Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir ))
37970

Bir ilə zəngin kitab oxumaq üçün...

Bir ilə zəngin kitab oxumaq üçün...


Yeni ildə hər birinizi salamlayıram! Ötən ilin mutaliə siyahımı sosial şəbəkələrdə paylaşanda bir çox izləyicini maraqlandıran suallar yarandı. Onlardan bəziləri:
"Bir ilə 112 kitabı necə oxudum? 
Mart ayında 24 kitabı necə oxudum?
Oxuma surətim nə qədərdir? 
Sirrim nədədir?" Və s. Bu kimi suallar qeyd edildi. Mən də ayrıca post açıb bu haqda ətraflı məlumat yazacağıma söz verdim. 
📖İlk olaraq qeyd edim ki, ilə 112 kitab oxumaq ağlasığmaz bir şey deyil. 365 gün ərzində gen bol sığdıra bilərsiniz. Təbii ki, illik mutaliə hədəfiniz varsa və bunu özünüzü inkişaf etdirmək üçün istəyirsinizsə bacara bilərsiniz. Mən ilin 60 gününü (iki ay yay tətilimi kitab tərcüməsinə sərf etdiyim üçün) kitab oxumadım. 365 -60=305 gün edir. Mən 112 kitabı cəmi 305 günə oxudum. Bu o deməkdir ki, iki gün yarıma 1 kitab düşür. Kitabların birini qalın (400 səhifədən çox), digərini kiçik həcmli (100-250səhifə) olaraq götürsək bu göstəricini əldə etmək, tamamilə, mümkündür. 
Mart ayında 24 kitabı necə oxudum?- sualına cavab çox sadədir: Fevral ayında "Adsız" kitabımı yazıb bitirəndən sonra hədsiz dərəcədə kitab aclığı hiss etdim. Hər gün bir və ya paralel olaraq iki kitab oxuyurdum.
Ümumiyyətlə baxanda iki uşaq anası(8-4 yaş), yazıçı, baş redaktor, həyat yoldaşı, rəfiqə, qohum, qonşu, vətəndaş olaraq yaşayan birinin kitab oxumağa necə vaxt tapdığını soruşursunuzsa, bunun da cavabı çox-çox sadədir. ? 
1. Telefona az vaxt sərf edirəm. Demək olar telefonu zəng gəlməsə, ingiliscə hər hansı sözün tərcüməsini axtarmasam heç əlimə almıram. Mesajlarla, Vatsapla heç aram yoxdur. Yazan olmasa heç ona da baxmaram. Oyun isə telefonuma yaddır. Qısacası telefonla özümü məşğul etmirəm.
2. Oxuma surətim 30 dəqiqəyə 50 səhifədir. Bundan sürətli oxuya bilmirəm, heç çalışmıram da. 300 səhifəlik kitabı 3 saat ara vermədən oxuyub bitirə bilirəm.
3. Çox təsirli kitab oxuduqdan sonra dərhal başqa kitaba başlamasam, günlərlə ruh kimi dolaşıram. Hədsiz dərəcədə təsirləndiyim kitablar sayəsində yeni kitablar kəşf edir, oxuyuram. 
4. Və ən əsası- Yazıçı Oxucudan Çox Oxumalıdır! 
Mütaliə dilim (çoxdan azad doğru) rusca, azərbaycanca, ingiliscə. 
Həm kağız, həm də elektron versiyada kitablar oxuyuram. 2018-ci ilə S.Moemlə başladım.
Ümid edirəm, bütün suallarınıza cavab tapa bilərsiniz ? Bu ilki hədəfim 120 kitabdır. Hamımıza xoş mutaliələr.

Xəyalə Murad

Səslərin sayı: 0
1
138
Digər yazılar
Şərhlər
Offline
Iceberg
BU ay kitab oxumuram, məlum səbəbdən və nəsə itirmiş kimi hiss edirəm. Bu il mən də oxudularımın siyahısını tutacam.
14 yanvar 2018 22:07
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır