"Amazon" şirkəti pərakəndə satış sistemini kökündən dəyişəcək yeni layihəsini gerçəkləşdirir. Şirkət kassir və kassanın olmadığı ilk ərzaq mağazasını açır.
Qadin.Net xəbər verir ki, şirkətin vitse-prezidenti Coanna Pueri bildirib ki, 1 ildən çoxdur üzərində çalışdıqları layihə ənənəvi pərakəndə satış ticarətini alt-üst edəcək.
İlk mağaza ABŞ-ın şimal-qərbində, Vaşinqton ştatının Sietl şəhərində açılır. "Amazon Go" adlanan mağaza ən son texnologiyalara cavab verən kamera və sensorlarla təchiz edilib. Sensorlar alıcıların piştaxta üzərindən götürdükləri və yenidən yerinə qoyduqları məhsulları dəqiqliklə yoxlayacaq. Məhz bu funksiya sayəsində kassalara ehtiyac yaranmayacaq. Eyni zamanda, müştərilərin kassa qarşısında uzun növbə gözlədiyi dövrdə geridə qalacaq. Müştərilər ödənişləri birbaşa bank kartları vasitəsilə ödəyəcəklər.
Pərakəndə satış ticarəti üçün nəzərdə tutulan mağazanın rəsmi açılışına bir neçə gün qalıb. Bu isə dünyanın ən böyük onlayn satış şirkətlərinin bazarına ciddi zərbə deməkdir.
"Amazon" şirkəti ilk mağazanın açılışından sonra başqa şəhərlərdə də eyni avtomat mağazalar açmaq niyyətində olub-olmadığı barədə heç bir açıqlama verməyib. Test rejimində işləyən "Amazon Go" 2016-cı il dekabrın 5-də açılıb. Lakin o zaman şirkət mağazanın adi rejimdə işləməyə başlamasına qərar vermişdi. "Amazon" bu layihə üçün ötən il 13,7 milyard dollar dəyərində yüksək keyfiyyətli satış həyata keçirən "Whole Foods Market" mağazalar şəbəkəsini alıb.
Lakin müəyyən problemlər səbəbindən mağazanın test dövrü uzadılmışdır. Şirkətin vitse-prezidenti Coanna Pueri deyir ki, bu günə qədər belə texnologiya sadəcə birmənalı olaraq mövcud olmayıb:
"Sözügedən sistem komputer görmə sənəti və maşın təlimi sahəsində yeni bir nailiyyətdir. 167 kvadrat metr sahəsi olan mağaza "Amazon" şirkətinin ofis binasında yerləşir. Müştərilər mağazaya daxil olanda "Amazon Go" smartfon applikasiyasını skanerdən keçirməli, özləri isə turniketdən keçməlidirlər. Daha sonra mağazadakı məhsullardan yararlana biləcəklər".
İlkin məlumatalara görə, mağazada hazır yermək məhsulları, ət və digər ərzaq məhsulları satışa qoyulub. Şərab və pivə bölməsində isə bir az fərqli sistem tətbiq olunacaq. Bu bölmədən alış-veriş etmək üçün müştərilər mütləq şəkildə şəxsiyyət vəsiqələrini təqdim etməli olacaqlar. "Amazon" şirkətinin xüsusi işçisi bu işə nəzarət edəcək. (publika.az)
XƏBƏR LENTİ
Kasilyas dünya rekordu vurdu
Azərbaycanda Türk adlarına maraq artıb - Melisa, Miray, Elif..
HAVA necə olacaq?-23 Sentyabr
Məktəbli formalarının tikilişi dayandırılıb - RƏSMİ
İspaniya kraliçasının donu qiymətinə görə diqqət çəkdi...
Kişiləri heyran edən qadın xüsusiyyətləri
Özünüzü ifadə etməyi bacarırsınızmı?
Azərbaycan kubokunun dəyəri artdı
Üzdəki qara nöqtələr və ləkələrin çarəsi
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Yeni il gecəsi üçün makiyaj tövsiyələri
Yaz-yay geyim nümunələri
Hava haqqında
Abituriyentlər imtahandan əvvəl stressə qarşı dərman qəbul edə bilərmi?
Şokoladlı dondurma (foto resept)
2 aylıq it sahibini qorxutdu-FOTO
Necə il yaşayacaqsınız?
Magistraturaya sənəd verənlərin nəzərinə
Gözəl bədən üçün ən xeyirli qida məlum oldu
Azərbaycan XİN-dən Ermənistanın Türkiyə ilə bağlı ittihamlarına REAKSİYA
Azərbaycanda ailə həkimi institutu yaradılır
Eyni makiyaj vasitəsindən istifadə edən 35 nəfər koronavirusa yoluxdu
Boyama(1)
Şampun yerinə istifadə edə biləcəyiniz vasitələr
Prezident İlham Əliyev Gəncədə
Azərbaycanda toylar üçün inzibati məhdudiyyətlər tətbiq ediləcək?
Quranı Azərbaycan dilində tapşırmaq olar?
Ulduzlardan Təqdiredici Addım-FOTO
Qadın biskvit yemək yarışında iştirak etdi və öldü-FOTO
Dərketmə gücünü inkişaf etdirmək üçün bunları edin
İndoneziya Azərbaycanla birgə avtomat istehsal etmək istəyir
İsti Azərbaycana 5000 manat ziyan vurdu
Əfsanəvi futbolçu klub sahibi oldu
Sərt karantinlə bağlı daha bir açıqlama: 5 gün...
İcbari tibbi sığorta xidmətlərinə nələr daxildir? - SIYAHI
İşğaldan azad edilmiş Xudafərin körpüsündə “Çırpınırdı Qara dəniz” ifası səsləndi - VİDEO
2017-ci ilin ən çox gözlənilən filmləri
Bitki yağlarının xeyri nədir?
Balıq yağı həqiqətən faydalıdırmı?
Dünyada ən güclü smartfon təqdim edilib
Nusret 14 min 500 qadını qonaq etdi-FOTO
Qadın.Netlilərin müsbət və mənfi cəhətləri (5-ci hissə)
Ana südünü vitaminli edən qidalar
Taksi sürücülərinə VACİB XƏBƏR-VİDEO
“Qarabağ”ın təmsilçiləri Allahverdi Bağırovun məzarını ziyarət edib
Qubada qədim qəbirlər tapılıb
"Taxt oyunları"nın aktrisası gizlicə ərə getdi - FOTO
Eviniz üçün 10 praktiki məsləhət
Çin alimlərindən daha bir ixtira
Möhtəşəm qış toyu üçün tövsiyələr