Qoç - Çətinliklər çox olacaq, amma neqativ tendensiyaların təsiri uzun sürməyəcək. Problemlərin məngənəsində qalanlar isə özləri bunu seçmiş olacaqlar. Əsas odur ki, başqalarının işlərinə qarışmayasınız. Əlbəttə, hamıya kömək etmək istəyi təqdirəlayiqdir. Ancaq bəzən insanlara sərbəst fəaliyyət göstərməyə imkan yaratmaq lazımdır. Üstəlik, heç sizin də bu işlər xoşunuza gəlmir.
Qeybət və şayiələrdən uzaq olun. Sizin onları eşitməyinizin, yaxud da yaymağınızın heç bir fərqi yoxdur, qayda qaydadır: yoxlanmamış məlumat həmişə problem yaradır. Sevgililər, ər-arvad arasında mübahisələr mümkündür. Səbəb isə insanların bir-birlərinə güvənməmələridir.
Buğa - Günün birinci yarısında diqqətsizlik, yüngülxasiyyətlik və öz gücünü düzgün hesablamama səbəbindən çətinliklər yarana bilər.
Bu dövrdə nahaq xərclər və maliyyə itkiləri gözlənilir. Kənar fikirləri başdan ataraq işə köklənmək də çətindir. Bir çoxları təklikdə, yaxud ünsiyyətlərin sayını azaldaraq məhsuldar işləyə biləcəklər.
Günün ikinci yarısında müsbət tendensiyaların təsiri artacaq. Bu zaman sürprizlər, xoş təsadüflər, maraqlı görüşlər mümkündür. Çoxdankı bir münaqişəni də həll etmək şansı var.
Əkizlər - qonaq qəbulu, eyni zamanda xeyli uzaqdan gələn müsafirləri qarşılamaq üçün əla gündür. Həm özünüzü əla ev sahibi kimi göstərə, həm də xoş söhbətlə gözəl vaxt keçirərək faydalı əlaqələri möhkəmlədə biləcəksiniz. Maraqlı təkliflər alırsınız. Bunlardan biri həyatınızı kökündən dəyişə bilər.
Bu gün yaranan problemlərin əksəriyyəti tələsik qərarlar verməyiniz səbəbindən ortaya çıxır. Bir qədər təmkin həm özünüzü, həm ailə üzvlərinizi çətinlikdən qurtarmaqda sizə kömək edər. Günün ikinci yarısı yaşlı qohumlarınızla ciddi fikir ayrılığı mümkündür.
Xərçəng - sizin öhdəsindən gələ bilməyəcəyiniz problem yoxdur. Başqalarını kor dalana salan hadisələr sizi ciddi məşğul etmir. Üstəlik, siz çox gözəl tərəfdaşlar tapırsınız. Onlar sizin yolunuzda canlarından keçməyə də hazırdırlar, özü də əvəzsiz.
Böyük qələbələrlə yanaşı, xırda sevinclər də az deyil. Yaxınlarınız xoş sürprizləri əsirgəməyəcək, dostlarınız xoş xəbərləri sizinlə bölüşməyə tələsəcəklər. Bu gün romantik görüşlər təyin edə bilərsiniz. Onlar sizin istədiyiniz kimi keçəcək.
Şir - bu gün işləriniz ona görə alınır ki, ətrafdakıların gözlədikləri kimi hərəkət etmirsiniz. Özlərini itirmiş bədxahlarınız, paxıllarınız şokdadırlar və sizə mane olmağa gücləri yoxdur. Günün ilk yarısı xeyli məzəli hadisə olacaq. Bunlar çətinliklər yaratsa da, əhvalınızı qaldıracaq.
Günün ikinci yarısı sakitlik vəd edir. Romantik görüşlər, sevgi etirafları üçün əla vaxtdır. Yaxınlarınız üçün xırda hədiyyələr, suvenirlər ala bilərsiniz.
Qız - ehtiyatlı olun: mənfi tendensiyaların gücü bu gün xüsusilə artır. İşdə problemlər ola bilər. Bəzi səhvləriniz maliyyə itkilərinə səbəb olacaq. Uğursuz şərait və ya rəhbərliyin qəfil tapşırığı ucbatından planları dəyişməli olacaqsınız. İş görüşləri baş tutmur, əvvəllər əldə etdiyiniz razılaşmalara isə yenidən baxmaq tələb olunur.
İntellektual potensialınız yüksəkdir və bu, əsas silahınızdır. Məhz ağlınız, düzgün mühakimələriniz sayəsində maneələri aşa, çətin problemləri həll edə, günü əla başa vura biləcəksiniz.
Tərəzi - Hər kəs əsəbidir. Çox az adam qıcıqlanmadan kimisə dinləyir. Bəziləri özünənəzarəti gücləndirməyə çalışsalar da, mənfi emosiyalar lazım olmayan anda püskürür. Odur ki, münaqişəli situasiyaların çoxluğu qaçılmazdır. Günün yaxşı tərəfləri də var. Məsələn, bir çoxları bu gün kəşflər etməyə meyllidirlər. Bunlarsız problemlərin öhdəsindən gəlmək mümkün deyil axı! Çoxları şəxsi həyatlarında nəyisə dəyişmək istəyir və xoş təsadüfdən bunun üçün yaxşı imkanlar yaranır.
Əqrəb - bu gün daha məsuliyyətlisiniz. Ciddi yanaşma bir çox problemlərinizin həllinə kömək edir. Bunların sırasında əvvəllər heç cür öhdəsindən gələ bilmədikləriniz də var. Çoxdan darıxdığınız insanlar peyda olacaqlar. Planlaşdırılmamış görüşlər və bayramların təşkili ehtimalı var. Əgər qadınların dəstəyindən istifadə etsəniz, xırda maneələri asanlıqla aşa bilərsiniz.
Yeni tanışlıqlara can atmanız, əhatə dairənizi genişləndirmək istəyiniz ünsiyyətlərinizi kor-koranə edir. Bu, təhlükəli ola bilər, xüsusilə də xanımlar üçün. Axşam təklikdə gəzintiyə çıxa bilərsiniz.
Oxatan - dünəndən bəri, sanki, elə bir hadisə, dəyişiklik baş verməyib, amma gün daha xoş və şən görünür. Hirs və qıcıqlarınızın öhdəsindən gələrək bütün günahkarları bağışlayacaq, küskünlükləri bir kənara ataraq həyatın dadını çıxarmağa çalışacaqsınız. Gün şəxsi məsələlərin həlli üçün çox münasibdir. Çoxdankı bir arzunuz həyata keçə bilər.
Yaradıcılıq, təhsil, tədqiqat işləri ilə məşğul ola bilərsiniz. Uğurlu alış-veriş mümkündür. Səfərlər, dostlarla görüş, aktiv istirahət əhvalınızı yüksəldəcək.
Oğlaq - istənilən söhbət, ünsiyyət üçün gözəl gündür. Çətinlik çəkmədən diqqət mərkəzinə düşür, insanların rəğbətini qazanır, yeni tərəfdaşlar tapırsınız. Ziyafətə gedə, yaxud onu özünüz təşkil edə, qonaq qəbul edə bilərsiniz. Əyləncəylə, asudə vaxtla bağlı ideyalırınız möhtəşəmdir.
Mənfi tendensiyalar da yaranacaq. Bu gün baş verənləri ürəyinizə salır, təsadüfi tanışlıqları ilk baxışdan məhəbbət kimi dəyərləndirir, yersiz bir zarafatı isə təhqir kimi qəbul edirsiniz.
Dolça - ünsiyyətə açıqsınız. İnsanlara gülümsəyirsiniz və müvafiq cavab özünü gözlətmir. Yeni işə başlamaq üçün əla gündür. Siz, şübhəsiz, lider olacaqsınız. Köməkçiləriniz nə qədər çox olsa, bir o qədər yaxşıdır. Dostlarınızla birlikdə yaxşı əylənə bilərsiniz. Bəzi Dolçaların yeni pərəstişkarları olacaq.
Maliyyə vəziyyətini pis adlandırmaq olar. Özlərinə lazım olmayan əşyaları satan insanlar bu gün sizi tapırlar. Onlardan yaxa qurtarmaq isə elə də asan deyil.
Balıqlar - bu gün xeyli plan qura bilərsiniz, amma onları həyata keçirmək mümkün olmayacaq. Ya öz gücünüzü düzgün hesablamırsınız, ya da tərəfdaş seçiminiz yanlış olur, işlər isə tökülüb qalır. Ən yaxşısı, mürəkkəb bir məsələni bir kənara qoyub, daha asanını və daha maraqlısını yerinə yetirməyə çalışın.
Günün ikinci yarısı isə öz problemlərinizi başqalarının hesabına həll etməyə çalışacaqsınız. Sizi tezliklə ifşa edəcəklər və bu, heç də xoşunuza gəlməyəcək. Tərəfdaşlarınızla, sizi, həqiqətən, sevən insanlarla münaqişə gözlənilir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Etik qaydaları pozan aparıcıların adları AÇIQLANDI
Ovcumuzdakı xətlərin mənası
Bu gün Bədən tərbiyəsi və idman günüdür
Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi - VİDEO
"Prezidentlik müddətinin 7 il olması qanunauyğundur"
Emin Ağalarov: "Maaşları verə bilmək üçün 3 avtomobilimi satmışam"
Çinlilərdən BMW X6-a rəqib - FOTO
İpoteka kreditlərinin verilməsi qaydalarında
Qızıl boyunbağılar
Bu gün həmin yoldan keçməyin
2021-ci ilin büdcəsindən işğaldan azad edilən ərazilərə nə qədər vəsait ayrılacaq? - RƏSMİ
Rahat yatmağa kömək edən yoqa hərəkətləri
Dərini yaşlandıran səbəblər
Vitaminlər
Yaşıl çay saç maskası
Həyatınız məsuliyyətsizliyinizə qurban getməsin
Elmar Məmmədyarov Albaniyanın xarici işlər nazirini qəbul edib
Brus Uillis 4 milyonluq ev aldı - FOTO
DİN-dən Yeni il bayramı ilə bağlı XƏBƏRDARLIQ
Tom Hanksin oğlu koronavirusa yoluxmuş valideynlərindən danışdı
Koronavirusa yoluxma riskini yoxlayan mobil proqram yaradılıb
Sağlam böyüməyinə kömək edin
Kiyev milisi odlu silaha əl atacaq
Britni Spirs ETİRAF ETDİ-FOTO
Müğənninin saçları yandı -FOTO
Bakıda bukinislər niyə azalıb?
Rusiyalı oyunçu ömürlük futboldan uzaqlaşdırıldı
HAVA necə olacaq?-7 FEVRAL
Məşhur serial belə çəkilir - FOTOSESSİYA
Badımcan salatı (foto-resept)
Britninin rəqsi izləyicilərinə keçmiş xəyanəti xatırlatdı-FOTO
Bakının yeni dostu
Mükəmməl saçlara sahib olaq
Günün qoroskopu: Enerjili olun!
Hormon nizamsızlığının 3 göstəricisi
Qırmızı qonaq otağı
Təhsil Nazirliyindən məktəblərdəki vakansiyaların gizlədilməsi ilə bağlı AÇIQLAMA
İlan dərisindən olan çantalar
Bəzi telekanallara xəbərdarlıq edildi
Tərtər şəhəri atəşə tutulub - RƏSMİ
"Adamlar var ki, pul yığmaq üçün 3 dəfə toy edir" - Araz Əlizadə
Əfsanəvi atlet koronavirusa yoluxub
Günün qoroskopu: Ağlınızı işlədin!
Ürək-damar xəstəliklərinin təbii yolla müalicəsi
Sibel Can haqda şok iddia - VİDEO
Kartof Kroket (foto-resept)
İmtahanlar yaxınlaşır, məzunlar isə...
Rihannadan pərəstişkarlarına yeni il "hədiyyə"si - VİDEO
Ən gözəl kitabxanalar
Serji Hitlerə bənzətdilər