Bakıda hava 11°
USD AZN
EUR AZN
10:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,əziz Qadin.Netlilər!
41230

Yas mərasimi

 

Yas mərasimi

Dərdlərimiz də, problemlərimiz də çoxdur. Nə danışmaqla, nə də yazmaqla bitən deyil. Bunların bitməsi üçün gərək çalışaq. Problemdən yaranan dərd də bizə bir dərd olur. Bir sözlə biz dərd əhliyik. İnsanın sağ vaxtı olduğu kimi öləndə də problemləri çox olur. Problemlərdən heç ölüb də yaxa qurtara bilmirik. Ölən rəhmətlik canını bu problemlərdən qurtarsa da yaxın adamları çətinliyə düşür. Ailə üzvünü itirən adamın vəziyyəti hər tərəfdən gərgin olur. Bir yandan əzizini itirməyin ağrısı, bir tərəfdən də ehsan xərcləri, dərdinə şərik olmağa gələnlərə diqqət göstərməyin məsuliyyəti yazıq ölü sahibini əldən salır. Vay o günə ki, qonağın hansınasa xüsusi diqqət göstərə bilməyəsən və səndən incik gedə. Ondan sonra giley- güzara başın elə qarışır ki,az qala dərdini unudasan. Ya əsəb keçirdirsən, ya da xəcalət çəkirsan. Amma yaxşı olardı ki, buna heç əhəmiyyət verməyəsən. Qoy zəhmət çəkib dərdinə şərik olmaq üçün gələnlər sənə bir əlavə də dərd verməsinlər.

Yas mərasimlərində xüsusi bir məqam var ki, bu məqamın baş verməməsini çox istəyirəm. Bu da qadın mollalarının daha çox ağlatmaq məqsədi ilə ard-arda düzdüyü qəmli hekayətlərdir. Onların guya ürəkdən yanaraq ağı söylədikləri məqamlara heç tab gətirmək olmur. Bəzilərinin tükürpədici səsi adamın qəlbinin bütün dərinliklərinə işləyir. Bu nəyə lazımdır axı. Onsuz da yaxınını itirən adamın qəlbi göynəyir, onu təkrar – təkrar təzədən bu dərəcədə niyə göynədək ki. Qadın mollalar neçə əsr bundan qabaq baş verən Kərbəla hadisələrini elə yanıqlı danışır ki, hamı öz dərdini unudub yalnız onları ağlayır. İmkan vermir ki, ölü sahibi göz yaşlarını əzizi üçün töksün. Bu qadınlarda bəyəndiyim bircə cəhət var ki, o da arada şəhid olmuş Azərbaycan oğullarını da yad etmələridir. Lakin birdən ağlıma gəlir ki,bəlkə, bu da orada olan oğlunu, ərini,qardaşını və s. itirən xanımların ən həssas hisslərinə toxunub daha möhkəm ağlatmaq üçündür. Bəzən elələri də olur ki, insanları heç ağlada da bilmir, əksinə əsəbləşdirir.

Bizim yas mərasimindən çıxan qadınların maraqlandığı söhbətləri yəqin ki, çox eşitmisiniz. Əgər ölünün sahibi üzünü cırıb, saçlarını da yolmayıbsa onda onun qəlbindəki ağrının böyüklüyünə heç kəs inanmaz. Biz həmişə dərdimizdən, problemimizdən qışqıra-qışqıra danışmışıq. Əzizimizi itirəndə ürəyimiz gedib yıxılmasaq, bizim kədərimizi səmimi qəbul etmirlər. Yas mərasimlərində ağı demək artıq, ənənəyə çevrilib. Çox zaman deməyə sözü olmayan da ağı demək istəyir. Bu da ölü sahibinə “ hörmət” əlaməti sayılır. Necə ki, toyda toy sahibinin şəninə tərif deyilir. Hə bir də, bir ağrılı məqam da müşahidə etmişəm. Savadsızlığımız elə yas mərasimlərində də özünü göstərir. Əzizini ağı deyərək son mənzilə yola salanların arasında bir dəfə bir qız atasının cənazəsinin üstünə yıxılıb belə bir ritorik sual vermişdi:

- Ata niyə dinmirsən, yoxsa qış yuxusunamı getmisən?

Təsəvvür edin ki, hələ də qış yuxusuna nəyin getdiyini bilməyən adamlar var. Elə güman etməyin ki, buna şəbədə edirəm. Qətiyyən! Heç nəyə gülə bilmirəm. Gülmək vaxtı deyil. Elə ağlamağın da yeri yoxdur. Düşünmək lazımdır. Bəlkə, bircə dənə də elə bir məkan və məqam seçək ki, oraya yalnız düşünmək üçün toplaşaq. Gülməyə də, ağlamağa da yerimiz var. Bir az da düşünməyə vaxt ayıraq.

 

Pərvanə Bayramqızı

Səslərin sayı: 1
2
636
Digər yazılar
Şərhlər
Offline
Iceberg
Çox aktual meseleye toxunmusuz
16 dekabr 2017 17:03
imza: shafaabdulla.blogspot.com
Online
Xəyalə Murad
Bu nəyə lazımdır axı. Onsuz da yaxınını itirən adamın qəlbi göynəyir, onu təkrar – təkrar təzədən bu dərəcədə niyə göynədək ki.


Əgər ölünün sahibi üzünü cırıb, saçlarını da yolmayıbsa onda onun qəlbindəki ağrının böyüklüyünə heç kəs inanmaz.


Sizin dediklərinizə şərikəm, Pərvanə xanım. Mən nə yasa deyirəm, nə toya. Nədənsə "adət-ənənə"lərimizi qəribələşdiriblər. İtkini yalnız doğması hiss edər, bu dərdi ürəyinin dərinliyində ağır daş kişi daşıyar. Süfrədəki boş masa ilə, çəkilməyən yemək payı ilə, xatirələrlə, özünü xatırlatmasıyla yad edən, göz yaşı axıdar. Ancaq bilmirəm, mən göstərişləri sevmirəm. Ağlaşmanı da göstəriş ediblər, bir bəyə gəlin gətirməyi də. Bəylə gəlinin əziz gününü ədəbiləşdirmək üçün xərclənən yüzlərlə manatları bir yerə toplasalar onlara bir otaq ev alıb verə bilərlər. Yoxsa ki, cah-cəlal ilə toy edirsən, sonra da borc vermək üçün əziyyət çəkirsən, dərd çəkirsən.
16 dekabr 2017 15:32
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!