Avtomatlaşdırma 800 milyon insanı işsiz qoya bilər » Qadin.Net ~ İlk milli qadın portalı... Azərbaycan xanımlarına...
Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9254 AZN
11:49Sima sizinde sabahiz xeyir xeyale xanim necesiz 10:28Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
39024

Avtomatlaşdırma 800 milyon insanı işsiz qoya bilər

Avtomatlaşdırma 800 milyon insanı işsiz qoya bilər


2030-cu ilədək robotlaşdırma və avtomatlaşdırmaya görə dünyada 375 milyondan çox insan işindən məhrum ola bilər. İnkişaf etmiş ölkələr insan əməyinin avtomatlaşdırılması üzrə inkişaf tempini sürətləndirdiyi halda 800 milyon insan yeni ixtisas öyrənməyə məcbur olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məsələn, məlumatların yığımı və işlənməsi, mühasibat uçotu və ya müxtəlif mexanizmlərin idarəetməsi ilə məşğul olan insanlar risk zonasına düşürlər. Eyni zamanda insanlarla işləyən və ya yüksək ixtisasa malik olan insanların iş yerini itirməklə bağlı narahatçılıq keçirməsinə ehtiyac yoxdur.

Ekspertlərin qənaətincə, 2030-cu ilədək mövcud texnologiyalar əmək fəaliyyəti növlərinin təxminən 60%-ni qismən robotlaşdıra və ya avtomatlaşdıra bilər, ancaq əmək fəaliyyəti növlərinin 5%-i tam avtomatlaşdırılacaq. Proqnoza görə, Çində robotlar təxminən 230 milyon, Hindistanda təxminən 120 milyon iş yerini ələ keçirəcək və Rusiyada avtomatlaşdırma 40-45 milyon iş yerinin ixtisarına gətirib çıxaracaq.

Araşdırma müəlliflərinin fikrincə, avtomatlaşdırma insanları daima öz ixtisaslarını artırmağa və yeni ixtisaslara yiyələnməyə məcbur edir ki, bu da əmək məhsuldarlığı və əməkhaqqının artımına gətirib çıxaracaq, həmçinin iqtisadi artım və 360 milyon yeni iş yerinin yaradılması ilə nəticələnəcək.

Səslərin sayı: 0
0
122
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış