Bakıda hava 12°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
12:07PERI cox sag olun xeyale xanim bahem 11:41Sima salam herkese 10:54Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi salamlayıram!
39546

Əskər oğluma...(şeir)

 

Əskər oğluma

Əskər oğluma...(şeir)

Oğlum, bəlkə darıxmağın

Həddini çoxdan aşmışam.
Səni üşütməsin deyə,
Bu il qışla dostlaşmışam.

 

 

Əskər oğluma...(şeir)
Sevmədiyin yeməkləri
Bişirirəm sən gedəndən.
Gedən gün yemək yeyəndə,
Tikəni saldın əlindən.

 

 

O tikəni yeyib doydum,

İl yarım sonra acaram.

Darıxmaq orucu tutdum,
Sənin qoxunla açaram.

 

 

Sən olanda evdə hər şey,
Qarışardı bir-birinə.
İtirdiyin əşyaları,
Tapıb qoymuşam yerinə.

 

 

Sənin paltarların mənə
Deyirlər, yaman yaraşır.
Zəngini gözlədiyim an,
Fikrim o dağları aşır.

 

 

İgid oğlum, Vətən sənin
Sən Vətənin əmanəti.
Bu bir şeir deyil, balam
Bu bir qürur əlaməti.

 

 

Səni gətirən yollara
Mən baxıram, sən heç baxma.
İkimizin yerinə də,

Darıxaram, sən darıxma.

Nuranə Nur

Səslərin sayı: 0
4
5269
loading...
Şərhlər
Offline
yagmur agayeva
Allah korusun tum asgarlerimizi, sapasaglam ailelerine kovusmayi Rabbim Nasip etsin insallah amin
28 may 2018 10:45
Offline
Ruhəngiz
ALLAH bütün əsgər balalarımızı qorusun,Amin.
25 may 2018 22:07
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Ferid
esger oqluna salam
1 aprel 2018 10:17
Offline
Iceberg
Səni gətirən yollara
Mən baxıram, sən heç baxma.
İkimizin yerinə də,

Darıxaram, sən darıxma
20 yanvar 2018 13:08
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )