Bakıda hava
USD AZN
EUR AZN
15 dekabr 22:08RUM Koyne tanishlarimdan kim varsa yazsin 15 dekabr 22:07RUM Salam 8 ilden sora bura girmishem 15 dekabr 17:49Sima axsamiz xeyir herkese salam
41233

Qadın.Net xanımlarının "Sevgi hekayəsi"

Bu dəfə Qadın.net saytının bir çox istifadəçi xanımlarına belə bir sualla müraciət etdim: Evliysəniz, həyat yoldaşınızla, nişanlıysanız nişanlınızla və ya sevgilinizlə harda və necə tanış olmusunuz? Bir ömür boyu sürəcək olan o sevgi hekayəsinin həm xoşbəxt, həm də həyəcanlı anlarını necə yaşamısınız?
Xanımlar sualımı cavablandırdılar və həmin cavabları sizlərə təqdim edirəm.

 

agubugu: Evliyəm. Həyat yoldaşım xalam oğludur. love laughing


vlada: Mən yoldaşımla 2009-cu ilin avqust ayında tanış olmuşuq. Mən bibimgildə qalırdım, o da Rusiyadan evlənmək üçün gəlmişdi.Əvvəlcə atası,anası məni görmüşdü,sonra səhəri günü oğlan məni görməyə gəldi. Məni görməyə gələndə hətta əlimdə döşəməsilən taxta ilə döşəməni silərkən görmüşdü və bəyənmişdi. Mən də bir az naz edəndən sonra nişanlandıq. 2010-cu ilin sentyabr ayının 17-də toyumuz oldu. love  smile

 

moocik : Mən həyat yoldaşımla məktəbdə tanış olmuşam.Belə ki, sinif yoldaşımdır.7-ci sinfə qədər yola getməsək də, sonradan bu, sevgiyə çevrildi və 7 il yarımdan sonra evliliyə imza atdıq. 2011-ci il aprel ayının 27-də toyumuz oldu. Çoox xoşbəxtəm... love bully

 

gullar81 : Bibim oğlu ilə ailəliyəm.Evlilik isə onun istəyi ilə baş verib. Belə ki, əsgərlikdən yeni gəlmişdi, özü mənə təklif etdi. Həm onun valideynləri,həm də mənim valideynlərim bunu ikimizin öhdəsinə buraxdı. Düzünü desəm, mən qohum evliliyinin tərəfdarı deyiləm.Ona görə də yoldaşım məndən "hə" cavabını çox çətinliklə aldı. 7 il nişanlı qaldıqdan sonra 2004-cü ilin 15 oktyabr tarixində ailə qurduq. 2 övladımız var.. love smile


illona : Evliyəm.Avqust ayının 22-də 3 illiyimiz olacaq. 1 qızımız var.Ancaq biz tanışlıqla, yəni sırf sevgi ilə evlənməmişik.Valideynlərin vasitəsilə baş tutub, lakin indi bir-birimizi elə sevirik ki, sanki əvvəldən sevgili olmuşuq.Hərdən düşünürəm: yaxşı ki, valideynlərimin dediyi biri ilə evləndim.İndi isə
çoox xoşbəxtəm.Həm sevirəm,həm sevilirəm... love laughing


orkide88 : Evliyəm.3 yaşında oğlumuz var. Həyat yoldaşımla ilk dəfə bir-birimizi bizim evdəki qonaqlıqda görmüşük. Sonra yenə də qonaqlıqlarda görüşsək də, onun mənə olan hisslərindən xəbərsizdim.Anası zəng edib məni bəyəndiklərini söylədilər.Görüşdük, xasiyyətimizin tutacağını görüb yavaş-yavaş evliliyə qərarımı verdim. Çox xoşbəxt ailəmiz var.. love laughing


Fatma : Evliyəm.Həyat yoldaşım uzaq qohumumdu. Əvvəllər qohum kimi məktublaşırdıq, amma sonralar məktubun məzmunu yavaş-yavaş dəyişdi və bir-birimizə mənalı sözlər yazası olduq. Son məktubunda :"Gəlirəm,mənlə uzaqlara gedərsənmi?" yazmışdı.Mən də razı oldum. love bully

gulusum : 4 aydı evliyəm. Həyat yoldaşım məni bac
ımın toyunda gördü və sevdi.Mən də 1 ildən sonra sevməyə başladım.Bizim sevgimiz belə başladı..


Ayanna : Evliyəm.Həyat yoldaşım universitetdə məndən 1 kurs yuxarı oxuyub.Yəni orda tanış olmuşuq. love laughing


azerikizi : Mən 11 il 3 aydır ki,evliyəm və bu evlilikdən 2 qız övladım var.Tanışlığımız isə belə olub: bizim və onların bir ortaq tanışları varmış.Bacısı məni görüb bəyənib. B
ir gün dərsdən çıxanda yoldaşım gəldi və parkda tanış olduq (Təbii ki, artıq söz-söhbətdən xəbərdar idim və gələcəyini də demişdilər). Elə həmin gün də bir könüldən min könülə mənə vuruldu və 2-ci dəfə məni görmək üçün icazə istədi.Bir az naz elədim amma elə centlmeni mənim də qaçırmaq fikrim yox idi. Beləcə, 5 ayın içində həm tanışlıq, həm nişan, həm də toy oldu...11 il keçməsinə baxmayaraq, hər gün sevgimiz zəifləmək əvəzinə daha da alışır... love laughing


FADAK : Mən ailəliyəm.Yoldaşımla ilk dəfə öz evimizdə tanış olmuşam.Onu evləndirmək istəyiblər.Məndən qabaq bir neçəsini deyiblər,amma bəyənmiyib.Məni də görmək üçün bizə gəlməyib, anası anam
ı görmək üçün bizə gəlib. O da onu qonaq gətirmişdi. Uzaq qohumuq. 2-3ay sonra bacısına məni bəyəndiyini deyib.Ondan sonra ilk dəfə "Xətai" metrosunun qarşısında görüşüb, danışmışıq. love bully


sebish : 7 aydı evliyəm. Evləndiyim şəxsi heç görməmişdim. Yanvar ayında bir neşə dəfə mənə baxmağa gəlmişdi,amma məni görməmişdi.Sonra ismarıc yolladı, ailəmə fikrinin ciddi olduğunu söylədi.Mən isə onu heç görməmişdim, ailəm məni vermək istəyirdi, lakin mən narazı idim. Sonra oğlanı gördüm, çox yaxşı oğlana oxşayırdı. İkimiz də qərara gəldik ki, Böhbət edək. Bir-birimizdən xoşumuz gəldi.Ailəmə də razı olduğumu dedim. Elçi gəldilər,ailəm verdi.Amma mən hələ sevmirdim,sonra üzük taxıld,ı amma yenə hörmət edirdim. Bir gün qərara gəldik ki, qaçaq və yanvarın 26-da qaçdıq. O gündən bəri çox xoşbəxtəm və bir-birimizi çox sevirik. Onun üçün canımdan da keçərəm, elə o da... İndi isə 24 həftəlik hamiləyəm və qızımız olacaq. love smile

 

R.G : Evliyəm.Yoldaşım yaxın qohum olduğu üçün bir qonaqlıqda tanış olduq.Amma əvvəllər başqa ölkədə yaşadığı üçün yaxından söhbətimiz olmamışdı.Bir dəfə ailəvi Bakıya gəlmişdilər, bir qonaqlıq oldu, orda gördü və məni bəyəndi. Sonra da əl çəkmədi. Ondan qabaq 2-3 il olardı ki, onu görməmişdim. love smile

 

Medicgirl : Adım Röyadır, 24 yaşım var və 9 aydır ki evliyəm. Həyat yoldaşımla uzaqdan qohumuq.Bizi bacısı tanış edib.Yəni məni evlərinə dəvət edib, qardaşı da ordaydı. Niyyətlərinin nə olduğunu bilmirdim. Sən demə, əvvəlcədən planlaşdırılmış bir qonaqlıq imiş..Belə bir şey olacağı heç mənim də ağlıma gəlməzdi. Sonra valideynlərlə söhbət olunub. Ailəsinin yaxşı biri olduğunu bilib veriblər. Amma mənim heç fikrimi soruşmadan. M   ən razı deyildim. Heç deyildim. Amma neyləyə bilərəm, valideynlərim "hərini" verdikdən sonra? Bizim görüş belə oldu və 7 gün içində də toyumuz oldu... love laughing

 

Z_U_Z_U : Mən 2 ildir ki evliyəm.1 oğlum var. Həyat yoldaşımla uşaqlıqdan bir-birimizi tanıyırıq. ,O atamın dostunun oğludu, həm də biz göbəkkəsdi olmuşuq.Heç düşünməzdim ki, onunla ailə quraram. İllər sonra onu görənə qədər... Bir-birimizi dünyada ölçüsü və çəkisi olmayan müqəddəs sevgi ilə sevirik. Çox xoşbəxtəm onu tanımağıma,onunla ailə qurmağıma... love laughing

 

creativka : Nişanlıyam. Nişanlım qapıqonşumdur.Uşaqlıqdan bir yerdə böyümüşük. Öz istədiyimdi, heç kimin məcburiyyəti olmayıb. Ailəmiz də bir-biri ilə çox mehribandı. Qaynatamı, qaynanamı və eltimi çox istəyirəm, aramızda həqiqətən çox səmimi münasibət var. Nişanlım məndən bir yaş böyükdü və adımızın baş hərfi eynidir. love laughing

 

SENE_GORE : Mən nişanlımla çatda tanış olmuşam. 1 ay yazışmışıq. Əvvəl dost idik, sonra dost kimi də görüşdük. Lakin məni sevdiyini söylədi. Daha sonra nişanlandıq. Bir-birimizi çox sevirik. love laughing

 

 

aishvarya rai : İnşallah, sentyabr ayında nişanlanacam .Biz lap əvvəldən tanış idik. Bir-birimizi qohum evində yaxından görmüşdük. Sonra o, xalama deyib ki, məni sevir. Daha sonra mənə sms yazdı. Beləcə, artıq 1 il olar ki, danışırıq. love bully

klub_nicka : Mən sevgilimlə öz həyətimizdə tanış olmuşam. Əvvəllər ondan zəhləm gedirdi. Amma necə oldusa, indi onu çox sevirəm. love smile

sevgul : Biz hələ ki sevdiyim insanla sevgiliyik.Artıq 6 il olacaq. Məktəbdə oxuyan vaxt tanış olmuşuq. O, məndən bir sinif yuxarı oxuyurdu.Dərslərin birində siniflərimiz birləşmişdi. Elə oradaca ilk dəfə məni görüb bəyənmişdi. Sonra xəbər göndərdi. Əvvəl dost olduq, sonra bir-birimizi çox sevdiyimizi anladıq. Onu sevdiyimə gör
ə çox xoşbəxtəm. İnşallah, tezliklə nişanlanıb,ailə qurarıq. Murad, Ləyaqət səni çooox sevir... love laughing


H.o.s.T-cu qiz : Nə evliyəm, nə nişanlı,amma sevgilim var. Əvvəl dost idik, amma indi bir-birimizi sevirik... love smile

 

Cavab yazan hər bir xanıma təşəkkür edirəm. Sizlərə qadın xoşbəxtliyi arzu edirəm. ALLAH hamımızı - hər bir xanımı xoşbəxt və bəxtəvər etsin...
Səslərin sayı: 26
139
9263
loading...
Şərhlər
Offline
Minira Aslanzade
Allah hamına can sağlığı versin.Bizimlə bölüşdüynüz üçün minnətdarıq. give_ros
28 mart 2014 09:32
Offline
♥NiLuFeR♥
COX MARAGLIDI,HAMISINI OXUDUM
14 yanvar 2014 22:31
Offline
♥●๑۩۩๑●•٠·DENIZ GOZLU♥●๑۩۩๑●•
Cox gozel xeberdi Allah ayirmasin sizleri
16 mart 2013 19:12
Offline
DENIZ
allah hamınızı xoşbext etsin

allah hamınızı xoşbext etsin give_ros
22 fevral 2013 01:21
Offline
ALLAH hamini xosbext etsin mende icinde amin
9 avqust 2012 01:50
Offline
M...A .Zeynalli
ALLAH HAMINI XOSBEXT ELESIN ICINDE DE MENI INSALLAH HECKES SECDIYI INSANLA AILE QURDUGUNA GORE HECVAXT PESMAN OLMAZ
9 avqust 2012 01:27
Offline
Aliya_Edd
ALLAH her birinizi xowbext elesin qizlar,insALLAH mende oz niwan wekillerimi qoyaram bura
9 mart 2012 11:05
Offline
XOWBEXTLIK A.Q
Allah xowbext etsin
31 yanvar 2012 17:19
Offline
polya
ALLAH HAMİNİ XOŞBEXT ELESİN
23 yanvar 2012 17:23
Offline
Sevgi.
Allah her kesi xoşbext etsin Menim evliliyim hekayedi Ne bilim amma hech kese arzulamazdim Amma indi Şukurler olsunki yoldaşim meni mende onu chox sevirem {şekildeki} decel oglumuz var Amma razi olsaqda olmasaqda her kesin bir qismeti var her kesde ona şukur edib yaşamaga chalişmalidi
6 yanvar 2012 17:52
Offline
ilhame
MEN DE 10 ILDIR KI AILE QURMUŞAM.FEVRALIN 1-I 10 ILIMIZI QEYD EDECEYIK.INŞALLAH.BIZIM TANIŞLIGIMIZ MARAQLI OLUB.O MENDEN 9 YAŞ BOYUKDUR.EVVEL BIR AZ NAZ ELEDIM SONRA HE DEDIM COX SEVIRIK BIR BIRIMIZI .ALLAH HAMINI XOŞBEXT ELESIN .MENE DE BU XOŞBEXTLIYI COX GORMESIN
6 yanvar 2012 17:33
Offline
duygu
Sitat: agubugu
aa menim de adim var ki, cox sagol duygu ele yaxsi olubki qisa yazmisan cunki bizim sevgi hekayemiz evlendikden sonra baslayib:))

Allah hemiwe xowbext elesin bully love

Sitat: sevgul
insallah tezlikle bir birimize qovusariq

AMIN INWALLAH winked love
6 yanvar 2012 16:58
Offline
LADY BEAUTY
Allah haminizi xowbext elesin ici men qariwiq..qadin gozelliyi qadin seadeti arzuluyuram
17 dekabr 2011 00:53
Offline
Semedova
Xoşbext olun,insallah.
16 dekabr 2011 11:32
Offline
Samirə
Allah haminin xowbext etsin ici men qariwiq.. Amin
28 noyabr 2011 14:27
Offline
duygu
Sitat: lovable_madam
eehhh..men bele oynamram... onda küsdüm

canim sen oz hekayeni werhe yazan .hami oxuyacaq. smile love
12 noyabr 2011 14:47
Offline
Flowers
Sitat: duygu
canim xeber 2hisseli idi ee

eehhh..men bele oynamram... onda küsdüm recourse
11 noyabr 2011 15:28
Offline
duygu
Sitat: lovable_madam
duygu gelen defe meni nezere almasan cox kusecem senden ok

canim xeber 2hisseli idi ee. wink sorry.buna benzer xeber olsa baw uste smile

Sitat: agubugu
aa menim de adim var ki, cox sagol duygu ele yaxsi olubki qisa yazmisan cunki bizim sevgi hekayemiz evlendikden sonra baslayib:))

ALLAH OMURBOYU XOWBEXT ETSIN CANIM love
11 noyabr 2011 15:15
Offline
MONIKA ELIYEVA
Allah her kesi xosbext elesin Amin...
7 oktyabr 2011 20:03
Offline
Flowers
duygu gelen defe meni nezere almasan cox kusecem senden wink ok?
18 sentyabr 2011 00:52
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!