğulan uşaqda müəyyən fəsadlar ola bilər və ya siz özünüz bir-birinizə bu xəstəliyi keçirə bilərsiniz".
Deputat qeyd etdi ki, bütün bunlara baxmayaraq, yenə də seçim onların özlərinə verilməlidir: "Çünki insan hüquqları ən ali hüquqlardan biridir və evlənmək hüququ da insanın özünə aid olan məsələdir. Azərbaycan isə hüquqi demokratik bir dövlətdir".
Musa Quliyev bildirdi ki, narkotik və tütün, eləcə də alkoqoldan istifadə məsələsinin nikaha aidiyyəti yoxdur:
"Bu həyat tərzi məsələsidir. Ailə səmimiyyət üzərində qurulmalıdır. Nikaha daxil olmaq istəyən şəxslər bir-birinə cinayət işlərini, xəstəliklərini, çatışmayan cəhətlərini deməyi bacarmalıdırlar.Qanun ilə, zorakılıqla kimisə məcbur etmək olmaz ki, öz pis vərdişlərini danışsın,ya da öz xəstəlikləri barəsində danışsın. Bunlar demokratik dövlətin atdığı addım ola bilməz.Biz sadəcə qanun ilə vətəndaşların özlərini məlumatlandırmağı nəzərdə tutmuşuq".
Musa Quliyevin sözlərinə görə, hər kəs şüurlu və könüllü şəkildə öz qərarını qəbul etməkdə sərbəstdir:
"Tutaq ki, hər iki tərəfdə, ya da tərəf müqabilində talassemiya xəstəliyi varsa, onda həkim izah edir ki, sizdən doğulan uşaqlarda müəyyən faiz hallarda talassemiya xəstəliyi ola bilər.Müalicə alın və ya körpənin ana bətnində müayinələrini aparın və sair. Eyni sözləri digər xəstəliklər barəsində də deyə bilərəm. Ancaq bird aha qeyd edim ki, seçim hüququ azaddır,hər kəs öz qərarını özü verməlidir".
XƏBƏR LENTİ
Şəkidə böyük inzibati kompleks tikilir
"Rembo" görüntüsü ilə sevənlərini MƏYUS ETDİ-FOTO
Üç yaşınadək uşağı olanlara ŞAD XƏBƏR
Rəssamlıqdan bezən rəssam
Azərbaycanda maaş kreditə tutula bilərmi?
Daha bir ölkə sərhədlərini turistlərin üzünə açdı
Hər şeyin balacası
36 yaşını Maldivdə qeyd etdi-FOTO
Qurama (Dərs I)
Qışda böyrəkləri necə qorumalı?
Demet Özdemir hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Qız Qalasında “Bakı-2015”lə bağlı şou
Qadın döyüşçülər belə hazırlanır
Övladınıza ad qoyarkən düşündünüzmü?
Suriyada törədilən terror aktlarında 100 nəfər həlak oldu
Şirin rolla (foto resept)
Azərbaycanda koronavirusdan 5 nəfər öldü: 168 yeni yoluxma - RƏSMİ
Azərbaycanda karantin yenidən sərtləşdirilir - RƏSMİ
Azərbaycanda 4 kənddə işləyənlərin maaşları artırıldı
Erməni politoloq: "Azərbaycan bizdən güclüdür"
Bir öskürək 35 min dollara başa gəldi - FOTO/VİDEO
Uşağa yod çəkərkən diqqətli olun! - PEDİATR Xəbərdarlığı
İştahı azaldan bitkilər
Üç gün ərzində Ermənistana neçə rusiyalı sülhməramlı gəlib? - VİDEO
Bu gün bir əsrdə 14 dəfə baş verəcək hadisə yaşanacaq
Yeni ixtira telefonu bir neçə saniyəyə şarj etməyə imkan verəcək
Sibel Can İlker Koçu məhkəməyə verdi
Məşhur serialda yenilik-FOTO
Bakıda sürücülər və piyadalar üçün yeni xəbər
"Paleo-xəritə"
Hindistan qozlu şokoladlı tort (foto resept)
MN: Ermənistana məxsus “Su-25” təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır
Filippində "Yer gözəli" müsabiqəsi start verdi-FOTO
Muğam Mərkəzində “Natiq” ritm qrupunun konserti keçiriləcək
18 milyon izləyicisi olan sürücü-FOTO
Dəbli koftalar
Bu gün işğaldan azad olunan Ağdama komendant təyin edildi - RƏSMİ
Ananas tortu (foto resept)
Unutqanlıq nədir?
Miqdarına görə ölümə səbəb olan ərzaqlar
Günün qoroskopu: arzularınızdan birinin reallaşmasına çox az qalıb
Saçlarımız üçün şampun hazırlayaq
Biri birindən gözəl xalçalar
Məşhur aktrisanın toyu oldu-FOTO
Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab atəşi açılıb - RƏSMİ
Google Glass dirçəlir
25 ildən sonra "Barsa" "Kral"ın rekordunu vurdu
O kişilərin bəxti gətirdi
Azərbaycanda daha 125 nəfər koronavirusdan sağaldı
Qar altında qalan şəxs 10 saat sonra xilas edildi