Bakıda hava
USD 1.7001 AZN
EUR 2.1108 AZN
11:28Surayye Gunurtaniz xeyir xanimlar-Peri Simadan ses yoxdu 11:09Xəyalə Murad Hər birinizin günü uğurlu olsun! Xoş gəldiniz,Yağmur xanım 09:48Yağmur....) Gunayfın Allah salamı olsun sizlere yeni gune Elhemdurullah
38070

Dünyada ilk: 8 ton ağırlığında plov hazırlandı

Dünyada ilk: 8 ton ağırlığında plov hazırlandı


Özbəkistanın Surxandərya vilayətinin Denauy rayonunda dünyada ilk dəfə 8 ton ağırlığında plov hazırlanıb.

Qadin.Net  AZƏRTAC-a istinadən bildirir ki, plovun hazırlanmasında vilayətin 46 tanınmış aşpazı iştirak edib.

Xatırladırıq ki, ötən il sentyabrın 8-də Daşkənddə keçirilən "Ozbeqim" Ənənəvi Mədəniyyət Festivalı çərçivəsində paytaxt aşpazları 7360 kiloqram ağırlığında özbək plovu hazırlamış və Ginnesin Rekordlar Kitabına düşmüşdü.

Plovu hazırlamaq üçün Daşkənddəki meqa-qazan Surxandərya vilayətinə aparılıb. Qazan isə Almalık Dağ-Mədən Kombinatında hazırlanıb, diametri 4,2 metr, ağırlığı 7 tondur.

Surxandərya aşpazları isə rekordu təzələyiblər, ancaq 8 ton ağırlığında plovun Rekordlar Kitabına düşüb-düşməyəcəyi haqda heç nə deyilmir.

Plov vilayətdəki hərbi hissələrə, internat məktəblərinə, uşaq evlərinə, əlillərə və aztəminatlı ailələrə paylanıb.


Səslərin sayı: 0
0
116
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır