Şəmil Sadiq “OdƏrlər”
Atları çox sevirəm... Bilmirəm bu sevgimin əsl səbəbi nədi, bəlkə özüm də at ilində doğulduğum üçündü, bəlkə atlar məğrurluq, güc, gözəllik, yenilməzlik simvolları olduqlarındandı. Səbəbinin nə olmasından asılı olmayaraq çox sevirəm. Ömrümdə ata minməmişdim, lakin bir dəfə dilbər guşələrimizin birində zövq üçün At belinə mindikdən sonra qəlbimdə dərin bir peşmanlıq hissi yarandı. “Niyə belə etdim?!” – deyə özümü çox məzəmmət etdim. Atların gözəlliklərini, məğrurluqlarını, yenilməzliklərini kənardan izləmək daha gözəldi. Şəmil Sadiqin “OdƏrlər” romanı elə ilk səhifələrdən atlarla bağlı olan bu sətirləri ilə Məni özünə bağladı: “At belinə mindinsə özündə bir təpər hiss etməlisən, düşmən üstünə yeriməlisən... Türklər iki halda ata minərdilər: bir yağı düşmən üstünə gedəndə, bir də qələbə çalıb şadyanalıq edəndə... Yoxsa ki, at meymun deyil ki, onunla oynayasan...”
“OdƏrlər” romanı ucqar bir kəndə nalyığanın gəlməsilə başlayır... Özü də elə-belə nal yox, köhnə nal. Bəs bu nalyığanın əsl məqsədi nədir? Sonra Dədə Əfəndinin söhbətləri başlayır. Mənə qalsa bu “mühazirə”lərə “söhbət” deməzdim. Dədə Əfəndi öz mühazirələrində tarix, din, məzhəb, milli kimlik və ideal bir ideologiyanın varlığından danışır. Dədə Əfəndinin mühazirələrinin kitaba salınması isə ayrı cəsarət tələb edir. Romanda Dədə Əfəndinin altı söhbəti, türkün ən gizli və çağdaş tarixi, eləcə də Qarabağ hadisələri qeyd edilir. Ruhu vətənpərvərliklə yoğrulan 5 qəhrəman onlara tapşırılan işi görmək üçün Qarabağa yollanırlar. Hansı işi? Bax bu sualın cavabı üçün əsəri mütləq sona qədər oxumalısınız.
Əsərin ilk səhifələri bəsit əsər təsiri bağışlasa da, səhifələr çevrildikcə kontekst dəyişir. Taleyüklü məqamlar və məsələlər oxucunu ciddi şəkildə düşünməyə sövq edir. Əsər çox canlıdır. İstənilən situasiyanı rahatlıqla canlandıra bilirsən və ya dialoqlar oxucu beynində öz-özünə canlanır. Reallıqlar və qeyri-reallıqlar, bir-birinə gözəl toxunub. Əsərdə obrazlara verilən adların milliliyi isə əsəri oxucuya daha da doğmalaşdırır.
Bugünkü gün hər mənada o qədər surətlə ineqrasiya olunuruq ki, milli kimlik, əqidə unudulmağa doğru gedir. Onsuz da ruhu dəfələrlə təcavüzə məruz qalmış xalqımızın canında o qədər kimisə yamsılamaq, kiməsə oxşamaq aclığı var ki, milli vətənpərvərlik mövzusunda əsərlərin yazılmasına və gənclərimizin oxumasına böyük ehtiyac var.
Bəzi sətirləri oxuyarkən elə fikirləşdim ki, əsər bu il yazılıb, çünki 2013-cü ildən sonra baş verən hadisələr romanda elə dəqiqliklə qeyd edilib ki, yazıçının öncəgörənliyi heyrət doğurur.
“Ey insanlığın, bəşəriyyətin düşmənləri, görürsünüz bu bayrağı? Bu Azərbaycan bayrağıdır ki, başımız üstündə dalğalanır. Korsunuz bəyəm, niyə təzim etmirsiniz? Niyə baş əymirsiniz?! Niyə qaçıb rədd olmursunuz bu torpaqlardan?! Bir baxın, görün, necə qürurla dalğalanır?! Görün sizin murdar nəfəsinizə önəm vermədən səmanı necə də aydınladıb?!” Bir gün bu sətirlərdə yazılanlar da...
Bu əsər haqqında sevindirici hallardan biri də odur ki, əsər həm qardaş Türkiyə Respublikasında, həm də Almaniyada nəşr olunub. Lakin bu iki xarici dillə kifayətlənmək olmaz. Tarixi həqiqətlərimizin bütün dünyaya çatdırılması üçün bu cür əsərlərimiz mütləq digər dillərə də tərcümə olunmalıdır.
Hərdən heç kəsə söyləyə bilmədiyim və əsrlərlə doğru bildiyimiz doğru olmayanlar üçün “bu düzgün deyil” demək istəyirəm. Lakin mən qorxuram. Kütlə təhlükəli axındı. Əsəri hər kəsin birmənalı qarşılamayacağı aydın və labüddü. Çox zaman fikir verirəm, insanlar sözü ya həqiqətən anlamırlar, ya da anlamaq istədikləri kimi anlayırlar. Əsər haqqında bəzi yazılarda “İslam əleyhinə” olduğu qeyd edilir. Nə deyim bilmirəm... Yox bilirəm, “Hər şeydən öncə millət!“
Sonda daha önəmli bir sualla üz-üzə qaldıq: “Saf qan”lı olmaq üçün millət, mütləq türkmü olmalıdır? Onu bilmirəm, amma nə yaxşı ki, Mən TÜRK qızıyam.
Shamil bəy, bir gün “Tanrı dağının ətəyində” hər kəslə “görüşmək” diləyilə...
XƏBƏR LENTİ
8 May-Şuşanın işğalı günüdür!
Ərdoğan ona yazılan şeirlərə əsəbiləşdi - Kitabı satışdan çıxardı
Sılaya görə Ahmet Kuralın filminə baxmadılar-FOTO
Azərbaycanlı gəncin portreti
Cem Yılmaz 30 kq arıqladı-FOTO
Koronavirusa qarşı dərman istifadə edərkən nəyə diqqət etməliyik?
“Arka Sokaklar” serialına yeni aktrisa gəlir - FOTO
Məşədi İbad yeganə əxlaqlı adamdır...
Günün ulduz falı - 09.09.2013
Hikmət Hacıyev pandemiyanın geniş yayılmasının əsas səbəbini açıqladı
Günün qoroskopu: iş və gərginlik artır
Məşhur cütlük ayrı-ayrı tətilə çıxdı-FOTO
İt internet ulduzuna çevrildi - FOTO
"Terrorun dini yoxdur"
Şokoladlı desert
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
Məşhurların kolleksiyaları -SİYAHI
Avropanı buxar vulkanı bürüdü
Bakıda yaşıllıqlar düzgün salınırmı?
Bill Geyts yenə təəccübləndirdi-FOTO
Tanış olun: Kişi!
Bu ilin ən yaşlı tələbəsi - 10 ildir imtahan verir-VİDEO
Karantində kökəlmək istəməyənlərin nəzərinə - VİDEO
HAVA necə olacaq?
Qəbizliyi necə aradan qaldırmalı?
Bu insanlar FEYXOA yeməməlidir!
Dünyanın ən əlvan yerləri
Hülya Avşar GÖZLƏNİLMƏZ TƏKLİF
“Eurovision 2015”in qalibi kimdir?
"Hercai"nin Miranı sevgilisi ilə-VİDEO
İŞİD kürdləri bombalayır
Saç dərisini dəyişdirmək istəyən qıza həkimlər "YOX" dedilər-SƏBƏB
BÜRCLƏR bizə nə vəd edir?-24 yanvar
Bakıda I sinfə qəbulla bağlı edilən müraciətlərin sayı açıqlandı
Azərbaycanda elçi gedənlər...
Hovuzlu, 8 təkərli Eldorado
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna dəyişikliklər edildi
7620 metrdən paraşütsüz tullandı
Ronaldo 5-ci dəfə ata olacaq - FOTO
Faydalı saç maskaları
Işıldayan dəri üçün 10 qızıl qayda
Çaylarımızda su aşıb-daşdı
“Nu, poqodi!” cizgi filminin davamı çəkiləcək
Bred Pitt və Cennifer Eniston yenidən evlənir
Hitlerin rəsm əsəri 161 min dollara satıldı
Azadlıq heykəli (Nyu-York)
Model küçə satıcısını necə varlandırdı? - Foto
İşğaldan azad olunan daha iki kəndin adı qaytarılır
Od çərşənbəniz mübarək!
Portağallı dondurma (foto resept)
- ŞƏRHLƏR