Azərbaycanda pasport və şəxsiyyət vəsiqələrinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumlar müəyyən olunub.
Qadin.Net Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilib.
Qanuna əlavə olunan 14.1-1-ci maddədə qeyd olunur ki, Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportları itirilmə və ya korlanma ilə əlaqədar yenidən verildikdə -
10 iş günü müddətində verildikdə: 1 yaşınadək uşaqlar üçün 20 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 30 manat, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 40 manat, 18 yaşına çatmış vətəndaşlara 50 manat; 5 iş günü müddətində verildikdə: 1 yaşınadək uşaqlar üçün 30 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 50 manat, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 70 manat, 18 yaşına çatmış vətəndaşlara 90 manat; 1 iş günü müddətində verildikdə isə 1 yaşınadək uşaqlar üçün 50 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 90 manat, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 130 manat, 18 yaşına çatmış vətəndaşlara görə isə 170 manat dövlət rüsumu tutulacaq.
Yeni 14.3-1-ci maddədə isə deyilir ki, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə -
10 iş günü müddətində verildikdə 15 manat, 3 iş günü müddətində verildikdə 35 manat, 1 iş günü müddətində verildikdə isə 45 manat dövlət rüsumu tutulacaq.
"Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər ümumvətəndaş pasportunun və Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumların müəyyən olunması məqsədilə hazırlanıb. Hazırda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqəsi itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə rüsumlar ümumi qaydada (qüvvədə olma müddətinin bitməsi, habelə qanunla müəyyən olunmuş hallarda dəyişdirilməsi nəzərdə tutulan hallarda) tutulur. Qanun layihəsinə əsasən bu hallara görə tutulan rüsumların miqdarı ümumi qaydadan daha yüksək olacaq.
Dəyişikliklər Milli Məclisin plenar iclasında səsə qoyularaq qəbul edilib.
XƏBƏR LENTİ
Bakıda çörəyi bahalaşdıranlar kimlərdir?
Dünyanın ən qeyri-stabil valyutaları
Ali məktəblərdəki ən bahalı və ən ucuz ixtisaslar - SİYAHI
Günün ulduz falı
Günün ulduz falı - 01.10.2013
Şuşa şəhidinin Cəbrayıla bayraq sancan oğlu: “Ayaqlarımın kəsildiyini görəndə, dedim, kaş...” - VİDEOREPORTAJ
SARI DONUZ kimlər üçün DÜŞƏRLİ OLACAQ?
Tikrit uğrunda döyüşlər: İŞİD geri çəkilir
Əfqanıstanda sel:onlarla insan həlak olub
Üzlərində çil olsun deyə
Selfi üçün qadağa
DiKaprio partidə - FOTO
Brent neftinin qiyməti 50 dollara yaxınlaşır
Elm dünyasının şahı Nəsirəddin Tusi
İstirahət günü hava qovuracaq
Pomidorlu qəlyanaltı(foto resept)
Dekorativ güzgülər
Görmə qabiliyyətinin tam bərpa olunmasının yolu tapılıb
Bu corablar vasitəsilə ayaqqabısız rahatlıqla gəzə biləcəksiniz
Müge Anlı onları geridə qoydu
Bitməyən savaş
Hamiləlik dövründə uzaq durmalı olduğunuz 4 fəaliyyət
46 yaşlı aktrisanın Gözəllik Sirri Məlum oldu!-VİDEO
Təmizlik şirkətlərinə niyə inam yoxdur?
Ermənistan ərazisindən ən çox hədəfə alınan ərazilərimiz açıqlandı - RƏSMİ
Yaşlanmağa dur demək istəyirsinizsə, bu təklifləri nəzərə alın!
Azərbaycan tarixindən yüz şəxsiyyət-90
"Qaralatasaray"lılara müjdə: "Aslan"" "Kral"a qarşı oynayacaq
Günün qoroskopu:Soyuqqanlı olun!
İrem derici yeni klipini təqdim etdi
Bu çay cənnətə aparır
Göz ətrafını gözəlləşdirən tövsiyələr
Həkimlər ilanın mədəsindən dəsmal çıxardılar – VİDEO
Tez qocalmağa səbəb olan 5 vərdiş
Azərbaybaycanda hərbi həkim koronavirusdan vəfat etdi - RƏSMİ + FOTO
Bakı 2015 Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək"
Günün ulduz falı
İşdən ixtisara düşmək istəmirsizsə...
Parlaq saç, yoxsa "yağlı"?
40 il artıq yaşamaq istəyənlərə 7 məsləhət
Növbəti 4 günün havası AÇIQLANDI
Bakı Metrosunda daha bir qadağa
Köklü, darçınlı, qozlu keks (foto-resept)
Sabunçu rayonunda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Günün ulduz falı - 03.12.2013
Sobada quzu ətli badımcan
Rəngarəng çanta modelləri
Yağlı saçlarla necə mübarizə aparmalı?
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Ermənilərə xəbərdarlıq edildi