Bakıda hava
USD AZN
EUR AZN
08:17Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41216

Xəyallar qonağımdır

 

Xəyallar qonağımdır

 

Yazdığım hər şeyi hiyləsiz, mənfəət güdmədən ürəyimin istəyi ilə səmimiyyətlə yazıram. Hansısa bir yazım zəif ola bilər, amma heç vaxt kiməsə xoş gəlmək üçün yazılmaz. Kimdənsə yazmışamsa da deməli, ürəyimdən gəlib yazmışam. Məqsədsiz, filansız.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında H. Cavid və K.Qarabəkirə həsr edilmiş “ Türk dünyasının qüdrətli qılınc və qələmi” adlı tədbir keçirildi. Tədbiri rəsmi qaydada media işıqlandırdı. Üstündən bir neçə gün keçib. Mən isə bu mövzuda fərdi yaşantılardan yazacam. Tədbirin məndə buraxdığı təəssüratdan ayrıla bilmirəm. Çünki həmin gün o tədbirdə mənimlə birgə uşaqlıq arzularım da sanki iştirak edirdi. İlk dəfə olaraq arzumu gözlərimlə görürdüm. Elə bil bu qədər adamların arasından xəyallarım, arzularım mənə boylanırdı. Bu tədbiri mənə bu dərəcə sevdirən hisslərdən sevə-sevə yazacam.

İştirakçısı olduğum tədbirləri özlüyümdə “mənəvi zövq aldığım” və sadəcə, “insanların sayını artırdığım tədbirlər” adlı iki yerə ayırmışam. Birinci başlıq altında olan tədbirlər üçün az qala qanad taxıb uça- uça gedirəm. (Bu ifadə çox işlənmiş olsa da mənası öz gözəlliyini daima qoruyur.) Kəmiyyət üçün getdiyim tədbirlər isə çox vaxt kiminsə hesabatını dinləmək üçün olur. Mənəvi dünyama zövq bəxş edə biləcək tədbirlər sırasında mənim üçün ən dəyərlisi akademik səviyyədə çıxışlar dinləməkdir. Bəzən belə tədbirlərdə yorulan, üzündə tədbirin uzanmasından narazılıq ifadəsi yaranan adamlar görürəm. Bunu heç cür başa düşə bilmirəm. Elmi mövzuda söhbət dinləmək ən azından bir kitab oxumağa bərabər olduğu halda, bundan niyə yorulurlar.( Başqa tədbirlər üçün tələsən və səhhətində problem olan adamları nəzərdə tutmuram.) Təəccübləndiyim odur ki, saatlarla mənasız söhbətlərə vaxt itirdiyini duymayıb, bu cür dəyərli söhbətlərdən heç nə qazanmayan adamlar tədbirlərə olan həvəsim üçün məni qınayırlar. Mən isə yorulmuram. Alimin nitqini, şairin şeirini dinləmək, onlardan nəsə öyrənmək sevdiyim keyfiyyətdir. Bunların hərəsi bir cür zövq verir. Bu ikisinin vəhdətindən də yeni xəyallar doğur. Biri ilə mövqeyini təyin edirsən, o biri ilə də daxili dünyanı gözəlləşdirirsən. Hə, bu çıxışları kimin etməsi də xüsusi önəm daşıyır. Əsil mətləbin üstünə gəlib çıxdım.

Xəyallar qonağımdır


Məhz bu baxımdan AMEA-nın sözü gedən tədbiri məni ovsunladı. Akademiklər, filoloqlar və digər qonaqlar çıxış etdikcə məktəb illərində məni yaşamağa həvəsləndirən xəyallarıma qayıdırdım. Hələ şagird ikən elm və qələm adamlarının əhatəsində olmaq ən böyük arzum olub. Yaşıma uyğun olmayan ciddiliyim tay- tuşlarımdan məni fərqləndirdiyindən onlara qoşulmadığım və bu cür böyük arzu ilə yaşamağım böyükləri təəccübləndirmirdi. Məndən elə bunu gözlədiklərindən hər kəs bu niyyətimi alqışlayırdı. Uşaqlığımı bu cür böyük arzularla yaşadım. Yaşıma məxsus hisslərdən uzaq oldum. Maraqlı idi ki, uşaqlar əyləncə arxasınca qaçarkən mən İsmayıl Şıxlının mühazırələrini dinləmək arzusunda idim. Müəlliməm onun tələbəsi olduğunu bizə deyəndə ona həsəd aparmışdım. Bütün dilçiləri və filoloqları görmək, onlardan mühazirə dinləmək eşqi ilə tələbəlik illərinin həsrəti ilə neçə illər keçirdim. İndi filoloqların çıxışını dinlədikcə xəyalən o illərə qayıtdım. Bir anlıq gerçəklə xəyallarımı qarışdırdım. Həmin məqamda Səməd Vurğunun “ Mən tələsmirəm” şeiri beynimdən təkrar- təkrar keçdi. Vaxtın uzadılmasını və heç kəsin yerindən tərpənməməsini istədim. Bir tərəfdən də tədbiri Kazım Qarabəkrin qızı Timsal xanım öz çıxışı ilə elə gözəlləşdirdi ki, həmin vaxt zaman dayansa idi bu anları dönə- dönə yaşamaq lap ürəyimdən olardı. Xanım monitorda atasının həyat və fəaliyyətini əks etdirən şəkilləri göstərərək elə gözəl şərh etdi ki, çıxışında üslubun bütün növlərini birləşdirdi. Tədbirin aparıcısı Zümrüd xanım bu çıxışın

möhtəşəmıiyini növbəti yeri yalnız musiqiyə verməklə dəyərləndirdi. Onun bu təklifi ürəyimdən oldu. O cür çıxışdan sonra, məncə heç kəs nitq söyləməyə ürək etməyəcəkdi. Nitq söyləyənlərin arasında

Hörmətli akademikimiz Asif Rüstəmlinin çıxışı da mənə təsirsiz ötüşmədi. Xatirələrim təzələndi. On il əvvələ qayıtdım. Şeirlərimi redaktə etdiyi vaxtı xatırladım. Onda yazmağıma ürəklənmişdim. Şeirimdə bir misranı xüsusilə vurğulamışdı

“ Yurdumuza bir örpəkdir, anam örtən yun şal kimi

Pərvanə canından əziz üç rəngli bayrağı sevir”

(Yeri gəlmişkən Asif müəllimin hekayəm üçün bildirdiyi iradları da eyni tərzdə qəbul etmişəm. Çünki o ədəbiyyatımız üçün çalışır.)

Tədbirdə ürəyimcə olmayan bircə məqam müşahidə etdim. Timsal xanımın doğma dilində aydın və səlis şəkildə uzun- uzadı çıxış etməyinin əksinə olaraq, bizim ziyalı qadınlarımızdan bəzilərində rus dilinə meyl hiss olunurdu. Bu da neçə il əvvəl baş verən siyasi hadisələrin təsirindən qalan xüsusiyyətdir ki, hamımızda hiss olunur. Amma Kazım Qarabəkirin “ Türk yılmaz” şeirini şövqlə söyləyən məktəblini görəndən sonra adamda hələ çox Cavidlər və Kazım paşalar yetişəcəyinə, onların dost və qardaş olacağına ümid artır.

Bu tədbirə mən özümlə bərabər xəyallarımı və keçmiş arzularımı da götürmüşdüm. Kim necə təssüratla ayrıldı onu bilmirəm, həmin gün mən AMEA- nın, xəyallarım da mənim qonağım oldu.

Səslərin sayı: 2
2
645
Digər yazılar
Şərhlər
Offline
Emma Svon
Belə tədbirlər xoşuma gəlir. Heç vaxt getməmişəm amma maraqlı gəldi
23 dekabr 2017 19:30
Offline
Xəyalə Murad
Bu tədbirə mən özümlə bərabər xəyallarımı və keçmiş arzularımı da götürmüşdüm.

Tədbir haqqında oxuduqca təsirləndiyinizi hiss etdim. Bu cür tədbirlər əhəmiyyətlidir.
22 dekabr 2017 18:09
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!