Qadin.Net lent.az-a istinadən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun yazısını təqdim edir.
Hamilə qadınların xüsusilə erkən müddətdə tez-tez soruşduqları suallardan biri də təhlükəsizlik sistemlərindəki qapılardan keçmələrində bir problemin olub-olmamasıdır.
Bu xüsusi qapılar daxilindən keçən insanın üzərində silah kimi ağır metal tapılan anda səsli siqnal verərək, mühafizəçilərə xəbərdarlıq edir. Əvvəllər sadəcə hava limanları və xüsusi qoruma tətbiq olunan binaların girişlərində olan bu metal detektorlar indiki dövrdə bütün dünyada terror cəhdlərinin artması səbəbiylə xəstəxanalar, alış-veriş mərkəzləri kimi çox sayda insanın olduğu binaların girişlərində geniş şəkildə istifadə edilməyə başlanmışdır.
Bu qapıların işləmə mexanizmi əslində çox sadədir. Yüngül elektrik axını ilə zəif bir maqnit sahəsi yaradılır və bu sahədə hər hansı bir səbəbdən kəsilmə baş verərsə, siqnal verilir. Yəni bu cihazlar rentgen dalğaları ilə işləmirlər. Bu cihazlarda yaranan maqnit sahəsi maqnit rezonans (MR) müayinəsindən qat-qat azdır. Aparılan tədqiqatlardan da məlum olmuşdur ki, istər uşaqda, istərsə də anada hər hansı patologiyanı aşkar etmək üçün aparılan MRT müayinəsində bir problem yoxdur. Bundan əlavə, xüsusi qapıdan keçəndə maqnit sahəsinə məruz qalma müddəti MRT ilə müqayisə olunmayacaq dərəcədə qısadır.
Digər bir tədqiqatda - "Physics in Medicine and Biology" jurnalında avqust 2003 tarixində dərc olunan məqalədə müxtəlif markalarda əl detektorlarının hamilə qadınlar və körpələrinə təsirləri öyrənilmiş və bu cihazların hamiləlik üçün heç bir risk yaratmadığı aşkar olunmuşdur. Ancaq xüsusilə ölkəmizdə bir çox insanın məlumatının olmaması və hamilələrə qarşı olan həssas münasibət səbəbindən xəstəxana girişlərində belə qapılardan keçmək istəməyən hamilə qadınlara güzəşt yaradılır. Bunun lazımsız və mənasız bir yanaşma olmasına baxmayaraq, fərqli olduğunuzu hiss etmək üçün bir az oyun oynamanın zərəri yoxdur. Odur ki, bu tip qapılardan keçmək məcburiyyətində qalsanız, hamilə olduğunuzu söyləyərək fərqli münasibət tələb edə və bu haldan zövq ala bilərsiniz.
XƏBƏR LENTİ
Türkiyədən ordumuza yeni texnikalar gətirilib - VİDEO
Tərəvəzli süd şorbası(foto resept)
Azərbaycan otellərinin 1 gecəlik qiyməti - ŞOK
Yazın ilk günü Azərbaycana qar yağacaq
Yaxınlarınızla bu əşyaları bölüşməyin!
Yanvar ayının qalibləri!
Bu şəxslər sizi koronavirusa YOLUXDURA BİLƏR
90 yaşında məzun olanlar
Şahzadə bağçaya gedir
Qorxulu buludlar
Burak Özçivitin bu FOTOsu 1 saniyədə minlərlə bəyənmə topladı
Bu günün hava proqnozu
Məşhur aktyor 60 kq arıqladı-FOTO
İstirahət gününün HAVAsı
Silvestr Stalloninin anası öldü
Avropaya çatdıq?
Kəpəyi necə yox etməli?
Çoxuşaqlı ailələr: sevgi, yoxsa çıxılmazlıq?
Koronavirus bitməmiş hantavirus meydana çıxdı
“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - VİDEO
Azərbaycanda seçici siyahılarının hazırlanması praktikası digər ölkələr üçün nümunə ola bilər
Komadan ayılan həkim "ölümdən sonrakı həyat"ın sirrini açdı (FOTO)
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Beren Saat geri döndü - FOTO
Banklardan manatla götürülmüş kreditlər necə ödəniləcək?
2012-ci ilin hamilə paltarları
Gizem Karaca qovuldu-SƏBƏB
Azərbaycanda hamiləliklə bağlı xoşagəlməz statistika
Kişilər hansı qadınlara meyillidirlər?
Facebook-a rəqib gəlir
İlk kafe qatar
Feyxoa mürəbbəsi və kompotu(foto resept)
Əlillərin nəzərinə!
Planetimizin iki yeni peyki kəşf edildi
Bu gün 36 mindən çox şagird imtahan verir
Ronaldu Levandovskiyə görə “İlin futbolçusu” mükafatından könüllü imtina etdi
Sədərək" ticarət mərkəzinə gedən yol bağlanır
İsti Bakını qovuracaq, rayonlara yağış yağacaq
Mədə-bağırsaq xəstəliyi və qurdları
Gəlinlik saç düzümləri
Azərbaycanda toy dəbi dəyişir
Qadınlar haqda özlərinin belə bilmədiyi 30 fakt!
Azərbaycanda COVID-19-a yoluxmanın artmasının əsas səbəbi budur - AÇIQLAMA
Şərq salatı (foto reset)
Kiçik top biskvitlər (foto resept)
Azərbaycan tarixindən yüz şəxsiyyət-38
Gül kələmli tabbouleh (foto-resept)
Lüks mobil telefon istehsalçısından Azərbaycana qarşı təxribat
Xərçəng riskini 90 % azaldan məlhəm.
Fındıq əzməli peçenye (foto resept)