2011-ci ilin oktyabr ayında dünyanın ən gənc, Cənubi Asiyada yerləşən Butan Krallığının 31 yaşlı kralı - Ciqme Kxesar Namqyal Vançuk 21 yaşlı təbə Ceçun Peme ilə evlənib. Toydan sonra qız dünyanın ən gənc kraliçası statusunu qazanıb. Lakin hökmdar əmindir ki, zaman keçdikcə illərin təcrübəsi nəticəsində qazanılmış müdriklik xanımını bütün zamanların böyük kraliçası edəcək.
Qadin.Net bu yazıda oxuculara dünyanın ən gənc kraliçasının həyatının maraqlı detallarını çatdırır.
Aşağı təbəqədən olan gəlin
Bir çox dünya KİV-i tez-tez belə bir fikir vurğulayır ki, Butan kralı aşağı təbəqədən olan bir qızla ailə qurub, amma bu, belə deyil. Ceçunun atası Butanın Traşiqanqa şəhərinin keçmiş merinin nəvəsidir, anası isə yerli şahzadələrdən birinin xaç qızıdır. Odur ki, Ceçun kral ailəsi ilə uşaqlıqdan tanış idi.
Butan kraliçası ənənəvi təhsil alıb, Britaniyanın Recent Kollecinin beynəlxalq münasibətlər və psixologiya ixtisasını bitirib, o, hind və ingilis dilində sərbəst danışır, eləcə də basketbol və incəsənətlə yaxından maraqlanır.
Sevgi tarixçəsi
Ciqme və Ceçun toydan hələ xeyli əvvəl qızın atasının təşkil etdiyi piknik gəzintisində tanış olub. Gələcək kraliçanın onda cəmi yeddi yaşı var idi. Deyilənlərə görə, həmin gəzintidə gənc şahzadə zarafatla bildirib ki, Ceçun böyüdükdən sonra onlar mütləq evlənəcək. Beləliklə də düşünülmədən deyilən bu söz böyük məhəbbət hekayəsinin ilk mərhələsi olur.
Açıq parlamentin çıxışında isə kral Ciqme gələcək həyat yoldaşı barədə bunları deyib: "Gəncliyinə baxmayaraq, o, qəlbən xeyirxah və mehribandır".
Maraqlıdır ki, kral ailəsinin üzvlərinin yazılmamış qaydalarına görə, padşahın bir neçə arvadı ola bilər. Lakin Ciqme çoxəsrlik çoxarvadlılıq təcrübəsinə nöqtə qoyub və bəyan edib ki, yalnız bir dəfə evlənəcək. Çünki həyat yoldaşına dəlicəsinə aşiq olmuşdu...
Üç gün üç gecə təntnəli toy
Mərasim təbii ki, buddist adəti üzrə Butanın köhnə paytaxtı Punaxe şəhərində - XVII əsrin qala monastırında keçirilib. Vaxt və yer münəccimlər tərəfindən müəyyən edilib. Toyda bütün dünyadan 1,5 min rəsmi qonaq iştirak edib. Təntənəli mərasim və bütün baş verənlər milli televiziya vasitəsi ilə canlı şəkildə göstərilib. Gənclərin toyunu onlarla birlikdə Butanın 700 minlik əhalisi də qeyd edib: Ölkənin bütün şəhərlərində üçgünlük tənətənəli toy karnavallar, konsertlər və rəqslərlə müşayiət olunmuşdu.
Gözəlliyi
Təbiət onu həm əsrarəngiz gözəllik, həm də iti ağılla mükafatlandırıb. Xaricdə çoxillik təhsil onun üslubuna qətiyyən təsir etməyib. O, öz ölkəsinin ənənələrinə qayğı ilə yanaşır, milli geyimlər və bəzək əşyalarına üstünlük verir. Buna baxmayaraq, onun üslubunda "Yves Saint Lauren" və "Burberry" kimi lüks brendlərin bəzi detallarının olduğunu xüsusi vurğulamaq lazımdır. Ağlı və nəfis şərq gözəlliyinin vəhdəti Pemunu kral ailəsinin və təbəələrinin sevimlisi edib.
Varis
Ötən ilin fevralında Butan kraliçası varisi dünyaya gətirib. Xoşbəxt hadisə Linqkana sarayında olub, doğuşda hətta ata da iştirak edib. Uşağın adını Heyness Qyalsi Ciqme Namcel Vanqçuk qoyublar. Onun ad günündə ölkədə 108 min ağac əkilib. Könüllülərin sözlərinə görə, onlar hər bir tingə balaca şahzadə kimi yanaşıblar.
(publika.az)
XƏBƏR LENTİ
Bakı məktəblərinə işə qəbul qaydaları dəyişdirildi
Eyvandan atılmış alma üç aylıq körpəni komaya saldı
Nağıl kimi toy üçün gəlinliklər
Nokia avtomobillərə 100 milyon dollar yatıracaq
Daha top atmırlar...
Sumqayıtda dəniz kənarında möhtəşəm ticarət kompleksi tikiləcək
Putinin yeni müharibə planı
Azərbaycan xalçaları Çində
Müəllimlərin istirahəti bitdi
Hamiləlikdə cinsi istəksizliyin 10 səbəbi
Azərbaycan ordusu düşmənin əlahiddə zirehli tank taborunun komandirini məhv etdi - RƏSMİ
Saqqızdan paltar
Make up (foto dərs)
Super qabiliyyətli heyvanlar
Çin üsulu tərəvəzli toyuq (foto resept)
Haçalanan saçlar üçün maska.
Demi Rouz Meksika tətilindən FOTOlar paylaşdı
Azərbaycanda Yeni il qeyd edilir
Məscidlərə hücum başladı
Günün qoroskopu: dəyişiklikləri əvvəlcədən hiss edin
Mom cinsi necə geyinməli?
Gözəl sinə üçün 3 idman hərəkəti
Azərbaycanı heç bir ölkəyə dəyişmədi
Rəngarəng salat (foto resept)
İynə vurdurmaq namazı və orucu pozurmu?
Günün qoroskopu: bu gün xeyli plan qura bilərsiniz
264 yaşlı Sultan körpüsü
Yeni müharibə xəbərdarlığı
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə tədbir keçirilib
Daxili İşlər nazirindən daha bir TƏYİNAT
37 yaşı 42 uşağı olan qadın-FOTO
2020 Nyu-York moda həftəsi
Dahilərdən kəlamlar (I hissə)
Gələcəyin notebooku
Professordan gözlənilməz təklif: “Toyların keçirilməsinə icazə verilməlidir”
Wi-Fi-ın zərəri sübut olundu
İki ərzaqla hazırlaya biləcəyiniz maskalar
Yemək, idman və yuxu üçün ən uyğun zaman
Canlı kimi görünən heykəllər
BMT: 90 günahsız uşaq öldürülüb
"Qarabağ" niyə uduzdu?
Ən gözəl kitabxanalar
İki qatilin amansız davası
Sibel Can qəzaya düşdü
Dünyanın ən nazik noutbuku təqdim edildi
Haymoritin müalicəsi
"Məhkəmənin qərarı siyasi yönümlüdür"
"Avatar 2" filminin çəkilişi koronavirusa görə dayandırıldı
Koronavirusla bağlı SON STATİSTİKA
Bakı evlərinin Avropadakılardan üstünlüyü nədir?
- ŞƏRHLƏR