Son vaxtlar Bakıda satılan çörəklərin içərisindən yad cisimlərin çıxması kimi faktlara çox rast gəlinir.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, sosial şəbəkələrdə və Kütləvi İnformasiya Vasitələrində bununla bağlı çoxsaylı məlumatlar və görüntülər yayılır. Kimi çörəyin içindən tük, kimi çöp, kimi də taxta və s. tapır. Hətta çörəyin içindən mismar və digər insan orqanizmi üçün çox təhlükəli, ölümə səbəb ola biləcək cisimlər də çıxır.
Bu gün də Bakı sakinlərindən biri aldığı çörəyi kəsərkən içərisindən kəndir ip çıxıb. Bu barədə Mehparə Məmmədova adlı paytaxt sakini "Facebook" səhifəsində yazıb. İstifadəçi həmin çörəyin fotosunu da paylaşıb.
"Dünən axşam bacımgilə gedəndə yol üstü, heç vaxt girmədiyim bir marketə girdim, çörəyi də oradan aldım. Səhər yeməyində doğrayanda içindən kəndir çıxdı. Çörəyin içindən çıxan kəndir və başqa qırıntılarla birlikdə aparıb market sahibinə göstərdim. Dedi ki, artlq neçənci dəfədir ki, camaat üstümə gəlir. Daha ordan çörək götürməyəcəm. Çörək "Binəqədi Yanar dağ" cörək sexindən gətirilib", - deyə Mehparə Məmmədova bildirib.
Həmin statusun altından da çoxsaylı şərhlərdə hamı çörəyin içərisindən müxtəlif cisimlərin çıxdığını yazıb. Mehparə Məmmədova isə əlavə edib ki, adıçəkilən sexin nə ünvanını, nə də əlaqə nömrəsini öyrənə bilib. Market sahibi də çörəyi kimdən aldıqlarını deməyib.
Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Nazirlər Kabinetinin 95 saylı qərarına görə, bütün mallar, əsasən də, ərzaq məhsulları qablaşdırılmalıdır: "Malın büküldüyü kağızın üzərində isə məhsul istehsal edən şirkətin adı, ünvanı və əlaqə telefonu yazılmalıdır. Çox təəssüf ki, "Zavod çörək"ləri qablaşdırılmır və açıq satılır. Həmin sexin əlaqə vasitələri də gizli qalır. Bu da istehlakçıların hüquqları və Nazirlər Kabinetinin qərarının pozulması deməkdir. Bu halda istehlakçı mütləq lazımı orqanlara məlumat verməlidir. İqtisadiyyat Nazirliyinə, Səhiyyə Nazirliyinə bildirilməlidir. Çörəyin içərisindən kənar cisim çıxırsa, demək burada heç bir gigiyenadan söhbət gedə bilməz. Bununla bağlı çox sayda müraciətlər olur. Bunun qarşısı mütləq alınmalıdır. Əks halda insanlar arasında xəstəliklər artar".
XƏBƏR LENTİ
Bu rayonda qaz olmayacaq
Fərqli yeni il ağacları
İçlikli badimcan (foto resept)
TƏBİB rəsmisi: “Yenidən qapanmalara getmək istəmiriksə, təlimatlara riayət etməliyik”
Hələ belə “gözəl” gözlərə rast gəlməmisiniz - Foto.
Yaylıqların fərqli bağlanışı
Əsla makiyajlı yatmayın!
ETİRAFLAR-"Xoşbəxt olmaq istəyirik!"
Şəkərdən ölənlər daha çox qadınlardır
Dodaq boyasının rəngi xarakterinizi göstərir
Kafe və restoran sahiblərinə ŞAD XƏBƏR - QƏRAR
Təhsildə yeni qaydalar olacaq
Başqa dünyaya keçid tapıldı-ŞOK FOTO
Köhnə geyimdən corab hazırlayaq
Göbələk şorbası (foto-resept)
Sobada pendirli kabak (foto-resept)
"Azərbaycanın NATO sammitində iştirakı...
Hindli milyoder işçilərini İstanbula tətilə göndərdi
Mikroskop altında böyüdülmüş 20 görüntü
HAVA necə olacaq?-11 Noyabr
Vilayət Eyvazov generala yüksək vəzifə verdi
Siena beynəlxalq şəkil mükafatları
Vaxtı keçmiş məhsullar yenidən satışa çıxarıldı - FOTO
2020 Qızıl Qlobus Mükafatının Sahibləri
Ingilis Dili-XIII Dərs
Rəqqasə Fatimə Leyla Əliyeva ilə... - FOTOLAR
Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər?
Rusiyaya daha bir şok
Kərə yağını əritməyin qaydası
Həm düşünək, həm gülək
Akının FOTOsu 20 dəqiqədə 150min LİKE yığdı
Azərbaycanda insan ömrünün uzadılması mərkəzi yaradılacaq
Nemtsovun Əliyev etirafı
Dadlı çiyələkli keks (foto resept)
Gözəl dəri üçün kartof maskası
Anamız üçün nə etmişik?
Azərbaycan tarixindən yüz şəxsiyyət-80
2013-cü ilin dəbdə olan rəngi
Balıq çubuqları (foto-resept)
Meyvə salatı
Mavi gözlü şəxsiyyət testi
Bu dərmanı almayın!
Püskürən vulkanın altında evləndilər - VİDEO
Ərdoğana cəza verildi
Amin Musayevin evindən eksklüziv görüntülər - VİDEO
Burada 8,7 milyon işsiz var
Millimizdə ciddi itki
"Taxt oyunları"nda "Starbucks" fincanı
Fahriye Evcen paylaşımı ilə diqqət çəkdi-FOTO
ABŞ-dan Rusiyaya xəbərdarlıq