Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.
Qadin.Net Trend-ə istinadən xəbər verir ki, bu hallar Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair qaydalar"da öz əksini tapıb.
Qaydalara əsasən, xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan şəxslər ixtisasına uyğun olaraq Azərbaycanın müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisəsinin tələbələr sırasından xaric edilmiş şəxs ixtisasına uyğun olaraq Azərbaycanın müvafiq mülki ali təhsil müəssisəsinə bərpa oluna bilər.
Qaydaya görə, tələbə müddətli həqiqi hərbi xidmətə çağırıldıqda (xidmət müddətinə), ailə vəziyyətinə görə (2 il müddətinədək), səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə), sosial məzuniyyətə çıxdıqda (qanunvericiliklə müəyyən olunmuş müddətə), müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə (proqramda göstərilən müddətə), akademik məzuniyyət verilir.
Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə bu qaydaların müvafiq tələbləri gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır.
XƏBƏR LENTİ
2015-ci il dəbdə olacaq saç modelləri
Yay Geyimləri
25 müasir mətbəx dizaynı (2)
Vitaminlər
Lavanda bitkisinin faydaları
Koronavirusla bağlı ŞAD XƏBƏR
Günün qoroskopu: tənbəl və ətalətli olmayın
Hər qadının qarderobunda mütləq olmalıdır
Bakıda qeyri-adi canlı tapılıb
İnternet dəhşətləri: Qadağa çıxış yoludurmu?
Bu gün Mehriban Əliyevanın doğum günüdür!
Koronavirus əleyhinə zərdab ixtira edildi
ABŞ Qarabağla erməniləri məyus etdi
Cəbhədə güclü atışma: dinc sakin yaralandı
Bu da Sony Xperia Z Ultra
Göbələkli mantı (foto resept)
Gözəl nitq üçün 5 tövsiyə
Məktəblərdə telefon qadağan olunsunmu?
Tariximiz Qazaxıstanda
Azərbaycana yeni qədim əlyazma gətirildi
Tələbə 6 gün meşədə tək yaşadı-FOTO
Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanıldı - RƏSMİ
Karantin rejimindən çıxış necə olacaq? -RƏSMİ AÇIQLAMA
Məşhur aktrisa həbs olundu-SƏBƏB
Ardanın meydançada halı pisləşdi
"Dönərsən deyə" Nagehan Karaman
Türkan Şoray tanınmaz halda...- FOTO
Çalışan analar
Bakteriyalar
Şok ixtisar: 26 min nəfər işsiz qalacaq!
İmmuniteti gücləndirən 5 ərzaq
Təhsil Nazirliyindən hava ilə bağlı XƏBƏRDARLIQ
Baş nazirdən tibb işçilərinin əməkhaqları ilə bağlı VACİB QƏRAR
Zirəddindən Bakı proqnozu
Türkiyədə universitetə silahlı hücum: ölü və yaralılar var
Baş nazir: "Türkiyə milli tankın seriyalı istehsalına başlayacaq"
Qeyri-adi gücləri olan 4 insan
Gözəllik müsabiqəsinin qalibinə şok
Prezident İlham Əliyev Bakıdakı dəhşətli yanğın olayını nəzarətə götürdü
Beyni 4 günə pozan qidalar
Qoz yarpağının faydaları
Xoşbəxt olmağın 5 asan qaydası
Ebola virusu qarşıdurma yaratdı
Moskvaya yeni erməni ittihamı
İranın “səfir”i kosmosa uçdu
DTX rəisi Şuşa şəhərinə gedib - RƏSMİ
Sergey Lazarev 12 kq arıqladı
Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər? - AÇIQLAMA
Günün ulduz falı
Yeni şəxsiyyət vəsiqəsi təqdim olundu - FOTO