Azərbaycanda indiki nəsil ailə qurmaq yaşına gəlib çatdıqda hər 8 kişidən biri evlənmək üçün qız çatışmazlığı problemi ilə üzləşə bilər. Bunu BMT Əhali Fondunun eksperti, ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Gupta deyib.
Onun sözlərinə görə, Azərbaycan dünyada uşaqların cins nisbətinin pozulmasına görə Çindən sonra ən yüksək göstəriciyə malikdir: "Azərbaycan kiçik ölkədir və Türkiyə, İran, Rusiya ilə həmsərhəddir. Həmin ölkələrdə cins nisbəti ilə bağlı problemlər yoxdur. Bu, o deməkdir ki, kifayət qədər çox sayda qadın xaricdən Azərbaycana gələrək, burada ailə qura bilər. Amma kişi yalnız öz milliyətindən olan qadınla evlənmək istəyərsə, evlənmə ilə bağlı çətinliklər yarana bilər".
Qeyd edilən təhlükə nə dərəcədə realdır?
Qadin.Net xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev modern.az-a danışıb:
"Biz 10 il qabaq bu məsələni qaldırmışdıq. Artıq bu problem pik həddindən enib və azalma tendensiyası var. Məsələn, 10 il əvvəl 100 qız uşağına 118-120 oğlan uşağı düşürdüsə, sonrakı illərdə bu rəqəm enib. Yəni görülən profilaktik tədbirlər, maarifləndirmə işləri yavaş-yavaş öz nəticəsini verir. Görünür, BMT nümayəndəsinin məlumatları əvvəlki illərə məxsusdur. Bu baxımdan məsələ təhlükəli həddə deyil. İstənilən halda bu məsələ nəzarətdə saxlanılmalıdır. Qanunumuzda da selektiv abortların aradan götürülməsi, qadağa qoyulması bu niyyətə xidmət edir".
Deputat qeyd edib ki, problem təkcə Azərbaycanda deyil, Şərq ölkələrində, Cənubi Qafqaz, müsəlman ölkələrinin çoxunda mövcuddur: "Bu problem xüsusilə Çində, Hindistanda ciddi şəkildə müşahidə edilir, lakin onlar müəyyən tədbirlər nəticəsində müsbət dönüş əldə edə biliblər. Düzdür, bizdə də bu hədd yuxarı olaraq qalır. Amma 7-8 il bundan əvvələ nisbətən hazırda Azərbaycanda gərgin vəziyyət müşahidə olunmur".
M.Quliyevin sözlərinə görə, Azərbaycanda ailə ənənələrinin güclü olması gözlənilən təhlükəni neytrallaşdıra bilər: "Yadınızdadırsa, 6-7 il bundan qabaq Milli Məclisdə məsələ qaldırmışdım və bildirmişdim ki, əgər biz bu məsələnin qarşısını vaxtında almasaq, 20-25 ildən sonra əcnəbi gəlin qəbul etməli olacağıq. Əlbəttə, bu da birbaşa genefondumuza təsir edə bilər. Amma hesab edirəm ki, Azərbaycanda ailə ənənələrinin və mental dəyərlərimizin güclü olması təhlükəni neytrallaşdıra bilər. Bu baxımdan ciddi təhlükə də görmürəm. Genefonddan başqa bu, həm də mənəviyyat, mədəniyyət məsələsidir".
XƏBƏR LENTİ
Deyirdilər ki, Yuri Syominin vaxtı keçib..
İbrahim Tatlısəsdən Azərbaycana dəstək
Azərbaycanlı məşhurlar itlərlə bağlı ÇAĞIRIŞ ETDİ - VİDEO
Romantik yataq otağı dekorasiyası
Qırmızı bibər şorbası
Polis olmaq istəyirsiz?
"Nar Mobile" ən sadiq abunəçilərini mükafatlandırdı
Kompüteriniz üçün maraqlı şəkillər
Avropada hansı antivirusdan daha çox istifadə edirlər?
Dahi yazıçını əridən qadın...
Meray Keri bunu pul qazanmaq üçün edirmiş - FOTO
Hindistanlı qız dünya gözəli seçildi - FOTO-VİDEO
Dondurma ilə bağlı VACİB XƏBƏRDARLIQ
Ordumuz şəhid verdi
Zirəddin Rzayevin QƏBUL QİYMƏTİ
Kiyev kotleti (foto resept)
Kəsmikli-ananaslı piroq (foto resept)
Burnundakı sızanağı sıxan qız ölüm təhlükəsi ilə üz-üzə qaldı
Üzü qardan qorumağın yolları
Dodaq boyasının rənginə görə xarakter analizi
Quru meyvəli, yulaflı, şəkərsiz bisküvit (video-resept)
"Messi ilə rəqabət hər ikimizə motivasiya verir"
Ailə bağlarını gücləndirmək üçün ...
Uşaqlarla şəkil çəkin (2)
Dəridəki ləkələri yox edən maska
Putin: “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”
Yüksək təzyiqin zərərləri nədir?
Məleykə Abbaszadə imtahanlarla bağlı son məlumatları açıqlayıb - VİDEO
Sevgiyə aid ən yaxşı 11 türk filmi
Zeze__cards - 5
Kainat gözəlinin bu hərəkəti mübahisə yaratdı - FOTO
Əllərə qulluq
Gözəl və möhkəm dırnaqlar üçün məsləhətlər (FOTO).
Gürcüstanda azərbaycandilli radio açıldı
Murad Boz paylaşımı ilə izləyicilərini təəccübləndirdi-FOTO
Ucuz Nokia Lumia 630 göstərildi
Emin Leyla Əliyevanın qızı ilə
90 kiloqram arıqlayıb belə oldu
Maska taxmaq mübahisəsinə ELMİ AYDINLIQ gətirildi
Emin yeni klipini təqdim etdi-VİDEO
Güclü yağış Daşkəsənin 6 kəndi ilə rayon mərkəzinin əlaqəsini kəsib
Gerard Depardiye Türk vətəndaşı olmaq istəyir-FOTO
Bakıda mənzillərin qiymətləri
Çiyələkli frozen (foto-resept)
Koronavirusa yoluxma ən çox bu bölgələrdədir - SİYAHI
Dünyanın ən axmaq qadağaları
“Google”un intellekti süni intellektlər yaradacaq
Hamilə xanımlar üçün ziyafət geyimləri
"Texnikabank"ın əmanətçilərinə kompensasiyaların ödəniləcəyi tarix açıqlandı
Selena Gomez Kann festivalında göz oxşadı-FOTO