Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir ))
37970

Yemək və içməkdə halal və haram (1)

 

Yemək və içməkdə halal və haram (1)

 

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.

“Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün”. (Ali İmran 102).

 

“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir”. (ən-Nisa 1). 

“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar” (əl-Əhzab 70-71).

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmmədin (sallallahu aleyhi və səlləm) yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidət, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir (sapıqlıq) isə oddadır.

Yemək və içməkdə halal və haram (1)

“Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar”. (Ta ha 25-28).

Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın Kitabı Rəsulullah in yoluna uyaraq öz risaləmi “Bizmilləh” ilə başlayıram. Çünki Allah Rəsulu da (sallallahu aleyhi və səlləm) öz məktublarını “Bismilləh” ilə başlamış və buyurmuşdu: “Hər mühüm bir işə “Bizmilləh” ilə başlanılmazsa o, işin sonu kəsikdir” (Əbu Davud).

Allahdan qorxmayan kimsələr pulu necə qazandıqlarına və hara xərclədiklərinə fikir vermirlər. Onlar bütün arzu və istəkləri yalnız var-dövlətlərini nə yolla olursa-olsun artırmaqdır. Oğurluq, rüşvət, saxta sənəd düzəltmək, haram şeyləri satmaq, sələmçilik, yetim malını yemək, musiqi, falçılıq, fahiş işlər, başqalarını pulunu mənimsəmək, ehtiyacı olmadığı halda dilənmək və s. Sonradan bu pulları yeyi-içir, geyinib-keçinir və s. işlərə sərf edirlər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Haramla bəslənən hər bir bədən ancaq Cəhənnəm oduna layiqdir” (Təbərani “Kəbir” 19/136, əl-Albani “Səhihul Cəmi” 4495). Əbu Hureyrə (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “İnsanların üzərinə elə bir vaxt (zaman) gələcək ki, artıq insanı qazancının halal və ya haram yolla olması maraqlandır- mayacaq”(Buxari 2059). “(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər...” (əl-Əraf 157).

Təmiz və faydalı şeylər halal, pis və zərərli şeylər isə haram edildi. Bir şeyi halal və haram etmək Allaha aiddir. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bir şeyi halal və haram etməsi yenə də Allahın halal və haram etməsilədir. Quran və Sünnəni bilən elm sahiblərindən başqa heç kimsənin halal və haram haqqında danışması (bu halaldı, bu haramdı) deməsi caiz deyildir. Allah halal və haram barəsində elmsiz danışanları şiddətli olaraq qınamışdı. “Diliniz (bizə belə əmr edildiyi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): “Bu halaldır,o haramdır!” – deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar!” (ən-Nəhl 116). “Yoxsa (müşriklərin) Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır” (əş-Şura 21).

 

Allaha həmd olsun ki, haramlığı qəti bəli olan şeylər barəsində Quran və Sünnə bizə xəbər vermişdir. Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi” (əl-Maidə 3). “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!” (əl- Bəqərə 188). “Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar!” (əl-Bəqərə 187). “Sələm (müamilə, faiz) yeyənlər (Qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir…” (əl-Bəqərə 257). “Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir” (əl-Bəqərə 168). “Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki, məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə sizə haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır! Günahın aşkarından da, gizlisindən də əl çəkin! Günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar!” (əl-Ənam 119-120). “(Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!” (əl-Ənam 151). Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Allah içkini, murdar (ölmüş) heyvanın (leşini), donuzun və bütlərin satışını haram etmişdir” (Səhih Əbu Davud 977). Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Allah bir şeyi haram etdikdə ondan gələn gəliri də haram edir” (Səhih Əbu Davud 3488, Daraqutni 3/7). Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Uca Allah doğru və düz yolu misal çəkdi. Bu yolun hər iki tərəfində açıq qapıları olan divar, qapıların üzərindən isə endirilmiş pərdələr vardır. Yolun qapısı üzərində bir dəvətçi səsləyərək: “Ey insanlar! Birlikdə doğru yolla gedin. Ayrılığa düşməyin”, deyir. Yolun üst tərəfində olan digər dəvətçi isə bu açıq qapılardan içəri girmək istəyən hər bir kəsi səsləyərək: “Vay sənin halına! O, qapını açma. Əgər onu açsan, ora girəcəksən”, deyir. Bu doğru yol İslamdır. Ətrafda olan divarlar Allahın sərhədləridir. Açıq qapılar isə Allahın haramlarıdır. Yolun qapısı üzərində olan dəvətçi Allahın kitabıdır. Yolun üst tərəfində olan dəvətçi isə hər bir müsəlmanın qəlbində olan nəsihətçidir” (İmam Əhməd «Musnəd» 4/182-185, 5/435, əl-Albani səhih) Toplayan və tərtib edən: K.Hüseyn ... Ardı var..

 

 

Səslərin sayı: 0
0
252
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır