Bakıda hava
USD AZN
EUR AZN

Mən də bu cür yazdım...

 

Mən də bu cür yazdım...

Mən də bu cür yazdım

Eyni ölkədə yaşadığımız, eyni dildə danışdığımız və eyni ədəbiyyatdan istifadə etdiyimiz üçün, düşünürəm ki, Kəramət Böyükçölün haqqında mən də fikir bildirə bilərəm. Yalnız bu yöndən buna haqqım çatdığı üçün ədəbi-bədii çərçivədən kənara çıxmadan, axına qoşulmadan, özüməməxsus tərzimlə gənc yazara demək istəyirəm ki, “əvvəlki yazılarından aldığımız zövqü Xəlil Rza haqqındakı yazınla bir qədər kobud desək, burnumuzdan gətirdin. Sənə “Xəlil Rzanı sevməlisən” demək heç bir qaydaya uyğun gəlməz. Bunu nəinki Kəramət Böyükçöldən, heç kəsdən tələb etmək olmaz. Adi bir oxucu olaraq, mənim etirazım Xəlil Rzaya yox, onun amalına həqarət etməyindir. Xəlil Rza ömrü boyu başqa bir xalqın əsarəti altında gözüqıpıq yaşayan millətini oyatmaq üçün etdiyi çıxışları, milli heysiyyət hissini alovlandırdığı və oğlunu Vətən yolunda itirdiyi üçün günahkardırmı? Hissləri və amalı üçün sənin söz silahına tuş gələn şair “ Azadlıq istəmirəm nə zərrə tək, nə bir qram ” deyə hayqırsaydı onun haqqında hansı fikrə düşərdin? Onda belə çıxır ki, “ Ayağa dur, Azərbaycan!” və “Kaş millətdə ruh yaşasın!” və s. kimi şeirlərin müəlliflərini də sevməməliyik. Bu da bir növ pafosdur deməliyik. Hörmətli yazar, səni bilmirəm, amma mən bu şeirlərin necə ağrı ilə yazıldığını duymuş və o ağrını hiss edərək böyümüşəm. Bunları heç vaxt pafos kimi qəbul etməmişəm. (Yeri gəlmişkən, pafos sözündən də pelik salıblar bizi, daha yurdumuza olan sevgimizi də bu sözdən xoflandığımızdan dilimizə gətirmirik. Axı yalançı pafosu sevgi və ağrı ilə söylənilən fikirlə niyə qarışdırırlar?!)

Biz Vətənin dərdindən yazana “ ağlaşma şairi” deyirik, qisas hissindən yazanı kin-küdurəti təbliğ edir deyə, qınayırıq. Meydanlarda saatlarla sağlamlığına zərər vuraraq bütün hissləri ilə danışana da bu cür yanaşırıq. Bəs millətin ayıq olması, “öncə Vətən” düşüncəsi ilə yaşaması üçün hansı təbliğat üsulu aparmaq lazımdır? Xəlil Rza və onun kimi düşünənlərin amalına belə pis münasibət bəslədiyimizdən hər il növbəti bayaramı Qarabağda keçirməyi biz arzulayarkən düşmən orada rahatca bayram kefi yaşayır. Səni Xəlil Rzanı sevməməkdə deyil, onu və onun kimi düşünənləri dəstəkləməməkdə, o alovun səndə də olmamağına görə qınayıram. Əgər hamımız Xəlil Rza və bu millətin uğrunda canından keçən insanlar kimi sinəmizi sipər etməsək, hərə öz bacardığı tək mübarizə aparmasa heç nəyə nail ola bilməyəcəyik. Niyə biz bu cür hayqırtılara pis baxmalıyıq ki. Qınamağa, tənqid etməyə hər zaman bir insan tapırıq. Xalqı oyadanlara da, başının altına yastıq qoyanlara da qəzəblənirik.

Bu yazı üçün səni təhqir edənləri dəstəkləmirəm. Amma o biri yazıların kimi oxuyub kəramətinə şükür də deyə bilmirəm. O yazın var ha, deputatla görüşünü ustalıqla təsvir etmişdin, bax ordakı bir cümlənlə istedadına heyran olmuşdum. Milli məclisin pəncərəsindən baxdığını və həmin anı- “Burdan xalq görünmür.” deyə ifadə etdiyini xatırlayıram. Bu məqamda könlümdən... yox qələmimdən belə bir cümlə keçir- o dövrlərdə həmin pəncərədən baxıb çoxları xalqı görmədiyi halda, Xəlil Rza xalqın arasında idi. Onda biz uşaqlar hələ heç nə qanmırdıq. Xəlil Rza isə o zaman gələcək nəsillər azad yaşayacaq deyə ruhlanır, itirdiyi enerjisinə heyifsilənmirdi.

Yazını bununla da yekunlaşdırmaq istəyirdim. Tərslikdən hardansa yadıma “ Bəxt üzüyü” filmindəki bir fraqment düşdü.

- Tanrıverdi dayı, sən müharibədə bir ayağını ona görə itirmisən ki, Rasim rahatca alverini eləsin, Moşu da gic-gic şeirlər yazsın???

Pərvanə Bayramqızı

16. 01. 2018

Səslərin sayı: 2
2
722
Digər yazılar
Şərhlər
Offline
Emma Svon
Deyəsən o yazıdan sonra statusu silib profilini bağlayıb. Nə deyim. Söz tapmaq olmur.
17 yanvar 2018 11:24
Offline
Xəyalə Murad
Uşaq vaxtı Xəlil Rza kimdir?-sualına -"Azadlıq" deyirdim. Azadlıq-kəlməsini hər dilimə alanda Xəlil Rza gözümdə canlanıb. Kəramət bəyin yazısını da gördüm. Sizin yazdığınız başdan sona həqiqətdən ibarətdir. Ümid edək ki, istedadını bəşəri əsər yaratmağa sərf edər.
17 yanvar 2018 09:05
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • “WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək

    “WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
  • 20:36 - Müəllif: Nermin_Guler
    Güldürən arxa fon (1)

    Güldürən arxa fon

    Ən çox betmana güldüm
  • Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı

    Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı
  • Siçan ilində bizi nə gözləyir? - Şərq təqviminə görə ASTROLOJİ PROQNOZ

    Siçan ilində Amerika təpələrinə səfər proqnoz edilir. Daimi dəyişikliklər sizi gözləyir, narahat olmağa dəyməz, əlamətdar hadisələr də az deyil.
  • Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq

    Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq
  • 15:20 - Müəllif: SemmionsNaifyHK
    Hüquqşunas məsləhəti (367)

    Hüquqşunas məsləhəti

    Приветствую Вас друзья, недавно мне в руки попал уникальный сайт на котором Вам необходимо спрогнозировать как будет меняться значение, вверх, или в низ, у Вас всего две кнопки для ответа, благодаря чему если Вы даже будете рандомно нажимать кнопки, Ваши шансы составят 50%, а благодаря специальным методикам которые Вы найдете после регистрации, Ваш баланс будет увеличиваться каждые 60 секунд. За одну минуту Вы сможете зарабатывать от одного доллара до бесконечности! Это уникальный способ заработка в интернете на сегодняшний день, сервис работает с 2014 года, и всегда вовремя выплачивает заработанные деньги. После регистрации Вы получите БОНУСНЫЕ +10 000b на счет, и сможете сами сполна протестировать этот замечательный сервис. Попробуйте БЕСПЛАТНО! http://bit.ly/fastbigtrade
  • 14:59 - Müəllif: Ayla Ayla
    2020-ci ilin 6 dəbli rəngi (2)

    2020-ci ilin 6 dəbli rəngi

    Bənövşəyi paltolar, köynəklər və donlar göz oxşayacaq.
  • Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı

    Çoxu belə eliyir. Nəyə lazımdıye
  • Qısa boylu qadınlar necə geyinməlidir?

    Qısa köynəklərdən də istifadə edə bilərsiniz. Don seçərkən dar olmasına diqqət edin.
  • Şahzadə Diananın məşhur donu satılmadı-SƏBƏB/FOTO

    Onun modası keçib ona görə
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış