Azərbaycanda ali təhsil müəssisələrinə qəbul edilən tələbələrin sonrakı mərhələlərdə göstərdikləri bilik səviyyəsi ölçülmür. Yüksək balla universitetə qəbul olan tələbələrin əksəriyyətinin çoxsaylı kəsrləri olur. Dünya təcrübəsində sonrakı bilik səviyyəsini öyrənmək üçün cürbəcür metodlara əl atırlar. Ən son bu tipli araşdırma isə mobil telefonlarla bağlı olub. Mütəxəssislər düşünür ki, smartfon aludəçisi olan tələbə təhsilə lazımi diqqət ayırmadığı üçün bilik göstəriciləri aşağı olur. Bəs Azərbaycanda tələbələrin ali məktəblərə qəbul imtahanları ilə sonrakı imtahanlar arasında müqayisələr aparılırmı? Tədris prosesi zamanı tələbənin keçdiyi mərhələlər müşahidə edilirmi?
Təhsil üzrə ekspert Kamran Əsədov Publika.az-a bildirib ki, bu gün Azərbaycanda mövcud təhsil sistemində dünya ölkələrində praktik olaraq tətbiq edilən sistem yoxdur. Məhz bu səbəbdən də 2017-ci ildə yüksək balla ali məktəblərə qəbul olan 43 min tələbənin 40-45%-i birinci semestrdan sonra kəsilir:
“Azərbaycanda istər ali məktəblərə qəbul zamanı, istərsə də bakalavr pilləsindən sonrakı pillələr-magistratura, doktorantura, rezidentura pillələrinə qəbul zamanı əldə edilmiş bilikləırin, sonrakı pillərə qəbul zamanı müqayisəsi aparılmır. 2017-ci ildə Dövlət İmtahan Mərkəzi (DİM) ümumilikdə dövlət qulluğuna imtahan vermiş və yüksək bal toplamış abituriyyentlərin bakalavr pilləsindəki nəticələrinin müqayisəli təsvirini həyata keçirib. Mən hesab edirəm ki, bu öz-özlüyündə çox uğurlu addımdır. Bununla biz əmək bazarına buraxmaq üçün qəbul etdiyimiz şəxslərin, tədrisə qəbul olunduqdan məzun olunana qədər hansı inkişaf prosesi keçdiyini müşahidə edə bilərik. Kifayət qədər uğurlu addım olsa da, hazırda Azərbaycanda tədris resursları elektronlaşdırılmadığı üçün Avropa ölkələrində tədbiq edilən praktikalar üzrə araşdırma və müqayisə aparmaq şəraiti yoxdur. Bu gün Azərbaycanda 4500 orta ümumi təhsil mərkəzində 1,6 milyon şagird təhsil alır. Amma, o şagirdlərin 100 mini elektron resurslardan ya istifadə etmir, ya da istifadə qaydasını bilmir. Mövcud olan bir qisim elektron resurslardan istifadə edən şagird və tələbələrin sayı isə olduqca azdır. Qeyd olunan məktəblərdə isə təxminən 151 min müəllim çalışır. Onların cəmi 1-2 faizi elektron resurslardan istifadə edirlər. Bizim təhsil sistemində daha çox kağız daşıyıcılardan olan resurslardan istifadə edilir. Düzünə qalsa, internet resurslarından istifadə də müxtəlidir. Bu gün qeyri-etik saytlara giriş göstəriciləri, hər hansı təhsil portalına girişdən qat-qat çoxdur. Bu isə tələbələrin internet resurslarından düzgün və faydalı istifadə etmədiyini göstərir”.
K.Əsədov onu da əlavə edib ki, elektron resurslardan istifadə etmək üçün müəllim, şagird və tələbə kollektivi hər biri öz adı, rəsmi bilgiləri ilə qeydiyyatdan keçir. Bundan sonra fəaliyyət müddəti ərzində formalaşan arxiv sənədləri vasitəsilə dəyərləndirmə işləri aparmaq olur. Lakin, bizdə vəziyyət olduqca acınacaqlıdır. Gənclərin elektron ünvanlara qoyduqları adları eşidəndə insan dəhşətə gəlir:
“Təəssüflər olsun ki, bizim mental dəyərlərimiz hər şeydən öncə gəlir. Bizim qaydalarımıza görə, elektron resurslardan istifadə zamanı öz şəxsi bilgilərindən istifadə etmək haramdır. Əgər kimsə öz adı ilə hər hansı bir şəbəkədə qeydiyyat keçirsə, elektron ünvan açırsa, deməli, həmin şəxs əxlaqi cəhətdən düzgün insan deyil. Bu düşüncədə olan insanlara görə, bu gün gənclər arasında çox qəribə, əcaib-qəraib elektron ünvanlarına rast gəlmək olur. Adam eşidəndə dəhşətə gəlir. Olmazmı ki, buna öz adınızı qoyasız? Əvvəl gərək təfəkkür dəyişdirilsin. Bu sistemdə müəllim kollektivinin də öz rolu var. Belə deyim, düşünürəm ki, bizdə də artıq distant təhsil sisteminin tətbiqinə başlanılmalıdır. Yüksək bal toplayan tələbələrin məqsədi universitetə daxil olmaqdır. Sonrakı mərhələni izləsəniz görərsiz ki, onların da böyük əksəriyyətinin imtahanlarda göstərdiyi nəticələr kifayət qədər zəif olur. 2009-cu ildə qəbul edilmiş “Təhsil Haqqında" qanunda təhsil almaq formalarından biri kimi ənənəvi əyani və qiyabi təhsil var, bir də distant təhsil var. Bütün dünya bu sistemə keçsə də, bizim sistem hələ də bu təhsil sisteminə tam olaraq keçid edə bilmir. Distant təhsil sisteminə görə, hər bir tələbə təhsil aldığı universitetin elektron resurslarından istifadə edə bilir. Tələbə dərsə gəlmədən, özünün elektron ünvanı vasitəsilə təhsil aldığı universitetin internet portalına daxil olduqdan sonra dərsi onlayn qaydada izləyə bilir. Bundan başqa müəllim keçilən dərsin elektron versiyasını müvafiq səhifəyə yükləyir. Onu da qeyd edim ki, bu sistem Azərbaycanda fəaliyyət göstərən 54 təhsil müəssisəindən sadəcə 4-də tətbiq edilir. O da sadəcə elektron resurslara yerləşdirilir, dərsin elektron qaydada izlənilməsi yoxdur. Universitetlərin saytlarında reklam xəbərlərindən başqa heç bir faydalı məlumat tapmaq olmur. Bu gün Azərbaycandakı 54 universitetdə təhsil alan 164 min tələbədən yalnız, İqtisad və İdman universitetinin tələbələri öz universitetlərinin elektron səhifələrində qeydiyyat keçiblər. Digər universitetlərdə isə bu yoxdur. Tələbələr nə özləri, nə də valideynləri semestr göstəricilərini elektron qaydada izləyə bilir”.
Son olaraq Kamran Əsədov onu da əlavə etdi ki, bizim təhsil sistemində mövcud olan boşluqlardan biri də ixtisas üzrə qəbul imtahanlarına salınan kənar sahələrdir:
“Tarixçiyə məntiqi, informatika və proqramlaşdırma dilini proqramçı səviyyəsində bilməyə ehtiyac varmı? Əlbəttə ki, xeyr. Amma bütün bunlar nəzərə alınmır. Bu xırda faktor kimi görünsə də, təhsilin bir sonrakı mərhələlərində ciddi fəsadlar gətirib çıxarır. Bütün bunlar sistemli şəkildə işlənməli və təbiq edilməlidir. Yalnız ondan sonra bizim təhsil sistemində Avropa praktikası üzrə hər hansı müqayisə aparıla bilər”.
XƏBƏR LENTİ
Şahmar Mövsümov ölkədəki karantin rejimindən danışdı: “Əsassız iddialar var ki...”
Saç aksessuarları
Pandemiyadan kimlər qazanır, vaksin niyə gecikir?-Açıqlama
Dünyanın ən yaşlı qadını öldü
Üz üçün maskalar
“Səfirin qızı” izləyiciləri əsəbiləşdirdi - VİDEO
Hava şəraiti qeyri-sabit keçəcək- XƏBƏRDARLIQ
Putinin erməni jurnalistə cavabı: "Azərbaycan kimi bir ölkə..."
"Azərbaycan və Ermənistan müharibəyə ən yaxın vəziyyətdədir" - HESABAT
Bakının 26%-i təhlükədədir
Özlərini burulğana salan üçlük
Şəffaf smartfon göstərildi
Astma qadın sonsuzluğuna səbəb olur
Mənzil bazarında qiymətlər artıb
Yerkökülü keks (foto resept)
Şakiradan gözlənilməz addım
Acundan "O səs Türkiyə" ilə bağlı açıqlama
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Dolça və Balıq bürcü uyğunluğu
Tarixin ağ ləkələri-Qədim coğrafi xəritələrin sirri
Bakıda güclü şimal küləyi əsəcək, ölkənin bəzi ərazilərinə qar yağacaq
Beynimizin düşməni
Qızımın məktəbdə öyrəndikləri
Toy üçün möhtəşəm tortlar
BDU Zaqreb Universiteti ilə memorandum imzalayıb
Bu gecədən analoq yayımı dayandırılır - Nazirlikdən xəbərdarlıq
Will Smithin 7 filmi
Yeni ildə Azərbaycanı gözləyən təhlükə
BÜRCLƏR bizə nə vəd edir? - 25 mart
Arıqladan yaşıl detoks
Günün qoroskopu: dürüst olun
Ekspert: “Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır”
Uşaqların bunlara ehtiyacı var!
Yeni imperatorun ilk əmri sizi də çox çaşdıracaq
“Facebook”da yemək sifarişi funksiyası işə salındı
İrəvan sülhdən niyə imtina edir?
Dadlı piroq (foto resept)
Azərbaycanda yeni telekanal açılır
Yaşınızdan tez yaşlandığınızı göstərən 4 işarə
Köhnədən yeniyə
Şirvanşah Şahənşah
Məşhur filmin premyerası təxirə salındı-SƏBƏB
Sabah çox isti olacaq
Uşaqlıq travmaları – oğurlanmış həyatlar…
Nazir müəllim ixtisarından danışdı
Münaqişə zamanı yoldaşı necə sakitləşdirməli?
Artur Rasizadə qanunu dəyişdi
Günün qoroskopu:Fiziki işdə fayda var
Metronun fəaliyyəti bərpa olunur? - RƏSMİ AÇIQLAMA
Bilik günü tədbir keçirilə bilər? - AÇIQLAMA