DİM tərəfindən yaxın aylar ərzində keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanlarının, magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinin, ümumi orta (9 illik) təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının birinci mərhələsinin, sınaq imtahanlarının tarixləri müəyyən olunub.
DİM-dən Day.Az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcəkdir.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün sınaq imtahanlarının 1, 15, 29 aprel tarixlərində və iyun ayında (1 dəfə) keçirilməsi nəzərdə tutulur.
Ali təhsil müəssisələrinə, ümumi və tam orta (9 illik və 11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən və qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün "Azərbaycan dili" fənni üzrə birinci imtahan aprelin 22-də, ikinci imtahan isə iyunun 10-da keçiriləcəkdir.
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 25-də, rezidenturaya qəbulun birinci mərhələsi isə aprelin 1-də keçiriləcəkdir.
19, 27 yanvar tarixlərində rezidenturaya qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanı (baza fənləri üzrə), fevralın 4-də isə magistraturaya qəbul olmaq istəyənlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı (I mərhələ üzrə) keçiriləcək.
Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən (həmçinin eksternat qaydasında buraxılış imtahanı verən) əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının birinci mərhələsi 8 aprel tarixində keçiriləcək.
Peşə liseylərinin şagirdləri (11-ci sinif) üçün buraxılış imtahanı martın 18-də keçiriləcək.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının "təqvim" bölməsinə əlavə ediləcəkdir. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik.
XƏBƏR LENTİ
İllərdir komada qalan məşhur aparıcıdan ŞAD XƏBƏR
Ordumuz itki verməyib
Məşhur cütlük BARIŞDI
Azad olunmuş yerlərdə tarix və mədəniyyət obyektləri üzrə monitorinqin ilkin nəticələri açıqlandı
Hicablı qadınlar üçün dəbli kombin tövsiyələri
Valeriya Eminlə başlatdığı biznesindən danışdı
Ingilis Dili-II Dərs
Moruqlu kekslər (foto resept)
2020-ci ildə keçiriləcək "Oskar"ın vaxtı açıqlandı
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlərin sayı 29 olub
Dior Payız-Qış 2020 kolleksiyası Paris moda həftəsində
Sinif rəhbəri vəzifəsi ləğv edilir? - RƏSMİ AÇIQLAMA
KÖRPƏNİZ DİŞ ÇIXARIR?
Vanqanın Qarabağ haqqında ŞOK PROQNOZU
"Mucize Doktor"un aktyoru evlənir
"Göbələk meşəsi" salatı (foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Operativ Qərargahdan brifinqlərlə bağlı iddialara CAVAB
Ballı, darçınlı alma cipsi (foto-resept)
Madonna "Eurovision"a görə 1 milyon alacaq
Ən çox övlad sahibi olan qadınlar
Azərbaycanda yeni informasiya sistemi
NASA zəlzələ qurbanlarını xilas edəcək
Bu günün hava proqnozu
2020 Nyu-York Moda Həftəsi
Putin Savçenkonu azad etdi
Ədliyyə orqanlarında işləmək istəyirsiniz?
Həkim: “Koronavirusa aid şikayətlər üç gündən artıq davam edərsə..."
Prezident fəxri ad verdi
Payız gəldi...
Bezeli, biskvitli qozlu tort (foto resept)
Ermənilərin Türk Ordusu vahiməsi
Məşhur reperi tənqid etdilər-SƏBƏB
Pozitiv olun
Həyat yoldaşını necə seçməli?
Murat Yıldırımın xanımı görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Toxunma çantalar
Can Yaman Demetlə münasibətinə aydınlıq gətirdi-FOTO
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 44 yeni yoluxma
Daban çatları (1)
1 Apreldə Göygöl Milli Parkında "Açıq qapı" günüdür
Günün qoroskopu: stabillikdən həzz alın
Təlqinlə bədəni gücləndirin
Qarpız alaq, almayaq?
Dünya şöhrətli yazıçının Bakıda yubileyi keçiriləcək
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağrılması haqqında sərəncam imzaladı
Azərbaycanda koronavirusa 1346 yeni yoluxma faktı qeydə alındı: 15 nəfər vəfat edib
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
Dünyanın ən bahalı nişan üzükləri
Ermənilər küçələrə çıxdı