Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN

Məşhur rəsmlərdəki 10 qadın

 

Məşhur rəsmlərdəki 10 qadın

Janna Samari (Ogüst Renuar, “Aktrisa Janna Samarinin portreti”, 1877)

Aktrisa Janna Samari dövrününü səhnə ulduzuna çevrilə bilməsə də (əsasən, qulluqçu rollarını ifa edirdi), başqa sahədə bəxti gətirir: Müəyyən müddət o, Renuarın emalatxanasına yaxın yaşadığından 1877-1878-ci illərdə rəssam onun dörd portretini çəkir. Jannanı aktrisa karyerasından çox, bu rəmlər məşhurlaşdırıb. 18 yaşından müxtəlif tamaşalarda rol almış Janna, 25 yaşında ərə gedir və üç uşaq dünyaya gətirir. Hətta sonralar uşaq kitabı da qələmə alır. Lakin təəssüflər olsun ki, bu cazibdar xanım az yaşayıb, 33 yaşında tif xəstəliyinə tutulub və dünyasını dəyişib.

 

 

Məşhur rəsmlərdəki 10 qadın
Çeçiliya Qallerani (Leonardo da Vinçi, “Qadın və dağsincabı”, 1489-1490)
Hələ 10 yaşında nişanlanmış Çeçiliya Qallerani İtaliyanın əsilli ailələrindən birinin qızı idi. Lakin 14 yaşı olanda naməlum səbəblərdən nişan pozulur və Çeçiliya monastra göndərilir. Monastrda Milan hersoqu Lyudoviko Sforts ilə tanış olur (bəzi mənbələrə görə, nişanın pozulması bunun üçün quraşdırılmışdı) və sevgi macərası başlayır. Hersoq qızın hamilə olduğunu öyrənəndə onu öz sarayına gətirir, lakin eyni zamanda başqa bir qadınla rəsmi nigah bağlamalı olur. Təbii ki, Çeçiliyanı ərinin yanıda görmək istəməyən xanım, onun saraydan getməsini tələb edir. Beləliklə, Qallerani uşağı dünyaya gətirəndən sonra, hersoq oğlunu ondan alır, özünü isə yoxsullaşmış qrafa ərə verir. Bu nigahdan Çeçiliya dörd uşaq sahibi olur.
Qallerani, o dövrdə Avropanın ən böyük ədəbiyyat məclislərindən birinə başçılıq edirdi. Hersoqu müntəzəm olaraq ziyarət edir və yeni arvadının uşağı ilə oynayırdı. Bir müddətdən sonra Çeçiliyanın əri ölür. Müharibə başladığından öz var-dövlətni, mülkünü itirən Çeçiliya hersoqun arvadının bacısı ilə bir yerdə yaşayır. O, insanlara qarşı kin saxlamırdı və həmişə mehriban davranırdı. Müharibədən sonra Qallerani öz mülkünü geri alır və ömrünün sonua kimi orada yaşayır. O, 63 yaşında elə öz evində dünyasını dəyişir.

 

 

Məşhur rəsmlərdəki 10 qadın

Zinaida Yusupova (V.A.Serov, “Knyaginya Zinaida Yusupovanın portreti”, 1902)

Rusiyanın ən varlı ailələrindən olan Yusupovlar nəslinin sonuncu nümayəndəsi knyaginya Zinaida dövrünün ən gözəl xanımlarından biri olub. Onun ətrafındakı zadəgan xanımlardan fərqli olaraq əsilli, varlı həyat yoldaşı axtarmaqdansa, sevib ərə getməyi üstün tuturdu. Öz arzusunu gerçəkləşdirərək xoşbəxt ailə həyatı quran Zinaida iki oğul anası olur. Ömrünün çox hissəsini xeyriyyə tədbirlərinə sərf etmiş xanım, inqilabdan sonra da mühacirət həyatı boyu bu fəaliyyətini davam etdirir. Zinaida 47 yaşında olanda böyük oğlu dueldə ölür və o, bu itkidən mökəm sarsılır. Narahatlıq üzündən Yusupovlar Peterburqu tərk edib Romaya köçürlər. Ərinin ölümündən sonra knyaginya kiçik oğlunun yanına, Parisə gedir və ömrünün sonuna qədər burada yaşayır.
Məşhur rəsmlərdəki 10 qadın

 

Mariya Lapuxina (V.L. Borovikovski, “M.İ.Lopuxinanın portreti”, 1797)

 

Borovikovski bir çox dvoryan xanımının portretini çəkib, amma ən məftunedici məhz Mariyanın təsvir olunduğu tablodur. Mariya Lapuxina Tolstoy qraf nəslinin nümayəndəsi olub, bu rəsmdə isə onun 18 yaşı var. Portreti onun əri Stepan Lapuxin toylarından sonra rəssama sifariş verib. Rahat görkəm və məğrur baxışlar ya o dövr sentimentalizminə aid poza elementidir, ya da melanxoliya və poetik xarakterin təcəssümüdür. Bu sirli xanımın taleyi çox kədərli olub: rəsmin çəkilməsindən 6 il sonra Mariya vərəm xəstəliyindən vəfat edib.

Məşhur rəsmlərdəki 10 qadın

Covanina və Amasiliya Paçini (Karl Bryullov, “Atlı qadın”, 1832)
“Atlı qadın” Bryullovun təntənə saçan portret işidir. Burada təsvir olunan hər element - boyaların parlaqlığı, kölgələrin dolğunluğu və modellərin gözəlliyi dəbdəbədən xəbər verir. Tabloda Paçini soyadını daşıyan iki qız təsvir olunub: Yaşca böyük olan Covanina atın üstündədir, balaca Amasiliya eyvandan ona baxır. Bu rəsmi Karl Bryullova - öz sevgilisinə, bu iki qızın ögey anası, qrafinya Yuliya Pavlovna Samoylova sifariş verib. O, Rusiyanın ən gözəl qadınlarından biri və çox böyük mirasın sahibi olub. Artıq böyümüş qızlarına kifayət qədər var-dövlət zəmanət etmişdi. Lakin işlər elə gətirir ki, o iflas edir, onda ögey qızları Covanina və Amasiliya məhkəmə vasitəsilə analarından vəd edilmiş pul və mülkü əldə edirlər.
Məşhur rəsmlərdəki 10 qadın

Simonetta Vespuççi (Sandro Botiçelli, “Veneranın doğulması”, 1482-1486)
Botiçellinin bu məşhur əsərində Florensiya intibahının ilk gözəl qadını Simonetta Vespuççi təsvir olunub. Simonetta varlı ailədə dünyaya gəlib. 16 yaşında Marko Vespuççiyə ( Amerikanı “kəşf edən” Ameriqo Vespuççinin qohumu) ərə gedib. Toydan sonra gənc ailə Florensiyada yaşayır. Bu dövrdə Lorenso Mediçinin sarayında da qonaq olurlar.
Gözəl, həm də mehriban xanım olan Simonetta tezliklə Florensiya kişilərinin diqqətini cəlb edir. Hətta Lorensonun özü də ona vurulur. Ancaq daha çox Lorensonun qardaşı Culiano ona rəğbət bəsləyir. Simonettanın gözəlliyi dövrün bir çox rəssamını, o cümlədən Sandro Botiçellini də ilahmlandırır. Hesab edilir ki, onların ilk görüşündən sonra Botiçellin fırçasından çıxan bütün Madonnalarının və Veneralarının modeli məhz Simonetta olub. Ən yaxşı həkimlərin səylərinə baxmayaraq, Simonetta 23 yaşında vərəmdən ölür. Bundan sonra rəssam öz ilham pərisini yalnız yaddaşından çəkir, qocalığında vəsiyyət edir ki, onu Simonettanın yanında dəfn etsinlər. Belə də olur.
Məşhur rəsmlərdəki 10 qadın

Vera Mamontova (V.A. Serov, “Qız və şaftalılar”, 1887)

 

Portret ustası Valentin Serovun bu tanınmış əsəri ən varlı sahibkarlardan olan Savv İvanoviç Mamontovun bağında çəkilib. Sahibkarın qızı 12 yaşlı Vera iki ay ərzində hər gün rəssam üçün modellik edib. Qız böyüyüb gözəl gənc xanıma olur və onu çox sevən, dövrün nüfuzlu şəxslərindən olan Aleksandr Samarinə ərə gedir. Toy səyahətindən sonra ailə Boqorodskda məskunlaşır. Burada onların 3 uşağı dünyaya gəlir. Ancaq gözlənilmədən 1907-ci ildə, evliliklərindən 5 il sonra Vera ağciyər soyuqlamasından vəfat edir. 32 yaşlı xanımını itirən Aleksandr, Veradan sonra heç kimlə evlənmir.

 

Məşhur rəsmlərdəki 10 qadın
Aleksandra Petrovna Struyskaya (F.S. Rokotov, “Struyskayanın portreti”, 1772)

 

Bu portret, sanki fırçanın yüngül ştrixlərindən yaranıb və hava ilə doludur. Aleksandranı varlı bir kişiyə ərə verəndə onun cəmi 18 yaşı vardı. Deyilənə görə, əri toy hədiyyəsi olaraq ona, nə az, nə çox yeni bir kilsə bağışlayıb və bütün həyatı boyu ona şeirlər yazıb. Bəs bu nigahdan hər iki tərəf xoşbəxt idimi? Onların evdində olanların sözlərinə görə ər və arvad arasında narazılıqlar çox olurmuş. 24 illik evliliyi ərzində Aleksandra ərinə 18 uşaq vermişdi, onlardan 10-u körpə vaxtı ölmüşdü. Ərinin ölümündən sonra o, 40 il yaşayıb. Vəfatından sonra uşaqlarına xeyli miras qoyub.

 

Məşhur rəsmlərdəki 10 qadın

Qalina Vladimirovna Aderkas (B.M.Kustodyev “Tacir qadın çay süfrəsi arxasında” 1918)

Kustodyevin “süfrəsində” yarmarkalarla, karusllərlə və “fransız bulkasının xırçıltısı” ilə zəngin olan parlaq və bol məhsullu Rusiyanın təsviri var. Əsər 1918-ci ildə, inqilabdan sonrakı aclıq dövründə çəkilib. O vaxt belə bir süfrəni yalnız arzulamaq olardı. Tacir qadını çəkmək üçün rəssama modellik edən Qalina Aderkas, tarixi XVIII əsrə gedib çıxan cəngavər nəslindən olan baronessa idi. Astraxanda baronessa Kustodyevin qonşusu olub. Xanımı rəssamın emalatxanasına onun arvadı koloritli bir model adıyla gətirib. Həmin dövrdə Qalya çox gənc idi, tibb fakültəsinin birinci kursunda oxuyurdu və hətta eskizlərdə də onun bədəni daha arıq təsvir olunub. Univrsteti bitirəndən sonra bir müddət cərrah kimi işləyən Qalina ixtisasını atır və sovet dönəmində xorda oxuyur. Bundan əlavə, filmlərin səsləndirilməsində də iştirak edən Qalina ərə gedəndən sonra sirkdə də çıxışlar etməyə başlayır.

Məşhur rəsmlərdəki 10 qadın

 

Liza del Cokondo (Leonardo da Vinçi, “Mona Liza”, 1503-1519)

Dahi rəssamın fırçasından çıxan Mona Liza bəlkə də, bütün dövrlərin ən məşhur və sirli portretidir. Bu əfsanəvi təbəssümün kimə aid olduğu haqqında çoxsaylı versiyalar olsa da, 2005-ci ildə rəsmi olaraq təsdiq olundu ki, kətan üzərində Florensiyalı ipək taciri Françesko del Cokondonun arvadı Liza del Cokondo təsvir olunub. Güman olunur ki, rəsm oğlunun ad günü və yeni ev almaqları münasibətilə sifariş olunub. Sevgi üzərində qurulan ailədə Liza əri ilə birgə beş uşaq böyüdüb. Əri vəba xəstəliyindən öləndən sonra Liza da bu xəstəliyə tutulur. Lakin qızlarından biri qorxmayaraq anasını öz yanında saxlayır və ona qulluq edir. Beləliklə, Mona Liza sağalır və bir neçə müddət də qızları ilə birgə yaşayır. O, 63 yaşında dünyadan köçür.

 

Səslərin sayı: 1
2
288
Digər yazılar
Şərhlər
Offline
Əhədli Əhəd
Maraqlı xəbər idi) Maarifləndirici xəbərinizə görə minnətdaram.
2 dekabr 2017 22:13
Offline
Xəyalə Murad
Məlumatlar olduqca maraqlı alınıb. Üçüncü rəsmi ilk dəfə gördüm.


Sevgi üzərində qurulan ailədə Liza əri ilə birgə beş uşaq böyüdüb. Əri vəba xəstəliyindən öləndən sonra Liza da bu xəstəliyə tutulur. Lakin qızlarından biri qorxmayaraq anasını öz yanında saxlayır və ona qulluq edir. Beləliklə, Mona Liza sağalır və bir neçə müddət də qızları ilə birgə yaşayır. O, 63 yaşında dünyadan köçür.

Övladın anaya anaya məhəbbəti onun davranışından bəllidir.
26 noyabr 2017 17:10
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır