Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0865 AZN
13:11Surayye Her kese salam/ Sima-Peri Qizlar burdayam 10:12Xəyalə Murad SabahInız xeyirli, gününüz uğurlu olsun))
38086

Makiyaj fırçalarını necə təmizləməli?

 

Makiyaj fırçaları

Makiyaj, qadınlar üçün olmazsa olmazlardandır. Bir çox qadın makiyajın profesional ola bilməsi üçün makiyaj fırçaları istehsal olunmuşdur. Makiyaj fırçaları zamanla makiyajın əvəzolunmaz bir parçası halına gəlmişdir. Hər funksiya üçün ayrı-ayrı istehsal olunmuş makiyaj fırçaları olduqca həssas bir təmələ sahibdirlər və diqqətli təmizlənməsi lazımdır. Dərimizə göstərmiş olduğunuz diqqəti, baxımı makiyaj fırçalarına da göstərməyimiz lazımdır.

 

Makiyaj fırçalarını necə təmizləməli?

 

 

Makiyaj fırçaları tam bir bakteriya yuvasıdır!

Makiyaj fırçaları təmizlənmdiyi təqdirdə üzərində qalan makiyaj qalıqları bir çox bakteriya və tozu çəkir. Bu da dəridə bakteriya çoxalmasına və sızanaq çıxmağına səbəb olur. Həm sağlamlığımızı qorumaq həssas göz ətrafları üçün hazırlanmış fırçalara əlavə diqqət göstərməliyik. Tonal krem, ənlik və pudra fırçalarınızı həftədə bir, dodaq fırçalarınızı isə hər istifadə sonrası və far fırçalarınızı iki dəfə təmizləməyiniz lazımdır.

 

Makiyaj fırçalarını necə təmizləməli?

 

 

Makiyaj fırçası necə təmizlənir?

Əvvəlcə fırçalarınızı yumaq üçün bir qabın içərisinə ilıq su əlavə edin. Ardından antibakterial sabun (istəsəniz uşaq şampunu da istifadə edə bilərsiniz) və 1-2 yemək qaşığı zeytun yağı əlavə edin. Qarışdıraraq fırçalarınız üçün gigiyenik bir qarışım əldə edin. Zeytun yağı, fırça tellərinin qurumasının qarşısını alır və yumşaqlığını qoruyur. Bu səbəblə, əlavə olunmasını tövsiyə edirik. Sizlərə makiyaj fırçasının təmizləməsini addım-addım təqdim edirik:

 1. Fırçalarınızı hazırlamış olduğunuz bu qarışımın içinə batırıb makiyaj qalıqlarından təmizlənənə kimi sürtün. Lazım olarsa əlinizlə yüngül bir şəkildə qalıntıları təmizləyin. Fırçanın əlinizlə köpürməsini təmin edin.

 2. Ardından köpürən fırçanızı ilıq suyun altında tutun, köpük və qalıqları axıdın.

 3. Fırçanın tamamilə təmizlənməsi üçün, sadəcə sabunlu su hazırlayıb fırçaları qabın içərisində 1-2 saat saxlayın. Fırçanı daima başı aşağı tutun. Fırça təmizliyi edərkən fırça tellərini tərs istiqamətdə tutsanız fırçanın forması pozula bilər.

 4. Zeytun yağı fırçanızdan asanlıqla çıxmaya bilər, buna görə ovucunuzun içinə bir az antibakterial sabun əlavə edib fırçanızı təkrar ovucunuza sürtərək təmizləyin və ilıq su ilə durulayın. 

 5. Son olaraq təmizlədiyiniz fırçalarınızı kağız salfetqa üzərində quruda bilərsiniz.

 

Makiyaj fırçalarını necə təmizləməli?

 

 

Diqqət!

Fırçalarınızı yuxarıya doğru qurutmaq, metal hissəsindəki yapışdırıcının islanmasına və zamanla fırçanın qopmasına səbəb ola bilər. Makiyaj fırçanızı təmizləyərkən qab şampununu kimi maddələr istifadə etməyiniz fırça tellərinə və dərinizə zərər verir. Yuduğunuz fırçanı saç qurutma aparatı ilə qurutmayın. 

Səslərin sayı: 0
1
332
loading...
Şərhlər
Offline
Iceberg
Makiyaj fırçaları tam bir bakteriya yuvasıdır!
21 noyabr 2017 12:38
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır